Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildi

Bakıda maşın alverçilərinin daha bir fırıldağı ifşa edildiBiG.AZ Milli.az-a istinadən xəbər verir ki, jurnalist Elgün Mənsimov avtomobil alverçilərinin maşın alıb-satarkən etdikləri fırıldaqlarından birinin üstünü açıb. Onun sözlərinə görə, bu halla öz avtomobilini satarkən rastlaşıb:

"Srağagün maşını internetdə satdığa qoydum. Üzərindən 15 dəqiqə keçməmiş 20-yə yaxın zəng gəldi. Vədələşdik, gəlib maşına baxdılar. Gələnlərin 99 faizi alverçilər idi. Baxmayaraq ki, yalandan "alverçi deyiləm" deyə israr edirdilər. Bu günədək maşının nə kondisionerində, nə də "ponorama lyuku"nda heç bir problem olmayıb. Nə isə.. Alverçilərdən biri (iki nəfər idi) maşına oturub nə edib-etmədi, düşəndə dedi ki, kondisionerlə, lyuk işləmir. Dedim ola bilməz. Yoxladım, ha gözləyirəm kondisioner soyutmur. Lyuku açdım, açılmadı, ilişib qaldı. Məəttəl qalmışdım. Nə isə…
Bunlar gedəndən sonra oturub bir daha yoxladım. Məlum oldu ki, kondisionerin hava çıxan klapanlarını aşağı fırladıb bağlayıbmış, lyukun arasına isə balaca şurup atıbmış. Zəng edib nəsil-nəcabətinə qədər "düzdüm asfalta". Nakişi olduğunu dəfələrlə "kantofka"sına yapışdırdım. İndi də telefonuna zəng çatmır ki, görüşüb hirsimi daha da soyudum. Adam nə qədər alçaq, şərəfsiz olar ki, bunları etsin…"

Sonda avtomobilini istədiyindən də yaxşı qiymətə, halal bir adama satdığını deyən jurnalist maşın satarkən alverçilərdən uzaq durmağı tövsiyə edib: "Ayıq olun, alverçini yaxınınıza buraxmayın! Onlar 5-10 manatdan ötrü hər şey etməyə qadirdilər…"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2427   Tarix: 13 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914