Azərbaycanlı milyarder 320 milyonluq yaxtasıyla: silahlı şəxslər, raket vurucu, hovuzlar... - FOTOLAR

Azərbaycanlı milyarder 320 milyonluq yaxtasıyla: silahlı şəxslər, raket vurucu, hovuzlar... - FOTOLARRusiyanın Azərbaycanlı iş adamı, 62 yaşlı milyarder Fərhad Əhmədov ailəsi ilə birgə Türkiyədə istirahət edir.

BiG.AZ sozcu.com.tr-yə istinadən xəbər verir ki, milyarderin dəbdəbəli tətili türkiyəli həmkarlarımızın diqqətindən yayınmayıb.

Sayt yazır ki, F.Əhmədovun Türkiyə sahillərinə gəldiyi bir neçə milyonluq gəmisində hətta raket hücumundan müdafiə sistemi belə var.

Fərhad Əhmədov xanımı Anna Əhmədova və üç övladı ilə birlikdə, 115 metrlik üzən sarayı - "Luna" adlı yaxtası ilə 5 gün əvvəl Bodruma gəlib. Yaxta 320 milyon dollar dəyərindədir. Onlar Bodrumun Küdür yarımadasında dincəlir.

Ötən gün Göltürkbüklü məhəlləsində sahilə çıxan F. Əhmədov xanımı ilə Bodrumu gəzib, bol-bol alış-veriş edib. Milta Marinada yerləşən lüks mağazalardan xanımı və uşaqları üçün 1700 avroluq alış-veriş edən iş adamı mağazaya 100 avro bəxşiş qoyub.

Axşam isə Torba sahilindəki bir restoranda xanımı və uşaqları ilə birlikdə balıq restoranında yemək yeyib.
6 nəfərlik masa üçün 350 avro hesab ödəyən F.Əhmədov üç ofisiantın hərəsinə 50 avro bəxşiş verib.

Bu gün isə dənizi gəzən milyarder DHA xəbər agentliyi tərəfindən görüntülənib. Yaxtanı daha yaxından görmək istəyən gəmi və qayıqlara qadağa qoyulmayıb.
Təkbaşçına dənizə tullanan milyarder üzdükdən sonra yaxtasında ailəsi ilə birgə söhbət edib, şəkil çəkdirərək günəşləniblər. Milyarder və ailəsinin daha üç gün burda qalacağı deyilir.

Bildirək ki, rus milyarder F.Əhmədov "Luna" adlı yaxtasını bu ilin əvvəlində Çelsi futbol komandasının rəhbəri, rus milyarder Roman Abramoviçdən alıb.

Üzərində hovuzu, helikopter pisti, mini dənizaltı, 6 sürət gəmisi, güllə keçirməz pəncərələri və hər cür raket hücumuna qarşı müdafiə sistemi olan dəmir gövdəli "Luna"nın üzərində biri qapalı, biri açıq olmaqla iki hovuzu var.

Super lüks yaxtada ümumilikdə 50 işçi var. Onlardan 30-u xidməti işçidir, 20-si isə yaxtanın mühafizəsini təşkil edir.

Azərbaycanlı milyarder 320 milyonluq yaxtasıyla: silahlı şəxslər, raket vurucu, hovuzlar... - FOTOLARAzərbaycanlı milyarder 320 milyonluq yaxtasıyla: silahlı şəxslər, raket vurucu, hovuzlar... - FOTOLARAzərbaycanlı milyarder 320 milyonluq yaxtasıyla: silahlı şəxslər, raket vurucu, hovuzlar... - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3994   Tarix: 18 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 273
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

19.04.2024 1076
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 982
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 259
.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

19.04.2024 149
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 402
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 71
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 263
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 310