Prezidentdən Rəşad Sadıqova möhtəşəm JEST - VİDEO

Prezidentdən Rəşad Sadıqova möhtəşəm JEST - VİDEO"Biz bu diqqət və qayğını daim hiss edirik. O qədər olur, oyundan qayıdanda aramızda söhbət edirik ki, görəsən bu qələbədən sonra cənab Prezidentin diqqətini cəlb edə bildikmi? Sizinlə görüşmək bizim üçün bir stimuldur. Çox sağ olun ki, bizi qəbul etdiniz".

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri prezident İlham Əliyevlə görüşdə "Qarabağ" komandasının kapitanı Rəşad Sadıqov deyib.

O, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib:

""İnter"ə məğlub olandan sonra sizin bizi qəbul etməyiniz həqiqətən də bizim üçün bir stimul idi. Biz o təcrübə ilə, belə məğlubiyyətlə ilk dəfə idi qarşılaşırdıq, bir növ sınmışdıq. Amma Sizinlə görüş bizim üçün böyük ruh yüksəkliyi oldu və qayıtdıq, üç gün sonra çempionatda vacib oyunda qələbə qazandıq, həmin il yenə çempion olduq, Avroliqa qrupuna düşdük. Həmin qələbə bu yolda irəli atılan addımlardan biri oldu.

Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Fikrimi sözlərlə tam çatdıra bilmirəm. Təşəkkür edirəm".

Prezident isə Rəşad Sadıqova maraqlı cavab verib:

"Mən də görürdüm ki, siz doğrudan da bu işə çox ürəklə yanaşırsınız. Biri var hansısa işə formal yanaşasan, biri də var ürəklə. Siz indi nəinki qələbə qazanmaq istəyirsiniz, - hər bir insan, hər bir oyunçu, idmançı qələbə qazanmaq istəyir, - siz xalqı sevindirmək istəyirsiniz. Bax, mən sizdə bunu görürəm. Siz qələbəyə sevinəndə elə bil ki, xalqımızı sevindirmək üçün sevinirsiniz. Ona görə, mən bunu çox yüksək qiymətləndirirəm, səni də oyunçu kimi çox qiymətləndirirəm. Sən hələ çox oynamalısan. Mən bilirəm ki, sən veteransan, amma sən bütün "Qarabağ"a da, milli komandaya da güc verirsən, onu bil. Sən çox gözəl oyunçusan. Sən demək olar ki, səhv buraxmırsan. Sağ ol Rəşad, çox sağ ol.".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6535   Tarix: 25 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988