Prezidentlərin övladları Azərbaycana gələcək

Prezidentlərin övladları Azərbaycana gələcək

Makedoniya və Monteneqro prezidentlərinin, həmçinin, Latviya, Ukrayna Albaniya, Andorra, Bosniya və Herseqovina respublikalarının sabiq prezident və baş nazirlərinin övladları 21-24 avqust tarixində Bakıda keçiriləcək Qlobal Gənc Liderlər Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq forumda dünyanın 50-yə yaxın aparıcı gənc lider və tədqiqatçısının, bir sıra nüfuzlu proqramların təmsil olunması nəzərdə tutulur.

Foruma dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələrinin, habelə bir sıra gənc iş adamlarının da qatılması gözlənilir. Bundan başqa, foruma bəzi ölkələrin sabiq hökümət rəhbərləri, nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonağın da dəvət olunması planlaşdırılır.

Forumda liderliyin fərdi qiymətləndirilməsi, müasir dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və kişi liderliyi arasındakı fərqlər, həmçinin, liderliyin daxili və xarici hüdudları müzakirə olunacaq, debatlar təşkil ediləcək.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2351 Tarix: 17.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Edaletli
Edaletli 18.08.2017
Kime lazimdiki bunlar... Hansisa kasibin qarnin doyduracaqlarki... Bow bow daniwib vaxtlarin oldurub gedecekler...


 
Mazim
Mazim 18.08.2017
Gelin coreymizden yiyin suyumuzdan icin sorada si..cin gedin..
ataxanli
ataxanli 17.08.2017
realda yaxindan gormek isteyerdim :)
həyatdı da :)


 
vetenperver
vetenperver 17.08.2017
yeyib icin millet sotunuzu verecek,,yeqinki belyuqa ikrasi dusub konullerine))


 
Fioletta
Fioletta 17.08.2017
tesekkurler


 
islam0313
islam0313 17.08.2017
Kefdəyiyde Onsuzda hər şey superdi Azərbaycanda bir bunlar catışmır!

Xoş gələrlər


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər