Azərbaycanda ən çox maaş bu işçilərə verilir

Azərbaycanda ən çox maaş bu işçilərə verilir

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522,0 manat təşkil edib.

BiG.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsindən trend-ə verilən məlumata görə, əməkhaqqı neft sektorunda 3072,4 manat, qeyri-neft sektorunda 462,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 390,5 manat, özəl müəssisələrdə isə 709,1 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yuksək olub.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2062 Tarix: 18.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fioletta
Fioletta 18.08.2017
tesekkurler.


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər