Küçələrdə gəzən sahibsiz ölüm: quduz itlər həyati təhlükəyə çevrildi - NECƏ QORUNMALI?

Küçələrdə gəzən sahibsiz ölüm: quduz itlər həyati təhlükəyə çevrildi - NECƏ QORUNMALI?Ötən gün Sumqayıt sakini, 5 yaşlı Zeynəb quduz it dişləməsi nəticəsində dünyasını dəyişdi. Bu, son zamanlara baş verən yeganə fakt deyil. Elə bu yaxınlarda jurnalist Ağanisə Sultanova da yaşadığı ünvanda sahibsiz küçə itlərinin hücumuna məruz qalmışdı. Belə görünür ki, respublikada sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib.

Bəs bu təhlükənin qarşısını necə almalı?

BiG.AZ xəbər verir ki, Bakı Şəhər İcra hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov Lent.az-a şəhərdə itlərin sayının çoxaldığını, sahibsiz itlərlə mübarizədə zaman çatdıra bilmədiklərini qeyd edib.

Ə.Əmiraslanovun sözlərinə görə, daha çox Bakının qəsəbələrində sahibsiz küçə itləri nəzərə çarpır: "Sahibsiz küçə itləri ilə bağlı müraciətlərimiz həddən artıq çoxdur. Çatdıra bilmirik. Hər rayondan hər gün zəng gəlir. Binə, Hövsan, Suraxanının kənar yerləri, Ələtdə belə itlər daha çoxdur. Elə Yasamalın özünü də qeyd edə bilərəm. Oradan bir gündə 80-90 it gətirilir. Məsələn, bu yaxınlarda Binə qəsəbəsindən bir gündə 40-50 it tutub gətirmişik. Bir il əvvəl bu küçə itləri vurulurdu deyə, azalma var idi. İndi bu icazə götürülüb deyə itlərin sayı da artıb".

Ə.Əmiraslanov deyir ki, sahibsiz küçə itlərinə qarşı mübarizə ilə bağlı idarə yeni təklif irəli sürüb: " Belə ki, bizim idarənin rəisi Sabunçu Polis İdarəsinə və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edib ki, bizə iynə verilsin. Həmin iynə keyidici iynədir və itləri tutmaq üçün ondan istifadə ediləcək. Güllə ilə iynəni itə vuracağıq. İti keyidəcək. İt 10-15 dəqiqəyə ayılır. Bu halda iti tutmaq daha asan olur. Təklifə baxılıb və bu istiqamətdə kömək gözlənilir. Bu yaxınlarda bu məsələ həllini tapacaq. İnşallah, icazə verilsə, bütün küçə itlərinə qarşı bu tədbirləri görəcəyik.
Bilirsiniz ki, tor və trosla itləri tutmaq çətin olur. Bundan başqa işçilərimizin və xidməti maşınlarımızın da sayı artırılıb. 10 ovçumuz və 3 xidməti maşınımız var. Bu, hələ ki, bizə yetir".

Sahə rəisi onu da qeyd edib ki, tutulan itlər Balaxanıda onlar üçün ayrılan yerə aparılır və orda onlara lazımı zamanlarda iynə vurulur, yem verilir.

İt üz və baş nahiyəsindən dişləyəndə vaksin kömək etmir

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova Lent.az-a açıqlamasında bildirib ki, il ərzində minlərlə adam sahibsiz küçə itləri tərəfindən dişlənilir.

R.İsmayılovanın sözlərinə görə, bu ilin ilk 6 ayı ərzində 6 min 500 insan heyvanlar tərəfindən dişlənilib: "Hər il də bu dişləmələrin 90%-ni itlər təşkil edir. Digər faizlər isə vəhşi heyvanlar, canavar, pişiklər tərəfindən olur. Bu dişləmələr arasında quduzluq halları da olur. Bu haqda məlumatı Respublika Baytarlıq Xidmətindən alırıq. İnsanı dişləmiş həmin heyvan müayinə olunur. Onu da deyim ki, insanı dişləmiş və tapılmayan naməlum heyvan artıq quduzluğa yoluxmuş heyvandır. O halda dişlənmiş insan üçün vaksinasiya sxemi dəyişir. Naməlum quduz heyvan tərəfindən dişlənmiş insanın müalicəsi məlum heyvan tərəfindən dişlənmiş insanın müalicəsindən seçilir".

R.İsmayılova vurğulayıb ki, insanlar dişləmələrdən sonra dərhal tibb müəssisələrinə müraciət etməli və müalicə almalıdırlar: "Quduz it tərəfindən dişlənən 5 yaşlı uşaq ötən gün öldü. Belə ki, uşaq tibb müəssisəsinə müraciət edib, lazımi müalicəni alsa da, onun immuniteti aşağı olduğundan və vaksinasiyadan sonra onda immunitet yaranmadığına görə vəziyyəti ağırlaşıb və dünyasını dəyişib. İmmunitet də ona görə yaranmayıb ki, it onu təhlükəli yerlərdən, baş nahiyəsindən, üz nahiyəsindən dişləmişdi. Belə halda isə quduzluq əleyhinə vaksinlər kömək edə bilmir".

R.İsmayılova valideynlərə də müraciət edib: "İnsanlara müraciətim odur ki, dişləmə olduğu zaman dərhal həkimə müraciət etsinlər. Çünki müalicənin effekti ondan asılıdır ki, sxemdə birinci iynə elə sıfırıncı gün vurulmalıdır. Yəni dişləmə günü. Dişləmə zamanı yara tez təmizlənib, yuyulmalı və dərhal həkimə getmək lazımdır.
Bundan başqa analara müraciət edirəm ki, uşaqlarını qorusunlar. Parka, meşəlik yerlərə tək buraxmasınlar".

Müayinə edilən itlərin 80%-i quduz olur

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Lent.az-a bildirib ki, hər il baytarlıq laboratoriyalarında sahibli və müvafiq qurumlar tərəfindən tutulmuş heyvanların müayinəsi təşkil edilir.

Y.Xanvəli deyib ki, quduzluq nişanələri müşahidə edilən itlərin başları kəsilərək laboratoriyaya gətirilir: "Quduzluq xəstəliyi itin başında olur. Buna görə, baytar həkimləri tərəfindən baytarlıq təlimatına uyğun olaraq şübhəli bilinən həmin heyvanın başı kəsilir. Müayinə edilir və nəticə müsbət olarsa, bu barədə baytarlıq idarələrinə, yerli icra orqanlarına, səhiyyə ocaqlarına məlumat verilir.
Bütün respublika üzrə it, iribuynuzlu heyvanda belə əlamət özünü göstərirsə, baytarlıq laboratoriyasında quduzluğa görə onlar mütləq müayinə edilir. Müayinəyə cəlb edilən itlərin təxminən 70-80 %-i quduzluq əlamətləri müəyyən edilir".

Y.Xanvəli qeyd edib ki, əsasən cənub bölgələrindən, Şəki-Zaqatala zonasından, eləcə də digər bölgələrdən onlara müraciətlər daxil olur: "Ötən illə müqayisə etsək, bu il də quduzluqla bağlı durum eyni səviyyədədir. Bir daha qeyd edirəm ki, bu xəstəlik tam nəzarətdədir. Sahibli itlərdə hər il vaksinasiya tədbirləri görülür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 963   Tarix: 18 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 379
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 546
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19.04.2024 803
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 192
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 259
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 382
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 758
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 529
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 287