Nə zaman nə içmək lazımdır?

Nə zaman nə içmək lazımdır?

Su insan orqanizminin öz fəaliyyətini davam etdirməsi üçün əsas ehtiyaclardan biridir. Bədənimizin 60 %-dən çoxunu su təşkil edir. Ancaq gün ərzində tərləyərkən, nəfəs alıb-verərkən bu suyun bir hissəsi bədəndən xaric olur. Sağlamlıq üçün onun yerini mütləq doldurmaq lazımdır. Əks halda orqanizmin susuz qalması bir çox fəsadlara yol aça bilər.

Normalda bədənin su itkisi çəkinin 0,2 faizindən olmalıdır. Məsələn, 55 kq çəkisi olan bir insan gün ərzində 110 qram su itirə bilər. Su itkisi 0,5 faiz olarsa bu zaman susuzluq yaranır.

Mütəxəssislər gün ərzində ən azı 2,5 litr maye qəbul etməyi məsləhət görürlər. Düzdür, bu rəqəmin böyük hissəsini su təşkil etməli olsa da, orada çay, meyvə şirəsi və sairə olmalıdır. Amma hər içkini öz vaxtında qəbul etmək lazımdır.

SAAT 08.00
Yuxudan oyananda 1 stəkən ilıq su için. Çünki, gecə ərzində orqanizmdə bir çox toksik maddələr yaranır. Su bu maddələrin bədəndən çıxarılmasını asanlaşdırır. Otaq temperaturunda olan 1 stəkan su bağırsaq və böyrəklərin fəaliyyətini asanlaşdırır. Dəriyə gözəl görkəm qazandırır.

Əgər artıq çəki probleminiz varsa, suya bir necə damcı limon suyu əlavə edin.

Səhər yeməyi - 1 fincan qəhvə

Günün ilk yeməyində qəhvəyə üstünlük vermək gün boyu sizə enerji verə bilər. Qəhvə günortaya qədər zehni oyaq saxlayır, diqqət yayındırmır.

SAAT 10.30
1 stəkan yeni sıxılmış meyvə şirəsi.
Saat 10-11:00 arasında bədənin su ehtiyatı azalır. Bu zaman bədənin yenidən enerji toplaması lazımdır.

Meyvə şirəsi özəlliklə isti aylarda tərlə bədəndən çıxarılan vitamin və mineralların bərpasını təmin edir. Əgər səhər yemək yeməmisinizsə, meyvə suyuna protein və bol kalsiumlu süd əlavə etmək olar. Günortaya yaxın dərini Günəşin zərərli təsirlərindən qorumaq üçün də C və B vitamini ilə zəngin meyvə, tərəvəz suyuna müraciət etmək olar. Məsələn, təzə pomidor şirəsi. Bu şirəni başqa maddələr - ispanaq, yerkökü və sairə qataraq zənginləşdirmək olar.

SAAT 14:00
Həzmi asanlaşdıran içki seçin. Bu vaxt üçün bir fincan çay içmək olar. Çay həm həzmi asanlaşdırır, həm də adətən bu saatlarda baş qaldıran yuxu problemini həll edir. Artıq çəki problemi olanlar qara çayı yaşıl ilə əvəz edə bilərlər.

SAAT 17:00
Bol vitaminli meyvə suyu içmək olar. Günün bu saatında yüngül diqqət yayınması ola bilər. Meyvə şirəsi orqanizmi canlandırır. Mövsümi meyvələrin şirəsini seçin. Bu saatlarda ağartı məhsullarını da qəbul etmək tövsiyə edilə bilər.

SAAT 20:00
Axşam yeməyində bir badə şərab ola bilər. Yüngül şərab insana enerji verir, damarların genişlənməsinə yol açır. Şərabda olan antioksidanlar sərbəst radikalləra qarşı savaşır və yaşlılığı ləngidir.

SAAT 23.00
Pivə ilə rahatlayın. Axşam yeməyindən sonra əyləncə zamanı daha az spirtli içki olan pivə içməyə üstünlük vermək olar. O, həzmi asanlaşdırsa da, köplük yarada bilər. Bunun üçün də onu qurtum-qurtum içməyə çalışın.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 5700 Tarix: 10.04.2012
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər