"Fəhləlik edib çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin?" - Zaur

"Fəhləlik edib çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin?" - Zaur

Göygöl rayonunda ana və qızının ölümü ilə bağlı təfərrüat məlum olub.

BiG.AZ report-a istinadən xəbər verir ki, arvadını və qaynanasını öldürən Gəncə şəhər sakini, 1980-cı il təvəllüdlü Zaur Adil oğlu Əliyev polisə könüllü olaraq təslim olub.

O, ilkin dindirmələr zamanı arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı namus üstündə, qaynanası, Tovuz rayon Əlimərdanlı kənd sakini, 1964-cü il təvəllüdlü Minayə Əliyevanı isə həyat yoldaşını döyən zaman onları ayırmaq məqsədi ilə araya girərkən təsadüfən vurduğunu deyib: “Çox söz-söhbət gəzirdi. Ona görə də bezmişdim. Həyat yoldaşıma isə xəbərdarlıq edərək belə bir şey olsa onu öldürəcəyimi demişdim. Başqa çıxış yolum yox idi. Artıq yoldaşımın çıxardığı oyunları bütün kənd bilirdi. Mən fəhlə əzab-əziyyətlə çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin? Onu namus üstündə, başqası ilə gəzdiyi üçün öldürmüşəm”.

Zaurun atası A.Əliyev oğlunun hadisəni namus üstündə törətdiyini bildirib: “Heç kim istəməzdi belə bir şey olsun. Nəticədə oğlumun ailəsi dağıldı, həyatı məhv oldu. Oğlum hadisəni qısqanclıq zəmnində törədib”.

Kənd sakinlərinin verdiyi məlumata görə, Günel Əliyevanın başqa bir kişi ilə gəzməsi kəndə yayılıb. Məsələdən xəbər tutan Zaur Əliyev isə bu hadisəni törədib.

Məlumata görə, Zaurun ailəsi 2007-ci ildə Gəncə şəhərindən Göygöl rayonunun Qızılca kəndinə köçüb. Zaur valideynləri ilə birgə yaşayırmış. O, atası ilə birgə günəmuzd olaraq elektrik və bənna işləyirmiş. Ona görə də çox vaxt ata və oğul evə axşam saatlarında gəlirmiş. Günel Əliyeva isə evdə çox vaxt iki azyaşlı övladı və qaynanası ilə birgə olurmuş. Deyilənlərə görə, Günelin qaynanası qohumlarının evinə gedən zaman isə o evə başqa birini gətirib.

Hadisədən bir gün əvvəl Zaur öz həyat yoldaşının başqasıya görüşməsi ilə bağlı eşitdiklərinə aydınlıq gətirmək üçün həm xalası, həm də qaynanası olan Minayə Əliyeva evinə çağırıb. Hadisə baş verən zaman evdə onların 1 və 2-ci sinifdə oxuyan uşaqları, Zaurun anası və atası da olub. Zaurla həyat yoldaşı arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Zaur mətbəx bıçağı ilə Günelin başını kəsərək bədənindən ayırıb. Hadisədən dəhşətə gələn Minayə Əliyeva qızının öldüyün görüb Zaurun üstünə atılıb. Zaur isə qaynanasına bir neçə bıçaq zərbəsi vuraraq onu yaralayıb. Günel hadisə yerində, azyaşllı övladlarının gözü qarşısında ölüb. Onun anası M.Əliyeva isə xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisədən sonra Zaur polisə zəng vuraraq hadisəni törətdiyini bildirib və könüllü olaraq təslim olub.

Baş vermiş hadisə ilə bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3273 Tarix: 18.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Feminaimortalis
Feminaimortalis 19.08.2017
Qaqa haqlısansa belə öldürmək sənin işin deyil.arvad pisdi boşa qadın ölənə kimi doğulduğu ailəsinin namusuna aiddi.bosa sənə kimsə artıq söz diyə bilmez
ogul
ogul 18.08.2017
Öldurmek sehf etmekdir. Bosa usaqlarida al elinden. Indi gedib iceride ozunde curuyeceksen. Usaqlar qalacaq araliqda.


 
karagul
karagul 18.08.2017
Allah uzaq elesi agir derdi


 
Fioletta
Fioletta 18.08.2017
picaqnan basi bedennen ayirmag olurki? zaur diyib ayiranda arvadi vurmusam sonra ayri cur yazilib. karisik isler neticede kafa kopmus iyide olmus amma terefdari deyilem bosa getsin retdolsun. hemise dediyim kimi hechne insanin ozunden ve azadligindan onemli deyil.


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər