Qarabağda qətliam törədən erməni komandir belə öldürüldü — FOTO

Qarabağda qətliam törədən erməni komandir belə öldürüldü — FOTOPKK-nın erməni komandiri qətlə yetirilib.

Türkiyənin Kommunist partiyasının liderlərindən biri Nübar Ozanyan öldürülüb. PKK sıralarında Suriyada savaşan erməni komandir Rakka şəhərində qətlə yetirilib.

Açıqlamaya əsasən Orxan Bakırcıyan kod adlı erməni Nübar Ozanyan Rakkada İŞİD terror qruplaşması ilə toqquşmada öldürülüb.

Ozanyan 1991-1992-ci ilə Qarabağ müharibəsində Ermənistan tərərfdən Azərbaycana qarşı vuruşub. Erməni komandir həm də Türkiyədən Suriyaya gedən qruplaşma üzvlərinin təlimlərinə cavabdeh olub.

Qruplaşmada yüksək mövqeyə sahib Ozanyan uzun bir müddət PKK-nın Suriya qolu olan YPG-nin nəzarətində olan bölgələrdə silahlı qüvvələrin təlimini həyata keçirib.

mənbə: olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2468   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Kurslar.az kurslar