Cəbrayıl işğaldan 1 gün əvvəl: "Tibb bacısı üzümüzə gülə-gülə ermənilərə işləyirdi"

Cəbrayıl işğaldan 1 gün əvvəl: "Tibb bacısı üzümüzə gülə-gülə ermənilərə işləyirdi"Sabah Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 24-cü ili tamam olacaq. Rayon 1993-cü ilin 23 avqustunda işğal olunub.

Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

BiG.AZ modern.az-a istinadən həmin vaxtlarda idman cəmiyyətinin sədri olan Ramiz İmanovun müsahibəsini təqdim edir. O, 1993-cü ilin 22 avqustunu ürək ağrısı ilə xatırlayır.

"Rayonu tərk etmək barədə düşünmürdük"

"Avqustun 22-si artıq Cəbrayılda tutqun ab-hava vardı. İnsanlar nə barədə düşünməyi belə unutmuşdular. Vəziyyət heç də yaxşı deyildi. Əslində, avqust ayının 15-nə qədər Cəbrayılda insanların əhvalı çox yaxşı idi. Heç kəs Cəbrayılı itirmək qorxusunu yaşamırdı. Amma ayın 15-də "Daşbaşı" postunun ələ keçirilməsi bütün ümidləri puç etdi. Rayonun qida və enerji problemi yox idi. Həm də yay vaxtı idi. İnsanların da çöhrəsində təbəssüm vardı. Onlar rayonu tərk etmək barədə heç vaxt düşünmədilər. Sadəcə, qadınları və uşaqları aşağı kəndlərə köçürmüşdük. Hər kəs öz işində-gücündə idi".

Qadının belini tövlədə qırıb, öldürmüşdülər...

Müsahibimiz bəzi dəhşətli hadisələrə şahidlik etdiyini deyir. Danışdıqca, qəhər onu boğurdu.

"O zamanlar idman cəmiyyətinin sədri idim. "Xudafərin" futbol komandasına başçılıq edirdim. Həmin vaxtlarda uşaqlardan 25 nəfər götürüb həftədə 2-3 dəfə posta gedirdik. Növbə çəkirdim. Həm də o vaxt komandir müavini kimi çalışırdım.

Səhərə qədər erməni postu ilə üz-üzə qalırdıq. Elə birinci dəfə "Daşbaşı" postunun ələ keçirilməsi ilə Cəbrayılın "beli qırıldı". O hadisə yadıma düşəndə indi də özümə gələ bilmirəm. Postdakı əsgərlərimizin başını bədənindən ayırmışdılar. Birini də diri-diri yandırmışdılar. Bir hadisə də yadımdan çıxmır. Kənd qadınlarından birinin tövlədə belini qırıb, öldürmüşdülər. Bu cür dəhşətli hadisələrin şahidi olmuşam. İndi də danışdıqca əllərim əsir".

"Düşmən tərəfi yaxşı silahlanmışdı"

Ramiz İmanovun sözlərinə görə, Cəbrayılın müdafiəsinə qoşulan könüllülər çox idi.

"Əldəqayırma toplarımız vardı. Onunla erməni hücumlarına qarşı müqavimət göstərməyə çalışırdıq. Halbuki o topla nə etmək olardı ki?! Yadımdadır ki, Cəbrayılın müdafiəsinə Azərbaycanın müxtəlif bölgələrindən - Qubadan, Qusardan Gəncədən xeyli könüllülər köməyə gəlmişdilər. Amma silahsız nə edə bilərdik ki! Düşmən tərəf çox yaxşı silahlanmışdı".

"Daşnaksütyun" partiyasına pul ötürürmüş"

Cəbrayıldan olan məcburi köçkün həmin vaxt rayonda yaşayan iki ermənidən də söz açıb.

"Cəbrayılda cəmi 2 erməni vardı. Biri tibb bacısı, biri də çəkməçi idi. Roza adlı tibb bacısı üzümüzə gülə-gülə ermənilərə işləyirmiş. Bütün məlumatları düşmən tərəfə ötürürmüş. Bu illər ərzində Roza adlı erməninin nə işlər gördüyündən xəbərimiz olmayıb. Həmin erməni qadın "Daşnaksütyun" partiyasına Cəbrayıl kassasından pul köçürürmüş. Halbuki, özünü Cəbrayılda bilici kimi aparırdı".

"Hümbətovun dəstəsi zorakılıq halları törədirdi"

Müsahibimiz Əlikram Hümbətovun dəstəsinin günahsız insanlara qarşı zor işlətdiyini ürək ağrısı ilə danışır.

"Əlikram Hümbətovun dəstəsi Füzuli tərəfi qoruyurdu. Avqustun 8-də o, öz qoşunlarını Füzuli tərəfdən çəkir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1908   Tarix: 22 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 0
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

Prezident Erdoğanla yaşlı qadının səmimi söhbəti- VİDEO

Türkiyə Prezidenti Erdoğan Diyarbakırdakı mitinqdən sonra onu gözləyən yaşlı bir qadın ilə söhbət edib. BİG.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin videonu təqdim edirik:

16:20 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0
.

"Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" - Politoloq

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Rusiya Ermənistanı dəfələrlə aldadıb. O qeyd edib ki. Rusiya Ermənistanı "ən çətin dövrdə" tək qoyub. Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Mövzu ilə bağlı -a danışan politoloq Turan Rzayev bildirib ki, 44 günlük İkinci Qaraba

13:54 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

"Qadınların təqaüdə çıxmaq yaşı irəli çəkilsin"

"Ana-uşaq problemi ətrafında deyiləcək sözlər çoxdur. Uşaqpullarının verilməməsi, əhali sayının artmasının əvvəlki illərə nisbətən ləng getməsi və s. bir-biri ilə bağlıdır". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin plenar iclasında bildirib

14:03 0