Evakuator qaydaları KOBUD şəkildə pozdu, KAMERALARA YAXALANDI - VİDEO

Evakuator qaydaları KOBUD şəkildə pozdu, KAMERALARA YAXALANDI - VİDEOBakıda avtomobilləri cərimə meydançasına aparan evakuator qaydaları kobud şəkildə pozub.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə ictimai fəal Bəxtiyar Hacıyev məlumat verib. B.Hacıyev deyib ki, o, yol polisi əməkdaşına və evakuator sürücüsünə bu barədə iradını çatdırsa da, vəziyyət dəyişməyib - avtomobil elə həmin istiqamətdə cərimə meydançasına aparılıb. B.Hacıyev "giriş qadağandır" nişanının tələbini pozduğu üçün evakuatora yol vermək istəməsə də, yaxınlıqdakı polis əməkdaşı ondan yol verməsini tələb edib.

Hadisə ilə bağlı Bəxtiyar Hacıyev bunları yazıb: "Hər gün 50 dəfə eyni şeyi edirlər, camaatın avtomobilini yolayrıcından 5 metr yox, 4,9 metr məsafədə saxladığına görə aparırlar, "giriş qadağandır" işarəsini 1 metr keçib park etməyə görə cərimələyirlər, amma özləri gündə 50 dəfə qaydanı pozurlar. DYP rəhbərliyi də belə edir. Telefonun batareyası qurtarırdı və başqa yerdə olmalı idim. Yoxsa, axşama qədər gözləyərdim. Əsas odur ki, bilərəkdən qaydanı pozdular yenə də, canlı yayımda olduqlarını bilə-bilə. Jurnalist dostlar DYP-dən soruşa bilərlər ki, DYP əməkdaşı niyə bilə-bilə, israrla qayda pozaraq evakuasiya edir".

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məsələyə münasibətiti bildirib: "Qanun hər kəs üçündür, "Yol hərəkəti haqqında" Qanunla tənzimlənir. Kimliyindən asılı olmayaraq, bu tələbləri yerinə yetirməlidir. Söhbət yol hərəkətində hərəkət üstünlüyünə malik nəqliyyat vasitələrindən gedirsə, bu başqa bir məsələdir. Əgər yol polisi nizamlayıcı qismində göstəriş verirsə, təbii ki, yol polisinin siqnalları, yəni yol polisi tərəfindən verilən siqnallar, göstərişlər birmənalı şəkildə yerinə yetirilməlidir. Mən həmin video ilə tanış deyiləm. Evakuatorun hərəkəti ilə bağlı yol polisi özü şərait yaradırsa, təbii ki, digər hərəkət iştirakçıları da onun hərəkətinə yol verməlidir. Mən baxmamışam həmin videoya. Sadəcə, suallarınıza cavab vermək üçün deyirəm ki, əgər yol polisinin iştirakı ilə, göstərişi ilə avtonəqliyyat vasitəsi hər hansı formada hərəkət eləyirsə, bu qəbulediləndir. Tutaq ki, evakuator deyil, başqa bir maşındır, hamısına aiddir. Polis artıq burada nizamlayıcı qismində olur. Bəxtiyar Hacıyev bu qanunları sizdən də, məndən də gözəl bilir. Təkrar edirəm, videoya dəqiq baxmamışam, görməmişəm deyə dəqiq şərh verə bilmirəm. Daha dəqiqini videoya baxdıqdan sonra demək olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1341   Tarix: 16 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

14:43 49
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 278
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 466
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 324
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunması tarixi hadisədir - RƏY

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunması xüsusi önəm daşıyan tarixi hadisədir. Bunu "Report"a Milli Məclisi

17:40 0
.

İran səfiri Azərbaycanı tərk edir

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırkı dönəmdə tərəflər iki dövlə

16:05 0