Həyətindəki ağacdan tut yeyən qonşusunun gözünü çıxaran MƏHKƏMƏ QARŞISINDA

Həyətindəki ağacdan tut yeyən qonşusunun gözünü çıxaran MƏHKƏMƏ QARŞISINDAHasara çıxıb tut yeyən qoşusu ilə mübahisə edən şəxs bir gözündən oldu. Aralarında məhkəmə çəkişməsi gedən qonşular sonda barışıq əldə ediblər. Amma 3 ay sonra həbs edilən qonşulardan biri 3 il həbs cəzası çəkməli olacaq.

BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Şamo Məmmədov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2017-ci il tarixli hökmü ilə 4 il 6 ay müddətinə azadlqıdan məhrum edilib.

Ş.Məmmədov 2016-cı ilin iyun ayında Xırdalan şəhəri, Quşçuluq Yaşayış massivində qonşuluqda kirayədə yaşayan Hüseyn Paşayevlə əvvəlcə mübahisə, sonra isə dava edib. Mübahisəyə səbəb Ş.Məmmədovun qonşusunun hasarına çıxaraq ağacdan tut yeməsi olub.

Belə ki, Ş.Məmmədov qonşusunun hasarına çıxıb. Bunu görən H.Paşayev qonşusuna irad bildirib ki, həyətdə ailə üzvləri var. Bu zaman aralarında mübahisə yaranıb və evdən bir qədər uzaqlaşaraq orada dava ediblər. Şamo Məmmədov yerə yıxılan zaman Hüseyn Paşayevin onun üzərinə gəldiyini görüb və yerdən daş götürüb. Daşı H.Paşayevin sol gözündən vurub. Qonşusunun gözündən qan gəldiyini görən Şamo hadisə yerindən qaçıb. Ş.Məmmədov bir müddət axtarışda olub.

Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində özünü qismən təqsirli bildiyini deyib.

Qeyd edib ki, H.Paşayevi bir qonşu kimi tanıyıb və münasibətləri həmişə yaxşı olub. Hadisə baş verənə qədər də heç vaxt mübahisələri və söz-söhbətləri olmayıb.

"Həmin gün Hüseyinin həyətində olan tut ağacının küçəyə çıxan budağından tut yeyirdim. Yaxşı dəymiş tutların ağacın digər budaqlarında olduğunu görüb hasara çıxdım. Bu zaman küçə tərəfdən Hüseyin məni çağırdı. Həyətdə ailə-uşaq olduğunu deyib mənə irad bildirdi. Mən Hüseyndən üzr istədim. Amma o mənimlə kobud danışdı. Evdən 20-30 metr aralandıq. Sözlə mübahisə edən zaman bir-birimizin yaxasından tutduq. Hüseyin məni itələyəndə yıxıldım. Hüseyin söyüş söyərək üzərimə gəldi. Mən də əsəbləşib yerdən götürdüyüm daşı ona atdım. Hüseyin gözünü tutub qışqırdı. Kömək eləmək istədim, amma qan gəldiyini görüb qorxdum. Oradan qaçdım. Həmin gün qonşulardan Hüseyinin gözünün çıxdığını eşitdim. Buna görə də qorxdum və oradan qaçdım. Bir müddət ayrı-ayrı yerlərdə gizləndim"- deyə Ş.Məmmədov ifadəsinə əlavə edib.

Ş.Məmmədov həbs ediləcəyindən qorxduğu üçün polisdən qaçdığını deyib.O, hadisədən 3 ay sonra saxlanılıb.

Məhkəmədə məlum olub ki, Ş.Məmmədov daha əvvəl də cinayət əməli törədib. O, yol qəzası törətdiyi üçün 1 il cəza alıb.

Məhkəmədə zərərçəkmiş Hüseyin Paşayev də hadisə ilə bağlı eyni məzmunlu ifadə verib. O, əlavə edib ki, daş dəyəndən sonra sol gözü görmədiyi üçün Zərifə Əliyeva adına Göz Klinikasına gedib. Orada əməliyyat olunub.

O, hadisənin qonşusu Şamo Məmmədovun günahı ucbatından baş verdiyini, onunla dalaşmaq niyyətinin olmadığını bildirib. Zərərçəkmiş şəxs qonşusunun onunla kobud danışdığını deyib.

Ş.Məmmədov aldığı 4 il 6 aylı həbs cəzasında narazı qalaraq apellyasiya şikayəti verib. İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən iclasda baxılıb.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və barəsində həbslə bağlı olmayan qərar çıxarılmasını istəyib. Qonşusu ilə barışdığını deyən H.Paşayev də təqsirləndirilən Ş.Məmmədova qarşı heç bir şikayət və maddi tələbinin olmadığnı, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Tərəfləri dinləyən və sübutları araşdıran məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə ağır cəza təyin edilib.

Məhkəmə Ş.Məmmədovun gənc olmasını, azyaşlı uşaqlarının olmasını, ailəsinin dolanışığının ağır olmasını, zərərçəkmiş şəxslə barışmasını yüngülləşdirici hallar kimi qiymətləndirərək hökmü dəyişib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən Ş.Məmmədovun cəzası 4 il 6 aydan 3 ilə endirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1511   Tarix: 20 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381