""Fahişə" deyincə beynim çöndü" - FOTO

""Fahişə" deyincə beynim çöndü" - FOTO

İstanbulda gecə klublarının olduğu Beşiktaş, Beyoğlu, Nişantaşı kimi yerlərdə tez-tez yaşanan, 2014-cü ildə də stilist Ece Sükan və yoldaşının hücuma uğramasıyla gündəmə gələn mühafizəçi cinayətinin bir bənzəri Bodrumda baş verib.

Milli.az xəbər verir ki, Muğlanın Bodrum ərazisində bir çimərlik kluba avtomobillə gedən Nezire C. mühafizəçi Koksal S. və Serkan S.-in hücumuna məruz qalıb. Köksal S. "Kaş ki, kişi olardın, görərdin" deyərək qadını təhdid edib.

Şiddət qurbanı Nezire C. hadisə əsnasında yaşadıqlarını belə izah edib: "İstanbulda bir firmada satış nümayəndəsi olaraq çalışıram. 2 qardaşım qızı ilə birlikdə 2 günlüyünə Bodruma tətilə getdik. O gün çimərlikdə yaxşı bir yer tapa bilmədiyimiz üçün erkəndən yola çıxdıq. Qardaşım qızlarından biri ilə çimərliyin klubuna girdiyimiz zaman qapıdakı mühafizəçidən xahiş etdik ki, avtomobili asan bir yerə qoysunlar. 15 dəqiqə sonra yenidən avtoparka gedib, digər qardaşım qızını götürərək yenidən ora qayıdacağımı dedim. Əşyalarımızı yerləşdirdikdən sonra qardaşım qızını götürmək üçün avtomobilimizin yanına qayıdanda məndən avtopark ödənişi istədilər, mən də "Geri qayıdacam" dedim. Mühafizəçi "Ödənişi verməsən, bir daha geri qayıtma" söylədi. Avtoparka getdim. İkinci qardaşım qızını götürüb, çimərliyin klubuna qayıtdıqda içəriyə buraxmayacaqlarını bildirdilər.

Mübahisə başladı, qızlar da maşında arxada oturmuşdular. Həmin an mühafizəçilər mənə "Arxadakı maşına yol ver, maşınını çıxart, çölə çıx" dedilər. Mən də çıxmaq istəmədim, çünki əşyalarım içəridəydi. Mübahisə böyüdü, o anda "Səni qucağıma alıb, apararam" deyən mühafizəçilərdən birinə "Hara aparırsan, ədliyyəyəmi?" soruşdum. 2 günlük tətilimiz var, zəhər etməyək deyə səbirli davranırdım. O anda biri də mənə "Fahişə" deyə qışqıranda beynim çöndü, mən də söyməyə başladım. Bəli, söydüm, çünki əsəbdən ağlamağa başlamışdım.

Hal-hazırda İzmirdəyəm. Hər iki mühafizəçi işdən çıxarılmayınca və üzr istəmədikcə şikayətçi olmaqdan əl çəkməyəcəm. Ən ağır şəkildə cəzalandırılmalarını istəyirəm".

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4785 Tarix: 17.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ataxanli
ataxanli 17.08.2017
adam bilmir hec ne desin.susub qalirsan sadece
həyatdı da :)


 
Fioletta
Fioletta 17.08.2017
evindekilerede ele muraciet edir yeqin eseblesende


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər