Qurban Qurbanov: "Əgər başqa klubdan təklif gəlsə…"

Qurban Qurbanov: "Əgər başqa klubdan təklif gəlsə…"Ötən gün Danimarkanın "Kopenhagen" komandası ilə cavab oyununa çıxan və ilk dəfə Azərbaycandan Çempionlar Liqasının qrup mərhələsinə düşən "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov təəssüratlarını bölüşüb.

Teleqraf.com-a istinadən həmin müsahibəni təqdim edirik.

– Qurban müəllim, adınız dillər əzbəri olub. Əvvəla, təbrik edirik…

– Təbriklərə mən də qoşuluram. Bütün Azərbaycan xalqını təbrik edirəm. "Qarabağ"ın qələbəsi Azərbaycanın qalibiyyətidir.

– Bu oyundan sonra hansı hissləri yaşayırsınız? Nə deyə bilərsiniz?

– Hisslərimi sözlə ifadə etmək çətindir. Dünəndən bunu bacara bilməmişəm. Bir söz deyə bilərəm ki, sevinirəm… Bu, çox vacib oyun idi, çox vacib qələbə idi. Bu, Azərbaycan tarixində bir ilk idi. Azərbaycan futbolunun inkişafı naminə böyük addım atıldı.

– İlk hissədə komandamıza qol vurmaq üçün nə mane oldu? Yaxud nə çatışmadı?

– Futbol elə bir oyundur ki, hər gördüyün həyəcanlı epizod qolla nəticələnmir. Mən buna çatışmazlıq desəm, düzgün olmaz. Birinci hissədə bir az zəif oyun oldu. Amma oyunçularımız özlərini tez toparladılar.

– Fasilədə hansı taktiki tapşırıqlar verdiniz?

– Fasilədə bəzi oyunçulara əlavə tapşırıqlar verildi. Çox yox, kiçik dəyişikliklər etdik. Amma ümumən, komandanı daha diqqətli olmağa çağırdım. Topa və qapımıza sahib çıxmağı tələb etdim. Şükürlər olsun Allaha, oyun ümumən pis alınmadı.

– Mahir Mədətovun keçən oyundakı qolunun qələbədə danılmaz rolu oldu…

– Ümumiyyətlə, hər oyunçunun hər oyunda üzərinə xüsusi vəzifə qoyulur. Bir oyunda Mahir qol vurur, digərində Dino, başqa bir oyunda Qarayev… Futbol elə oyundur ki, bəzən bircə qol hər şeyi həll edir. Bakıdakı oyunda vurulmuş qol bu oyuna da təsir göstərdi. Birincisi, bizə ruh yüksəkliyi verdi, ikincisi "1-2" hesabı ilə Çempionlar Liqasına düşməyimizə səbəb oldu.

– Rəqibin üçüncü qolu vurmaq təhlükəsi böyük idimi?

– Təhlükə vardı. Çünki "Kopenhagen" öz meydanında oynayırdı. Çox istəkli idilər… Şansları da yüksək idi. Ələlxüsus, taktiki hücum vəziyyətlərində bu təhlükə daha çox idi. Amma biz çalışdıq və bunun qarşısını aldıq.

– Sizcə, oyunçulara kömək olan əsas amil nə oldu?

– Futbolçuların oyunda xüsusi diqqətli oynamaları əsas amil idi. Cərimə meydançasından neçə oyunçu gəlirdisə, bizim əsas məqsədimiz onların hər birinə nəzarət etmək və onlara imkan verməmək idi. Bu mənada, oyunçularımız öz vəzifələrinin öhdəsindən layiqincə gələ bildilər.

– Rəqib komandanın güclü azarkeş təzyiqi haqda nə deyə bilərsiniz?

– Azarkeş təzyiqi güclü idi. Amma ilk dəfə deyildi, biz belə güclü rəqib meydançasında və azarkeş qarşısında oynayırdıq… Dəfələrlə belə çevrədə oynamışıq.

Əlbəttə, oyuna azarkeş təsiri də olur. Oyunçularımız bu basqını hiss edirdilər. Amma biz sırf oyuna köklənməyə çalışırdıq.

– Matç öncəsi oyunçulara son sözünüz nə olmuşdu?

– İnanın ki, xatırlamıram… Çünki bir az emosional və həyəcanlı idik. Futbolçuları dəfələrlə diqqətli olmağa, oyunun içində olmağa və idarəetməni itirməməyə çağırırdım. Oyundan öncə tapşırıq verəndə ancaq nəzarəti əldən buraxmamağı tapşırırdım.

– Yaxşı, oyun bitdikdən sonra oyunçulara ilk olaraq nə dediniz?

– Bu, ümumiyyətlə, yadımda deyil. (Gülür). Onu bilirəm ki, sevincdən qəhər məni boğdu, göz yaşlarına tutuldum. Əlbəttə, oyunçuları təbrik edə bildim…

– Çempionlar Liqasının qrupunda hansı komandalarla qarşılaşmaq istərdiniz?

– Düzü, bu, istəklə deyil. Liqaya düşən bütün komandalar güclüdür. "Qarabağ" da ən güclülərdəndir. İnşallah, uyğun oyun qurmağa çalışacağıq.

– Qurban müəllim, bu qələbə ilə bir məşqçi olaraq diqqətə çıxdınız. Başqa klublardan təklif almaq ehtimalı böyükdür. Nə vaxtsa hansısa kluba müsbət cavab verə bilərsiz?

– Bəlkə, bu gün bir az istirahət edək?.. Biz hər zaman bacardığımız qədər çalışırıq ki, "Qarabağ"ın uğurları artsın. Azərbaycan irəliləsin!

– Amma azarkeşlərin, sosial şəbəkənin minlərlə istifadəçilərinin narahatlığı var ki, Qurban Qurbanov bundan sonra "Qarabağ"dan gedə bilər.

– Yox, elə bir fikrim yoxdur. Ümumiyyətlə, heç vaxt olmayıb. İndiyə qədər "Qarabağ"la olmuşam, bundan sonra da başqa fikrə düşməyəcəm…


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2907   Tarix: 24 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354