Qara zirənin möcüzəvi təsiri

Qara zirənin möcüzəvi təsiriQara zirə və onun yağından müalicə vasitəsi kimi istifadə etməzdən öncə, bir sıra məlumatlardan xəbərdar olmağınız da yerinə düşərdi.
Belə ki, Qara zirə hüceyrələrdəki metabolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac varr. Bədənə lazım olan hormonların inkişafına təsir göstərir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qabağını alır. Hormonların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsini və sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsinə maneə yaradır, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəmlənməsində iştirak edir, qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır, yüksək qan təzyiqini endirir və aşağı təzyiqi, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaşmasına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir.
İnsan orqanizmi doymamış yağ turşularını istehsal etmədiyi üçün onları xaricdən almağa məcburdur. 1 qram qara zirə yağı bu baxımdan gündəlik tələbatımızı təmin edir. Qara zirədəki niqellon və alfapinen kimi efirli yağlar tənəffüs borusunu genişləndirir, əzələlərin genişlənməsinin qarşısını alır. İfrazatı normaya salır və öskürəyi sakitləşdirir, iltihabı aradan qaldırır, ağrıları kəsir və sidiyi bayıra qovur. Uzun müddət ardıcıl qəbul edildikdə qara zirə qanda şəkəri aşağı salır. Bu yağ baş ağrısına da öz müsbət təsirini göstərir. 1 xörək qaşığı üyüdülmüş qara zirə, 1 xörək qaşığı üyüdülmüş cirə və 1 xörək qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı qəbul edilir. Əvvəlcə ağızda o qədər saxlanılır ki, yumşalsın və udulmaq üçün rahat olsun və bundan sonra udulur. Qarışığı qəbul edərkən qətiyyən üstündən su içilməməlidir. Çay qaşığının yarısı qədər qara zirə yağını gündə iki-üç dəfə qəbul etmək. Həmçinin revmatizmə qarşı da faydalı olduğu bildirilir. Az miqdarda qara zirəni zeytun yağı ilə qarışdıraraq bir qədər qızdırmaq və tez-tez ağrıyan yerə çəkmək (sürtmək). Həmçinin yatmazdan qabaq qaynadılmış qara zirənin balla qarışdırılmış suyunu için. Hətta xərçəngə qarşı effektiv təsirə malik olduğu deyilir. Qara zirə yağını yoluxmuş sahəyə çəkin. Habelə, gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağı və 1 stəkan yenicə sıxılmış yerkökü şirəsindən ibarət olan içki için (içməzdən öncə mayeni silkələyin ki, qarışsın). Belə qarışığı 3 ay qəbul edin. (Məlumatın alındığı mənbədə deyilir ki, bir qadın boğazında çıxmış xərçəng şişini məhz qara zirənin köməyi ilə müvəffəqiyyətlə sağaltmışdı!) Habelə, qara zirəni sarımsaqla qəbul etmək məsləhət görülür. Lakin arzuolunmaz nəticələrdən ehtiyat etmək də gərəklidir. Mütləq müəyyən edilmiş dozadan artıq qəbul etməkdən çəkinin. Çünki, artıq doza mədəni və bağırsaqları qıcıqlandıra və poza bilər. Qara zirənin istifadəsi zamanı əks-təsir halı isə hamiləlikdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12189   Tarix: 11 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877