"Qarabağ" – "Kopenhagen" oyununun hakimləri məlum oldu

"Qarabağ" – "Kopenhagen" oyununun hakimləri məlum olduÇempionlar Liqasının "pley-off" mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Kopenhagen" – "Qarabağ" matçının təyinatları açıqlanıb.

Apasport xəbər verir ki, avqustun 23-də keçiriləcək görüşü ispaniyalı hakimlər idarə edəcək.

Matçın baş hakimi məşhur Alberto Undiano Mallenko olacaq. Ona həmyerliləri Roberto Alonso Fernandes və Raul Kabanyero Martines kömək edəcək.

Əlavə hakim köməkçiləri Alexandro Xose Enandeslə Xose Mariya Sançes Martines olacaq. Dördüncü hakim funksiyası Dieqo Barbero Sevilyaya tapşırılıb.

Matçın hakim-isnpektoru italiyalı Alfredo Trentalanqe, UEFA nümayəndəsi şotlandiyalı Alan Makri olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1057   Tarix: 21 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş