Türkə ərə gedən azərbaycanlı qadın rəsmi nikah zamanı QAÇDI: Görün hansı rayondan imiş... - FOTO

Türkə ərə gedən azərbaycanlı qadın rəsmi nikah zamanı QAÇDI: Görün hansı rayondan imiş... - FOTO

Türkiyə vətəndaşı Mustafa Mutluer vətəndaş nikahında olduğu azərbaycanlı xanımı dələduzluqda ittiham edir.

BiG.AZ xəbər verir ki, bununla bağlı qafqazinfo-ya müraciət edən 38 yaşlı Mutluer Fidan Mirzəyeva ilə 3 ay əvvəl birgə yaşamağa başladığını deyib:

“Ona nömrəmi kimin verdiyini bilmirəm. 3 ay əvvəl mənə zəng vurdu, tanış olduq. Kəbin kəsdirmək üçün Azərbaycana gəldim. Nikahda onun ailəsindən heç kim iştirak etmədi. Səbəbini soruşanda Kürdəmirin bir kəndində yaşadıqlarını, gələ bilmədiklərini dedi. Nikahdan sonra onu da özümlə birlikdə Türkiyəyə apardım”.

M. Mutluerin sözlərinə görə, Türkiyədə rəsmi nikah üçün müraciət etmək istəyib. Bu zaman F.Mirzəyeva Azərbaycan səfirliyinə müraciət edərək Bakıya qayıdıb: “Yaxşı maaş alıram, normal yaşayırdıq. Rəsmi nikah bağlamaq qərarına gəlmişdim, o da Azərbaycan səfirliyinə müraciət edərək Bakıya dönmək istəyib. Səbəbini özüm də bilmirəm. Onlar da Fidanı Bakıya göndəriblər. Qayıdarkən özü ilə birlikdə 1200 dollar pulumu və ona aldığım 1000 dollar dəyərində telefonu da aparıb. Maraqlandım, ünvanını tapa bilmədim. Ancaq Xırdalanda yaşadığını deyirlər.

Burada polisə getdim, hadisənin Türkiyədə olduğunu və bir şey edə bilməyəcəklərini dedilər. İndi məhkəməyə müraciət edəcəm. Götürdüyü pul vecimə deyil, başıma açdığı bu oyuna görə cavab verməyini istəyirəm”.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2904 Tarix: 16.08.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Agilli999
Agilli999 16.08.2017
kul senin tepene bundan otru ordan bura atdana-atdana gelmisen ?!


 
Fioletta
Fioletta 16.08.2017
ayallah uzun meseledi dayi bekardi deyesen