Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ

Uşaq bağçası, yoxsa soyğunçuluq ocağı? – RÜŞVƏT, QANUNSUZLUQ"Bağçaya iki uşaq qoymuşam, ikisi də "hörmətlə". Yalandan deyirlər ki, yer yoxdu, amma "hörmət" edən kimi yer tapılır".

"Oğlum 1 yaşından uşaq bağçasına gedib. Dedilər, yer yoxdu, pul verdik, yer "boşaldı". Dövlət bağçası idi".

"Dünən getdim, danışdım, 370 manat istədilər. Tanışlıqla-filan, güclə 300 manata endilər. Ayda da 20 manat verəcəyəm".

"Dövlət bağçalarında adama 500-700 manat arasında qiymət oxuyurlar. İcra Hakimiyyəti də göz yumur. Dünən qonşu gəlmişdi, uşağını bağçaya qoymaq üçün 300 manat istəyiblər. İki dəfə Bakı şəhər İcra Hakimiyyətinə şikayət edib, deyiblər, araşdıracağıq, amma hələ heç nə yoxdur. Təsəvvür edin ki, Bakıda 200 manat istəyirlər, amma Sumqayıtdakı bağçalarda 500 tanışlıqla, 700 tanışsız istəyirlər".

"3 il əvvəl uşağımı Xətai rayonunda dövlət bağçasına 250 manata qoymuşdum. Aylıq 60 manat da verirdim. Bayramlarda 100 manat xərcim çıxırdı. İndi həmin bağçanın "tası" daha da qalxıb. 1 il yarım getdi, çıxardım, uşağı bağçaya sağlam qoyub, xəstə götürürdüm. Heç razı qalmadım".

BiG.AZ xəbər verir ki, bunlar lent.az-ın uşağı bağçaya gedən valideynlər arasında keçirdiyi kiçik sorğunun cavablarıdır. Əksər valideynlər dövlət bağçalarının pullu olmasından, bağça müdirlərinin qanunsuz tələblərindən, bağçalardakı şəraitdən şikayət edir. Yəqin ki, yazını oxuyan şəxslərin də ətrafında onlarla belə valideyn var. Bəlkə də, elə siz də o valideynlərdən birisiniz. Bəs, uşaq bağçalarındakı bu biabırçı vəziyyətin səbəbkarları kimlərdir, nə vaxta qədər belə davam edəcək?

Mövcud vəziyyəti öyrənmək üçün valideyn kimi paytaxtda yerləşən dövlət bağçalarından biri neçəsi ilə əlaqə saxladıq.

Əksər bağçalarda müdirlər məzuniyyətdə idilər. Zəngləri bağçanın "zavxoz"u cavablandırırdı. Bağçaya uşaq yazdırmaq istədiyimizi eşidəndə, "yerimiz yoxdu", – desələr də, bizi bağçaya dəvət etdilər: "Gəlin, müdirlə görüşün, telefon işi deyil".

Müsahibimiz Aybəniz İslamovanın uşağı bu il bağçaya gedəcək. Lakin bunun üçün ondan nə az-nə çox, düz 400 manat pul qoparıblar.

– Neçə bağça gəzdim, elə sıra nömrəsi verdilər ki, uşaq 4-cü sinfi bitirəndə o sıra bizə çatırdı. Etiraz edəndə mənə dedilər, get, kimə şikayət edirsən, et! Hə, bir də bəhanə gətirdilər ki, bağçaya 3 yaşı tamam olmuş uşaqları qəbul edirlər, hansı ki, qrupda "xodulka"da gəzən 8 aylıq uşaq belə vardı. Getdik, Bakı şəhər İcra Hakimiyyətinə şikayət etdik, xeyri olmadı, axırda yorulduq. Məcbur qalıb, 350 manat verdim. Dünənə qədər yer olmayan bağçada birdən-birə yer tapıldı. Əlavə 50 manat da verdik ki, rus bölməsinə götürsünlər. 2 ildir ki, o bağçaya gedir. Dövlət rusumu 20 manat olsa da, ayda 60 manat ödəyirik.

Maraqlıdır, görəsən, dövlətin bağçalarında yer olduğu halda bağçalarda niyə yer "tapılmır"? Bu suala cavab tapmaq üçün bağçalara nəzarət edən Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, qurumdan çoxsaylı zənglərimizə cavab verən olmadı.

Təhsil eksperti Kamran Əsədov isə açıqlamasında təəssüflə qeyd edir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən dövlət bağçaları tamamilə diqqətdən kənar alıb: "Burada xoşagəlməz məqam ondan ibarətdir ki, təhsilini növbəti illərdə orta məktəbdə davam etdirəcək uşaqların ilkin pillələrdə təhsilləri yarımçıq qalır. Dövlət bağçalarında təhsil Təhsil Nazirliyinə aid olmayan bir qurum tərəfindən həyata keçirilir. Bağçalardakı dərslər ibtidai siniflərdə keçirilən tədrislə üst-üstə düşmür və Təhsil Nazirliyi bağçaların nə tədris materialına, nə də şagirdlərin orada hansı bilik və bacarığa yiyələnməsinə nəzarət edə bilir. Müəyyən tədris materialları var ki, bağça dövründə keçilməlidir. Bağçalarda bunlar tədris olunmadığından Təhsil Nazirliyi məcburən bütün gücü verib orta məktəb tədrisinə".

Ekspert hesab edir ki, bağçalar mütləq şəkildə vahid mərkəzdən idarə olunmalıdır. Bu, təhsilin inkişafına təsir göstərəcək ən mühüm amillərdən biri olacaq. Vətəndaşlar bağçalara müraciət edəndə onlara deyirlər, boş yer yoxdu. Rəhbərliklə əlaqə saxlayıb, onu "razı saldıqdan" sonra isə istənilən qədər boş yer tapılır. Bunu aradan qaldırmağın bir neçə yolu var. Bağçalara da qəbul elektron qaydada aparılmalıdır. Təhsil bağçadan məktəbə qədər vahid bir yerdən idarə olunmalıdır. Dövlət büdcəsindən bağçadakı uşaqların qidalanması üçün ayrılan vəsaitin cüzi hissəsi uşaqlara istifadə olunur. Şagirdlərə verilən qidalar kifayət qədər keyfiyyətsizdir. Buna görə də valideynlər uşaqları bağçaya aparanda çantasına evdən yemək qoyur. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən bağçaların rəhbərliyi və idarəçiliyi tam ixtisaslı kadrlar tərəfindən həyata keçirilmir. Uzun illərdir ki, Azərbaycanda sovetlər dövründən qalma vasitələrdən istifadə olunur".

K. Əsədov bu gün Azərbaycanda 3400-dən çox bağçanın fəaliyyət göstərdiyini deyir: "Lakin bağçalara cəlbolma dünya ilə müqayisədə ən aşağı səviyyədədir. Azərbaycanda bağçaya getmək yaşına çatmış uşaqların cəmi 17 faizi bağçaya gedir. Hətta bəzi bölgələrimizdə – Qax, Gədəbəy, Daşkəsəndə cəmi 1 faiz uşaq bağçalara cəlb olunub. Bir çox bağçalar özəlləşdirilib və bağçaya aid olmayan obyektlərə – ticarət mərkəzlərinə çevriliblər. Dövlət bağçalarında çalışanların 60 faizi ali təhsilli deyil, orta ixtisas, yaxud orta təhsilli insanlardır. Uşaq bağçaları mütləq şəkildə Təhsil Nazirliyinə, yaxud ayrıca bir quruma tabe olmalıdır. O qurum ki birbaşa təhsil-tədrislə məşğul olur. İcra hakimiyyəti yerli icra orqanıdır. Onların tədris qurumları ilə bağlı təcrübələri yoxdur".

Bakı Şəhər İcra Hakimiyyəti isə hər kəsin gözü önündə baş verən bu özbaşınalığa hələ də göz yumur. Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin hansısa rəsmisini görən, tanıyan yoxdur. Görünür, qurumun bağça müdirlərinin bu qanunsuzluqlarına və "pul oyunlarına" göz yummaları üçün hər ay yaxşı stimulları olur. Necə deyərlər, utanmasan, oynamağa nə var ki?! Yaxşı oynayırsınız.

Onu da qeyd edək ki, bu il qəbul edilən "Məktəbəqədər təhsil haqqında" qanuna görə dövlət məktəbəqədər təhsil müəssisəsinə yerli icra hakimiyyəti orqanının təyin etdiyi şəxs rəhbərlik edir. Dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, dövlət məktəbəqədər təhsil müəssisələrini tədris vəsaitləri, bədii və metodik ədəbiyyatlarla təmin etmək, dövlət məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesini və idarəetməni təkmilləşdirmək, bu müəssisələri ixtisaslı pedaqoji kadrlarla, informasiya-kommunikasiya texnologiyaları və digər zəruri vasitələrlə təmin etmək də yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2829   Tarix: 23 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27.03.2024 346
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

17:38 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

14:33 0