Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlandı

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlandıAzərbaycanda Qurban bayramı namazının vaxtı müəyyənləşib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, bayram namazı sentyabrın 1-də saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

Qeyd edək ki, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.

Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq. Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2639   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş