İlhamə Quliyevanın bacısı: "Ölümündən iki gün əvvəl gəlinimizə deyib ki…"

İlhamə Quliyevanın bacısı: "Ölümündən iki gün əvvəl gəlinimizə deyib ki…"Bugün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

BiG.AZ xəbər verir ki, xalq artistinin bacısı Gülbahar xanım enicag.az-a açıqlama verərək, İlhamə Quliyevanı gözyaşları içərisində xatırlayıb:

"İlhamə çox gözəl bacı idi, indi həyatda yoxdur deyə, onu tərifləmirəm. Həqiqətən də ürəyi böyük insan, əsl xanım idi. Biz ondan icazəsiz bir iş görməzdik, həmişə məsləhətləşərdik. Bizə həmişə yol göstərib, arxa-dayaq olub. İlhamə heç vaxt ölüm barədə düşünmürdü. Hərdən ona deyəndə ki, "ay İlhamə, beşgünlük dünyadır", – əsəbiləşirdi; xoşu gəlmirdi bu sözlərdən. Bəlkə də bu dünyadan köçəcəyini bilsəydi, bizdən bir addım da kənar olmazdı. Yuxuma girəndə də onu gülərüz, xanım-xatın görürəm. Bizimkilərdən kim onu yuxuda görürsə xeyir tapır".

Gülbahar xanım son nəfəsində bacısının yanında olmadığına görə yanıb-yaxıldığını deyir:

"Bacım öləndə yanında olmadıq. Kaş ki, son nəfəsində yanında olaydım, biləydim ürəyində nə dərdi-sözü var. Bəlkə də son nəfəsində mənə nəsə deyəcəkdi. "Bəlkələr" məni yandırıb-yaxır, çox incidir. Ölümündən iki gün əvvəl bacım, gəlinimiz yanında olub, söhbətləşib, dərdləşiblər. Onlara deyib ki, yaxşı planlarım var, elə layihələr edəcəm ki, hamı məndən danışacaq. O, həmişə tək yaşamağı xoşlayırdı, amma tənha qadın deyildi. Qonaq-qaranı sevirdi, gəlib-gedəni çox olurdu. Bacım gözəl insan idi. Adı əsl sənətkar kimi tarixə yazıldı. Bu ölüm məni çox ağrıdır. Hələ də onun yoxluğu ilə barışa bilmirəm"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3730   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686