Xalq artisti ermənilərlə ÜZ-ÜZƏ GƏLDİ: "İstədik hay-küy salaq, bizə dedilər ki..." - VİDEO+FOTOLAR

Xalq artisti ermənilərlə ÜZ-ÜZƏ GƏLDİ: "İstədik hay-küy salaq, bizə dedilər ki..." - VİDEO+FOTOLARXalq artisti Gülyanaq Məmmədova BiG.AZ saytının müsahibi olub.

Salam Gülyanaq xanım. Xoş gördük sizi. Çox sağ olun ki, vaxt ayırıb müsahib masamıza əyləşdiniz.

İstərdim elə ilk sualımı nə kimi yenilikləriniz var deyə ünvanlayım.

Salam, siz sağ olun ki, dəvət etdiniz. Hər bir oxucunuzu salamlayıram. Hazırda bildiyiniz kimi yay mövsümündəyik hər kəs istirahətdədi amma buna baxmayaraq mən istirahətə vaxt ayırmamışam, Azərbaycandan kənara da çıxa bilmirəm körpəm balacadır deyə. Ev şəraitində daha yaxşıdır. Qorxuram balaca soyuqlayar. Həm də işlərim var, dayanmadıq heç, yeni mahnım ərsəyə gəldi "Giley" adlı. Müsiqisi Sevinc Tofiqqızına, sözləri isə "M" adlı bir şəxsə məxsusdur. Bu mahnı iyun ayında ad günümdə 2 qardaşım tərəfindən hədiyyə oldu. Ailəvi gediş-gəlişimiz var. Mahnımız işıq üzü gördü bu yay ərəfəsində klip çəkilişləri də həyata keçiriləcək. Çox uğurlu alınıb. Təqdimat etməyi də düşünürəm.

Yay ərəfəsində bir aylıq yay semestirinə dərs deməli oldum deyə istirahətə də vaxt qalmadı. Səhnə adamı olsaq da maddiyyatımız toy məclislərindəndir. O baxımdan ara-sıra xeyir işlərə də gedirəm. Ona görə də hamısı bir arada çox çətin olur. İl uzunu işləyirik deyə evdən başqa yerdə rahatlıq tapmırıq.

-Sənətlə uşaq bir arada sizi incitmir ki?

-Hər işin bir çətini var. Asan iş var ki? Asanın ardınca qaçsaq nə ailə olmaz, nə də uşaq. Uşağa özüm gecələr baxıram, gündüzlər işləri olduğu üçün bacılarım baxır. Sağ olsunlar.

-Klip çəkilişləri gedirmi?

-Klip çəkilişlərinə hələ başlayasıyıq. Avqust ayının 10-20 arası havalar isti olmasa, çəkib bitirmək istəyirik. Mövzu gileylə bağlıdır, məhəbbət janrında. Mənlə bərabər tərəf müqabilim olacaq, amma bu kim olacaq məlum deyil. Bunu rejissor müəyyənləşdirəcək. Onların ideyasına güvənirəm.

-Tələbələrinizdən narazısınızmı?

-Xeyr, tələbələrimdən həmişə razı qalmışam, ola bilsin ki bəzilərinin səsi yaxşı deyil, amma tərbiyələrinə söz ola bilməz. Yaxşı tələbələrim var, bu il də qəbulları yaxşı olubdur.

-Bəs fərdi şəkildə hazırlaşdırdığınız tələbələriniz varmı?

-Var, çoxdur amma mən dərs saatlarımı bitirməmiş onlarla məşğul olmuram. Dərs vaxtı ancaq dərsdəki tələbələrimi hazırlayıram. Amma dərs vaxtı başqa tələbələrin gəlib dərsdə oturub öyrənməsinə də mane olmuram. Təmənnasız gəlib qulaq asırlar. İndiyə qədər də bir tələbəm deyə bilməz ki, Gülyanaq xanım bizdən pul alıb. Bir manat da pul almamışam, nə bilirəmsə, hər birini tələbələrimə öyrətmişəm. Mənə xoşdur ki, tələbələrim mənimlə bərabər səhnəni bölüşsünlər.

Ən çox sevdiyim tələbələrim Kamilə Nəbiyeva, Nigar Rəhimova və adlarını çəkmədiyim hər bir tələbəm mənim üçün doğmadır, əzizdir. Amma bir şeyi də qeyd etmək istərdim ki, onlar efirə çıxa bilmirlər. Efirlər tanımırlar deyə onları səhnəyə çıxartmırlar. Biz biri ilə duet oxuyub onları səhnəyə çıxardırıq. Amma hər dəfə də efirlərə ağız açıb çıxarda bilmirik. Bir yandan efirləri də qınamalı deyil. Onlar da baxımlı tanınmış insanları efirə çıxartmaq, verilişlərinə dəvət edib reytinq qazanmaq istəyirlər. Amma bu yeniyetmələrə yol açmaq lazımdır. Buna görə də mən Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü bildirirəm ki, muğam müsabiqəsini yaradıb, gənclərə qabağa getmək üçün şərait yaradır. Ora da hər kəs qəbul ola bilmir ki, yüzlərlə ifaçıdan 20 nəfər seçilir.

-Bu cür müsabiqələrə münsif kimi qatılmaq istərdinizmi?

-Mən münsif olmaqdan çox çəkinirəm. Bu yaxında bir telekanalda münsif kimi çıxış etdim. Çox çətin işdir, həm də gözəl işdir. Orada kimsə müsabiqəni tərk etməlidir deyə mən pis olurdum. Gənclər müsabiqəni tərk etdikcə pis olurdu, ağlayırdı, mən də içimdə onlarla bir ağlayırdım.

Bizə də zamanında Şövkət xanım, Əlibaba müəllim, İslam Rzayev, Nəriman Əliyev dəstək verdi, bizi səhnəyə çıxartdı. Bu dörd insan mənə çox doğma və əzizdir. Mən bugünki sənətimi onlara borcluyam. Çox dəstək oldular. Ona görə də mən də çalışıram ki, gənclərə dəstək olum.

-Tələbələriniz içərisində "ulduz" xəstəliyinə yoluxan varmı?

-Mənim tələbələrim belə "xəstə"liyə yoluxa bilməzlər. Onlar indiyə qədər çox böyük bir müsabiqə iştirakçısı olsalar da hər bir zaman sadə və təvazökar olublar. Biz də qoymarıq ki, elə olsunlar. Çünki biz onlara musiqi sənəti ilə yanaşı səhnə mədəniyyəti və tərbiyəsi veririk.

-Siz tələbələrinizə davranış qaydalarını da tədris edirsiniz?

-Bu məsələ çox önəmli məsələdir. Tərəfdarıyam ki, müəllim olaraq hər kəs rəftar, oturuş-duruş qaydaları belə yeniyetmələrə tədris etsin. Mimikalar, qabal tutmaq, ağız açmaq və s. hər biri gənclərə tədris edilir. Mən də bunları dərsdə öyrənmişəm, bu gün də tələbələrimə borc bilirəm bunları öyrətməyi.

-Bəzi ifaçılar var ki, ayrılıqdan oxusalar da sifətlərindəki mimika musiqini ifadə etmir. Bu ifaçının problemidirmi, yoxsa onun müəlliminin?

-Bu nöqsandır, ya ona öyrətməyiblər, ya da özü səhlənkarlıq edib, öyrənməyib. Mənim elə mahnılarım olub ki, səsyazma studiyasında oxuyanda belə dəfələrlə kövrəlib ağlamışam. Çünki bu mahnıları duymaq, yaşamaq lazımdır. Sözlə musiqinin vəhdətini yaşamaq lazımdır. Bu yaxında ərsəyə gələn "Giley" mahnımda belə studiyada Sevinc Tofiqqızı özünü saxlaya bilmədi, ağladı çıxdı bayıra. Səs rejissoru da kövrəlmişdi. Musiqiçi, ifaçı da bir aktyor olmalıdır. Səhnədə musiqiyə görə özünü idarə etməlidir.

-Sovetlər dönəmində mahnının janrından asılı olmayaraq hər kəs rəsmi geyimdə və hərəkətsiz şəkildə musiqi ifa edirdi. Bu gün isə səhnənin ciddiyyətindən asılı olmayaraq hər kəs oxuyub-oynuyur. Sizcə bunlardan hansı daha məqbuldur?

-Gəlin dünya arenasına baxaq, dünya arenasında belə bir tendensiya varmı bu gün? Azərbaycanda da səhnədə oynamağı bildiyiniz kimi böyük sənətçimiz Zeynəb Xanlarova gətirib. Zeynəb xanım bu sənətə bir gözəllik gətirdi. Amma onu deyim ki, həmin zamanların da öz gözəlliyi vardı. Gəlin etiraf edək ki, bu gün oynaq mahnını düz, hərəkətsiz ciddi sifətlə oxusanız sizə heç kim baxmaz. Zamanın tələbatı başqadır. Mən efirdə də, səhnədə də necə varamsa eləyəm.

Hər bir musiqinin də özünün geyim qaydası var. Muğam, segah oxuyarkən ciddi və milli geyimdə olmaq mütləqdir. Mən necə mini geyimdə, açıq-saçıq geyinib muğam oxuya bilərəm ki? Onsuz da biz elə geyinmirik, amma hər musiqinin özünəməxsus geyim tərzi var. Mənim qarderobumun əsas hissəsini milli geyimlər təşkil edir.

-Çox müzakirə olunan bir məsələdən sual vermək istərdim. Sizi indiyə kimi ancaq bacınızla bir arada görürdük. İndi yolları ayırmısınız, nadir hallarda sizi birlikdə görürük. Aradan soyuq küləklər keçib?

-Xeyr, sadəcə olaraq bizi ayrı-ayrılıqda verilişlərə, el şənliklərinə dəvət edirlər deyə ayrı görünürük. Aramızda heç bir soyuq münasibət yoxdur. Mən Gülyazla daha çox mehribanam, yaxınam. Bu şayiələr hardan çıxır, necə çıxır bilmirəm. Güya deyirlər ki, biz dalaşmışıq, ayrılmışıq. Bizə jurnalistlər başqa sual verir, anonsda baxıram ki başqa şey yayımlanır. Düzdür, verilişin gedişatında hər şeyi olduğu kimi verirlər, amma anonsu gün ərzində 30 dəfə verirlər, veriliş isə bir dəfə yayımlanır. Ən yaxşı halda təkrarı bir dəfə yayımlanır. Hər kəs də elə bilir ki, dalaşmışıq, münasibətlərimiz pozulub. Bu məni də əsəbləşdirir. Evdə sakit oturduğum yerdə mənə də problemlər yaranır. Heç kim bilmir axı məni bunu bu cür deməmişəm, qohumlarla da münasibətlərdə soyuqluq yaranır. Duetlərimiz olan zaman birlikdə çıxırıq səhnəyə. Amma bir zaman insan öz ürəyini də boşaltmaq istəyir, tək oxumaq istəyir. Ona görə də tək mahnılarımız da var, duetlərimiz də var. Bu yaxın gələcəkdə də Gülyazla duetlərimiz olacaq.

-Bu yaxında da ailənizdə itki olması ilə bağlı xəbərlər yayılmışdı. Bu da şayiə idi?

-Xeyr, rəhmətə gedən mənim xalam oğlu idi. Faciəvi şəkildə rəhmətə getdi. Saytlar məsələdən rəhmətliyin 40-ı çıxandan sonra xəbər tutdular. Həmin ərəfədə də mənim lentlərim çəkilmişdi, efirə getdi. Onda da yazmışdılar ki, qohumu rəhmətə gedən Gülyanaq efirdə mahnı ifa etdi. Axı biz onu bəzən bir neçə ay öncədən çəkirik. Bu üst-üstə düşürsə bu o demək deyil ki, mən gedib mahnı ifa etmişəm. Həmin ərəfədə mən yas məclisində olmuşam.

-Məsəl var, deyirlər musiqi sərhəd tanımır, musiqinin dini, irqi və milliyyəti yoxdur. Siz bu fikirlərə qarşı nə deyə bilərsiniz? Qeyd edim ki, həmkarlarınızdan biri erməni ifaçının Azərbaycan mahnısı ifa etməsinə müsbət münasibət göstərmişdi.

-Düzdür, musiqinin dili yoxdur. Nə qədər xarici ölkələrdə olsaq da, musiqimizi ifa etmişik və sevilmişik. Eləsi olub ki, dilimizi bilməsə də musiqimizi zümzümə edib. Amma bu o demək deyil ki, biz gedək tarixi düşmənlərimizlə ortaq olaq, duet oxuyaq. Mənfur düşmənlərimiz ömürləri boyu bizim mədəniyyətimizi, musiqimizi, incəsənətimizi oğurlayıblar.

Hətta illər öncə Moskvada bir çox səfirlərin iştirakı ilə, eləcə də bizim səfir Polad müəllimin iştirakı ilə keçirilən konsertdə ermənilər bizim rəqslərimizi, mahnılarımızı ifa edirdilər. Şalaxo, tərəkəmə və s. musiqilərimizə rəqs edirdilər. Biz istədik ki, orada hay-küy salaq, bizə dedilər ki, sakit olun. Biz bura gəlmişik ki, mədəniyyətimizlə nümunə olaq. Bizə dedilər ki, elə təqdim edin ki, görsünlər ki, bu həqiqətən də Azərbaycanın mahnısıdır. Biz orda çox səliqə ilə musiqilərimizi ifa etdik, öz iradımızı rəhbərliyə bildirdik. Yazılı şəkildə bildiriş verildi təşkilatçılara. Tam qanuni addım atdıq amma nə olsun. Onlar bildiklərini etdilər.

-Bəs sizin özünüzə qarşı hər hansısa bir səfərdə ermənilər tərəfindən təxribatlar olubmu?

-Şükürlər olsun ki, mənə qarşı heç bir təxribat olmayıb. Bizim sənətimiz o qədər zəngindir ki, bizim onların mahnılarında, sənətlərində gözümüz yoxdur.

-Bu yaxında da Brilliant Dadaşovanın adı erməni ifaçı ilə mətbuata çıxdı. Siz buna necə baxırsınız?

-Mən düşünürəm ki, Briliant xanım, mənim sənət yoldaşlarım bizim milli musiqimizi bəyəniblər. Onlar o ermənini yox, bizim musiqimizi bəyəniblər.

-Son olaraq istərdim bir sual verim. Siz bu gün özünüzü sənətin hansı pilləsində görürsünüz?

-Mən pillə bilmirəm, amma onu bilirəm ki, daim öz üzərimdə çalışıram, çalışıram ki, ölkəmiz, millətimiz üçün layiqli bir sənətçi olum. Sağ olsun ölkə başçısı da məni böyük bir adla təltif edib. Təltif olunsam da çalışıram ki, daim yenə bu pillələri qalxım, daha da yüksəlim bu ada layiq olum. Ürəyimdə çatmaq istədiyim arzularım çoxdur, ailə qayğılarım da çoxdur. Ömür yetsə çalışacam ki, yüksəlim bu sənətdə.

Təşəkkür edirəm Gülyanaq xanım müsahibə üçün.

Mən təşəkkür edirəm sizə və BiG.AZ kollektivinə uğurlar arzu edirəm.

Xalq artisti ermənilərlə ÜZ-ÜZƏ GƏLDİ: "İstədik hay-küy salaq, bizə dedilər ki..." - VİDEO+FOTOLARXalq artisti ermənilərlə ÜZ-ÜZƏ GƏLDİ: "İstədik hay-küy salaq, bizə dedilər ki..." - VİDEO+FOTOLARXalq artisti ermənilərlə ÜZ-ÜZƏ GƏLDİ: "İstədik hay-küy salaq, bizə dedilər ki..." - VİDEO+FOTOLARRövşən Əsədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 5967   Tarix: 16 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411