Həccdən gələn qadın görün hansı oyunlardan çıxdı - BAKIDA - FOTO

Həccdən gələn qadın görün hansı oyunlardan çıxdı - BAKIDA - FOTOMüqəddəs torpaqlara qədəm qoymuş, Məkkəni birlikdə ziyarət etmiş 17 illik rəfiqələri düşmənə çevirən əsas səbəb birinin aldatması, digərinin isə ona aldanması olub.

Günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Allaha inanan, ona iman gətirən, ibadət əhli olduğunu deyən birinin "mənə vergi verilib, "xram" adlanan ruhun səni bütün bədbəxtliklərdən qoruyacağını xahiş edəcəyəm" deməsi isə açıq-aydın şirkdir.

Həcc ziyarətinə gedən bu iki xanım isə bunu vaxtında anlasaydılar, indi biri müflis, digəri dəmir barmaqlıqlar arxasında olmazdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 36 yaşlı Sahilə Atamovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Milli.Az-a istinadən xəbər verir ki, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

Altı il öncə Xətai rayonunda yaşayan Zəfər Quliyevin mənzilindən 75 min manatlıq qızıl-zinət əşyaları oğurlanır. Oğurluq faktı ilə bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanılır. Hadisədən 5 il sonra, ötən ilin avqust ayında oğurluqda şübhəli bilinən ev sahibinin arvadı Elnurə Əhmədova və onun tanışı Sahilə Atamova saxlanılaraq Xətai Rayon Polis İdarəsinə təhvil verilir.

Məlum olur ki, sözügedən oğurluq hadisəsi ev sahibəsinin öz razılığı ilə həyata keçirilib. Bu haqda bir qədər sonra...

Oğurluq, dələduzluq, qeybə çəkilən yüz minlərlə məbləğ

İstintaqla müəyyən edilib ki, Sahilə Atamova rəfiqəsiElnurə Əhmədovaya doğmalarının öləcəyini, baş verəcək bədbəxtlikdən "xram" adlanan ruha onları qoruyacağını xahiş edəcəyini inandırmaqla külli miqdarda pulu ələ keçirib.

Oğurluq hadisəsinə gəlincə isə, mənzildəki qızıl-zinət əşyalarını verməyəcəyi təqdirdə bədbəxtliyin qaçılmaz olduğunu bildirib. E.Əhmədovanın etibarından sui-istifadə etməklə istintaqa məlum olmayan şəxslə əlbir olaraq, Zəfər Quliyevə məxsus Bakı şəhəri, S.Orucov küçəsi, 1184 ünvanındakı mənzildən 110 min manatlıq qızıl-zinət əşyalarını "aparıb".

Amma bununla da kifayətlənməyib. İş o yerə çatıb ki, qadın hətta bacısına məxsus mənzili belə sataraq pulları rəfiqəsinə verib.

"Xramın olması barədə deyilənlər boş söhbətlərdir"

Təqsirləndirilən şəxs qismində dindirilən Sahilə Atamova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Elnurə Əhmədovanı 2001-ci ildən tanıdığını, həyat yoldaşının dostunun arvadı olduğunu, bir-birlərinin evinə gedib-gəldiklərini göstərib: "Namaz qılırdım, Elnurəni də öyrətmişdim. Bir yerdə Həcc ziyarətinə getmişdik. Pula ehtiyacım olduğundan müxtəlif vaxtlarda Elnurədən pul almışam. Elnurə müalicə xərclərimin ödənilməsinə köməklik edirdi".

S.Atamova ona vergi verilməsini, səslərin gəlməsini, "xram"ın olması barədə deyilənləri cəfəngiyat adlandırıb: "Elnurəyə belə bir söz deməmişəm. Hamısı boş söhbətlərdir. Elnurənin evindən yoxa çıxmış qızılları və pulları özü vermişdi ki, satım xərcləyim. Onların evindən qızılları mən oğurlamamışam. O qızılları Elnurə mənə özü verib. Hamısını satmışam".

"Hər şeyi "xram" özü həll edəcək"

Zərərçəkmiş Zəfər Quliyev ifadəsində göstərib ki, baş vermiş oğurluqla bağlı həyat yoldaşının ona "açar qapının üstündə qalıbmış" deməsinə inanıb. Hadisədən beş il sonra cütlük rəsmi qaydada ayrılıb. Elnurə keçmiş həyat yoldaşına hər şeyi etiraf edib: "Sahilə Elnurəyə deyib ki, qapını açıq qoyub getsin, onlar gəlib evi dağıdacaqlar, sonra "xram" özü hər şeyi həll edəcək. Deyirmiş ki, pul verməsən, qaynanan, ərin öləcək. Bu yolla da Elnurədən külli miqdarda pul qoparıb. Sahilə təxminən 130-140 min manat əmlakımızı ələ keçirib".

Zəfər Quliyevlə Elnurə Əhmədova 2002-ci ildə ailə qurublar. Birgə nikahdan iki övladları dünyaya gəlib. On dörd il sonra isə rəsmi şəkildə ayrılıblar.

"Həcc ziyarətindən qayıdandan sonra dedi ki, mənə vergi verilib"

E.Əhmədova ifadəsində Z.Quliyevin uşaqlıq dostunun arvadı Sahilə Atamova ilə yaxın münasibətləri, ailəvi gediş-gəlişləri olduğunu göstərib. 2010-cu ildə birlikdə Səudiyyə Ərəbistanına - Həcc ziyarətinə yollanıblar. Ziyarətdən qayıtdıqdan bir müddət sonra Sahilə ona vergi verildiyini, "xram"dan səslər gəldiyini deyib:

"Bir dəfə bizdə olanda ağzı köpükləndi. Dedim belə eləmə, qorxuram. Sahilə görürdü ki, onun hərəkətləri mənə təsir edir. Deyirdi ki, ərin, balaların öləcək, qəzada tikə-tikə olacaq. Bu yolla müxtəlf vaxtlarda məndən beş min manata kimi pul aldı".

"Şubanı yandırmasan, sənə zərər gələcək"

Həmin ərəfədə Elnurənin bahalı şuba almağı S.Atamovanın gözündən yayınmayıb. O, "bunu təmizləyib yandırmaq lazımdır, yoxsa sənə zərər toxunacaq" deyib. Rəfiqəsinin sözlərinə inanan Elnurə xəz gödəkçəni ona verib. Amma bir müddət sonra özünə məxsus olan kürkü Sahilənin əynində görüb. Şubanı niyə yandırmadığını soruşduqda "təmizlədim, yandırmağa ehtiyac olmadı, mənə zərər gəlməz, amma sən geyinsən sənə zərər gətirər" deməklə kifayətlənib:

"O vaxtdan da kürküm onda qaldı. Pulu qurtaranda deyirdi ki, evdəki qızıllardan ver, yoxsa uşaqların, ərin öləcək. Qızıllar seyfdə idi, Zəfər də hər dəfə seyfə baxırdı. Dedi ki, evdə qiymətli nə varsa, bir çantaya yığ, açarı qıfılın üstündə qoy ki, guya yadından çıxıb, gəlib çantanı götürəcəyəm".

"Xram" gəlib qızılları özü götürəcək"

Rəfiqəsinin dediklərinə əməl edən E.Əhmədova seyfdəki qızıl-zinət əşyalarını bir çantaya yığır. Sonrasa evdən çıxması barədə ona mesaj göndərir. Ev sahibi həmin vaxt işdə, uşaqlarsa məktəbdə olur: "Evdən çıxanda qapını örtdüm, amma bağlamadım, açar qapının üstündə qaldı. Sürücü məni xəstəxanaya apardı. Yolda Zəfərə zəng vurub dedim ki, deyəsən açar qapının üstündə qalıb, binanın komendantına desin ki, gedib evə baş çəksin. Sonradan Zəfər evə gələndə oğurluq baş verdiyini aşkar edib".

"Ərinin ömrünə az qalıb, öləcək, oğlunu oğurlayacaqlar, evin yanacaq"

E.Əhmədova ifadəsində istintaq zamanı Sahilədən qorxduğuna görə bəzi şeyləri müstəntiqdən gizlətdiyini bildirib:

"Oğurluq hadisəsindən sonra yenə də məndən pul alırdı. Gözəllik salonunda mənimlə bir yerdə işləyən Şəms adlı qıza 100 min manat vermişdim ki, aparıb Sahiləyə çatdırsın. 70 min manat pulu da anam və qaynanam vasitəsilə Sahiləyə göndərmişdim. İstintaq zamanı bunları müstəntiqə demədim. Çünki qorxurdum. Sahilə məni qorxudurdu. Ad günümə bağışlanan qızılları işlədiyim salonda meyvə qabının içərisində saxlayırdım. Sahilənin bacısı qızı gəlib o qızılları meyvə qabı ilə bir yerdə apardı xalasına. Mənə deyirdi ki, pul verməsən ərin öləcək, ömrü azalıb, oğlunu oğurlayacaqlar, evin yanacaq. Həmin vaxt oğlum Londonda idi. Pul axtarırdım ki, Sahiləyə verim, hər şey yaxşı olsun".

"Yaxınlarını "xram" adlanan ruhun vasitəsilə ölümdən qurtarıram"

Zərərçəkmiş ifadəsində Sahilənin onu aldadaraq yaxınlarını "xram" adlanan ruhun vasitəsilə qoruduğunu, onları ölümdən qurtardığını, buna görə də, pul vermək lazım olduğuna inandırıb:

"Sahilənin təsiri altına düşmüşdüm, ona inanırdım. Müxtəlif vaxtlarda Sahilə 170 min manat pul vermişəm, həmin pulların bir qismini müxtəlif şəxslərdən borc almışam".

"Pulu verəndə üzünə baxma, bədənindəki enerji həmin adama keçər"

Sahilənin baldızı Təranə Atamova da qardaşı arvadının dələduzluğu ilə üzləşib. Gəlin-baldız arasında münasibətlər də elə bundan sonra pozulub. Belə ki, indiyə qədər ailə həyatı qurmayan Təranənin bəxtinin açılması üçün yollar "axtaran" Sahilə onu Hafizə adlı cuhud bir qadınla tanış edəcəyini bildirib. Məhz həmin qadının vasitəsilə Təranəni və onun ailəsini şər qüvvələrdən, pis insanlardan qoruyacağına inandırıb:

"Özünü Hafizə kimi təqdim edən qadın telefonda mənə ailəmdə problemlər olduğunu, onları yoluna qoymaq üçün pul vermək lazım olduğunu, bundan sonra işlərinin düzələcəyini dedi. Dedi ki, bir nəfər yanına gələcək, pulu ona ver, amma üzünə baxma, yoxsa bədənində olan enerji həmin adama keçər. Onun dediyi kimi elədim. İş yerinin qabağında həmin oğlana 1500 manat verdim".

"O qədər borc almışdım ki..."

T.Atamovanın sözlərinə görə, əvvəllər öz pulunu, sonralar isə işçilərdən borc aldığı pulu Hafizə adlı qadının göndərdiyi oğlana verib. Bu yolla ondan 82 min manat pul alınıb. Bu pulların Lənkəran rayonuna göndərildiyini deyilib:

"Hafizə deyirdi ki, axırda iş bağlananda 100 min manat gətirəcək və mən borclarımı qaytaracağam. O qədər borc almışdım ki, artıq iş yoldaşlarım məni incidir, polisə şikayət edəcəkləri ilə hədələyirdilər. Hərdən Hafizənin yerinə onun tanışları Zahir və Tahir adlı şəxslər danışırdılar. Nə Hafizəni, nə də Zahirgili heç vaxt görməmişəm. Yalnız telefonla əlaqə saxlamışam".

İstintaq zamanı məlum olub ki, Sahilənin tapşırığı ilə taksi sürücüsü Vaqif Hüseynov dəfələrlə Təranədən aldığı pulları ona çatdırıb:

"Təranə deyirdi ki, apar pulları ver xanıma. Bu barədə Sahilədən soruşduqda dedi ki, xanım onun özüdür. Hafizə, Zahir və Tahir adlı şəxsləri tanımıram".

Sosial şəbəkədə tanışlıq 14 min dollara başa gəldi

Sahilə Atamovanın toruna düşənlərdən biri də sosial şəbəkədə tanış olduğu Tural Həsənov olub. Belə ki, T.Həsənov üç-dörd il öncə "Facebook" sosial şəbəkəsində Günay Həsənova adlı şəxlə yazışmağa başlayıb. Ötən ilin aprel ayında bir-iki dəfə görüşüb söhbət ediblər, bulvarda gəzişiblər:

"Günayla bir neçə dəfə "Skype" vasitəsilə danışmışam. Bir dəfə danışanda dedi ki, uşağının hərarəti qalxıb, aparıblar xəstəxanaya, analizlərini Türkiyəyə göndəriblər. Sonra dedi ki, cavablar gəlib, qızında ilik xəstəliyi var, donor transplantasiyası olunmalıdır. Bu əməliyyat üçün 85 min manat lazım olduğunu, 25 min manat çatmadığını, əgər əməliyyat olunmazsa uşaq öləcəyini deyirdi. Qızının fotoşəkillərini də göstərmişdi. Yazığım gəldi, birtəhər pul toplayıb 14 min dollar aparıb verdim. Pulu bir ay müddətinə qaytaracağını dedi, inandım. Günayla tez-tez "Skype"da və telefonda danışırdım, deyirdi uşaq əməliyyat olunub, Bakıya qayıdacaqlar. Bakıya gələndən sonra gah Sumqayıtdakı evini satıb pulu satıb qaytaracağını, gah da Ukraynadakı qardaşlarının pul göndərəcəyini dedi".

Pulunu geri ala bilməyən T. Həsənov ötən ilin avqust ayında polisə müraciət edib. Sonradan məlum olub ki, özünü Günay Həsənova kimi təqdim edən şəxs əslində Sahilə Atamova olub.

Məhkəmə prosesi davam edir.
Həccdən gələn qadın görün hansı oyunlardan çıxdı - BAKIDA - FOTOHəccdən gələn qadın görün hansı oyunlardan çıxdı - BAKIDA - FOTOHəccdən gələn qadın görün hansı oyunlardan çıxdı - BAKIDA - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5019   Tarix: 12 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Xəbər verdiyimiz kimi, keçən həftə Dubayda kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki, artıq şəhərdə hava şəraiti düzəlib. İntensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib. Hadisə zamanı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb

22.04.2024 360
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22.04.2024 330
.

Daşqına məruz olan İranda timsah xəbərdarlığı - VİDEO

BƏƏ və Omandan sonra İranda da fırtına olub. BİG.AZ xəbər verir ki, sel zamanı timsahların hücumlarına qarşı əhalini xəbərdar edilib. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, sel Sistan-Bəluçistan əyalətinə və Hörmüzgan əyalətinə təsir edib. Rəsmi xəbər agentliyi İrNA-y

22.04.2024 240
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22.04.2024 414
.

"Putinlə danışıqlarda Rusiya sərhəd qoşunlarının məhz bu ərazilərdən çıxarılacağı haqqında qərarın qəbul olunacağı gözlənilir" - Politoloq

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov bildirib ki, Ermənistanda Rusiya Federasıyasına məxsu

22.04.2024 423
.

"Fransa müstəmləkəçilik siyasətindən əl çəkmək istəmir"-EKSPERT

"Bu gün Fransanın "bizimdir" deyə zəbt etdiyi Yeni Kaledoniyada insan 3500 il əvvəl məskunlaşıb. Həmin vaxt nəinki Napoleonun babasının babası, heç Karolinqlər sülasənin və ya Merovinqlər sülaləsinin əcdadları da yox idi.Dünyada bizim bayrağa bayrağı ən çox bənzəyən Yeni Kaledoniya Saki

22.04.2024 234
.

Rusiyanın Voronej şəhərində fabrikdə baş verən yanğında 3 nəfər ölüb

Rusiyanın Voronej şəhərində elektromexanika zavodunda baş verən yanğın nəticəsində 3 nəfərin ölüb, 2 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. Bildirilib ki, yanğın söndürülüb, başvermə səbəbləri araşdırılı

22.04.2024 197
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22.04.2024 494
.

Ürəyi zəif olanlar baxmasın! - Bakıda ağırtonnajlı maşın qadının üzərindən keçdi - ANBAAN VİDEO

Aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi "Howo" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən 35-40 yaşlı qadını vurub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunu

22.04.2024 1231