Azərbaycanda DƏHŞƏT: Arvadını döyən kişinin GÖRÜN HARASINI KƏSDİLƏR

Azərbaycanda DƏHŞƏT: Arvadını döyən kişinin GÖRÜN HARASINI KƏSDİLƏRAğdaş rayonunda arvadın qohumları kürəkənin qulağını kəsiblər.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kotanarx kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nurəddin Nuru oğlu Qədirov həyat yoldaşı ilə dalaşaraq onu döyüb. Bunu eşidən qadının qohumları onların yaşadığı evə hücum edərək N.Qədirovu bel sapı ilə döyərək ona ağır bədən xəsarətləri yetiriblər. Bununla kifayətlənməyən qohumlar N.Qədirovun bir qulağını da kəsiblər.

Ağır bədən xəsarətləri alan N.Qədirov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3111   Tarix: 17 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş