Mahir Mədətov: "Qol vuracağımı gözləmirdim..." — VİDEO

Mahir Mədətov: "Qol vuracağımı gözləmirdim..." — VİDEOÇempionlar Liqasının "play-off" mərhələsində "Kopenhagen"lə oyunda yeganə qolun müəllifi olan "Qarabağ"ın futbolçusu Mahir Mədətov görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

BiG.AZ qol.az-a istinadən xəbər verir ki, futbolçu vurduğu qolu şərh etdi.

- Qol vuracağımı gözləmirdim. Özümə də sürpriz oldu. Belə bir turnirdə ilk dəfə idi ki, rəqib toru silkələdim. Hələ işimiz bitməyib. Komandamızın məqsədi var. Cavab oyunu da var, arxayınlaşmaq olmaz. Həmin hədəfə doğru addımlayırıq.

- Qol vuranda sevinmək üçün tərəddüd etdin. Düşünürdün ki, oyundankənar vəziyyət var?

- Bəli, belə oldu. Sonra hakimə baxdım və gördüm ki, əli yuxarıda deyil, mərkəzə doğrudur. Mən də qol sevincimi qeyd etdim.

- Cavab matçı barədə nə düşünürsən?

- Çətin olacaq. Bu matçda da çətin oldu. Əsas üstünlükləri azarkeşləri olacaq. Ancaq biz də bütün gücümüzü ortaya qoyacağıq. Tarix yazmalıyıq, əlimizdən gələni edəcəyik.

- İkinci hissədə daha çox qol şansı oldu, amma yararlana bilmədiniz...

- Ən azı iki qolla qalib gəlsəydik, yaxşı olardı. Bir qolla qalib gəlmək böyük üstünlük deyil. Bu səbəbdən arxayınlaşmaq olmaz. Rəqibin adı və oyunu bizə yaxşı məlumdur.

- "Kopenhagen"ə yaxşı bələd oldunuz. "Qarabağ" səfərdə bu komanda ilə oynaya biləcəkmi?

- Baxarıq. Bu gün yaxşı əziyyət çəkdik. Əlimizdən gələni edəcəyik.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1157   Tarix: 16 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib. xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır. Onu

22.04.2024 242
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22.04.2024 295
.

Hacı Şahinin oğurlanmış "YouTube" kanalı geri qaytarıldı

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi "YouTube" hesabı geri qaytarılıb. xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi "Facebook" səhifəsində məlumat verilib. "Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı ger

22.04.2024 419
.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

14:01 357
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

11:48 190
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 203
.

Rusiyanın Voronej şəhərində fabrikdə baş verən yanğında 3 nəfər ölüb

Rusiyanın Voronej şəhərində elektromexanika zavodunda baş verən yanğın nəticəsində 3 nəfərin ölüb, 2 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. Bildirilib ki, yanğın söndürülüb, başvermə səbəbləri araşdırılı

22.04.2024 202
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 279
.

Nigeriyada atışmalarda 21 nəfər öldü

Nigeriyanın Plateau ştatında yerli əhaliyə qarşı hücumlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb. Hücumun fermerlərə qarşı olduğu bildirilib. Gənclər Hərəkatının milli sədri Sunday Dankaka müxbirlərə bildirib ki, hücum ştatın Manqu və Kuru vilayətlərində qeydə alınıb. Hücumlard

22.04.2024 192