ANS-in keçmiş aparıcısı: "Bəzi kişi müğənnilərin imicini dəyişərdim"

ANS-in keçmiş aparıcısı: "Bəzi kişi müğənnilərin imicini dəyişərdim"ANS-in keçmiş aparıcısı Umka Hacıyeva BiG.AZ saytına müsahibə verib.

Hazırda "Space" televiziyasında çalışan aparıcı ilə söhbətə yeni işlərindən başladıq:

- Yay aylarında çoxları istirahət edir, siz isə iş başındasınız?

- "Space" televiziyasında proqramım davam edir. mənim üçün efirdə olmaq olduqca maraqlıdır. Təzəlikcə adım məşhur "Forbes" jurnalında çəkilib. Iştirak etdiyim "Fashion week"dən 5-6 model fotosu seçiblər. Onların biri də mənəm, amma bu haqda heç yerdə danışmamışam. Mənim fotosessiyamı edib, müsahibəmi yayımlasaydılar, bu haqda hər yerdə danışardım. Bir fotoya görə aləmə car çəkmək lazım deyil.

- Adətən, məşhurlar bu cür şeyləri mətbuata ötürür ki, haqlarında xəbər yayılsın, gündəmə gəlsinlər.

- Özümü tez-tez mediada görmək istəmirəm. Bu işlər yorucudur. Bəziləri hər getdiyi yerdən foto paylaşır ki, media nümayəndələri xəbərə çevirsin. Mən bu cür şeylərdən uzağam. Maraqlı iş ərsəyə gətirmədən gündəmə gəlmək istəmirəm.

- Uzun müddət televiziyadan uzaqlaşsanız da, tamaşaçılar tərəfindən unudulmadınız. Bəlkə də, bunun rahatlığı var?

- Mən düşünürdüm ki, geri qayıtsam, məni tanımazlar. Yenidən tanınmaq çətin olar. Xarici görünüşüm xeyli dəyişsə də, orta nəslin nümayəndələri də məni tanıyır. Bəlkə də, yaddaşda qalmağın rahatlığını yaşayıram. Səmimi və olduğum kimiyəm. Ona görə də insanlar məni sevir.

- Yenidən televiziyaya qayıdanda demişdiniz ki, gediş səbəbiniz şəxsi həyatınız olub. Yenidən şəxsi həyatınıza görə efirdən, sənətinizdən uzaqlaşardınız?

- Bəlkə nə vaxtsa, uzaqlaşaram. Ola bilər ki, xarici ölkəyə köçərəm, məcbur qalaram. Haradasa karyeramı davam etdirəcəyəm. Hələ ki, sənətdən getməyi düşünmürəm. yeni layihələr edəcəyəm.

- Yeni serial və ya film təklifi var?

- Yeni seriala dəvət almışam. Amma bu haqda danışmağa icazə vermirlər. Hazırda "Space" telekanalında veriliş aparıram. Maraqlıdır, həftədə bir dəfə qonağım olur.

- Bəzən yerli tanınmışlar deyir ki, Bakıda rahat gəzə, ölkədə istirahət edə bilmirlər. çünki sevənləri imkan vermir. Göz önündə olmaq sizi necə bezdirmir?

- 10 nəfərdən 5-i məni tanıyır. Amma mən insanlardan yorulmuram. Əgər tamaşaçı sevgisindən bezdiyini deyənlər qeyri-səmimilik edir. Bizim tanınmışların ətrafında izdiham olmur. Şəhərə çıxanda 2-3 adam yaxınlaşır, ya yox. Kimsə hansısa məşhurdan ötrü özünü yandırmır. Mən belə şeyləri problem etmirəm. İnsanların mənə yaxınlaşması məni bezdirmir, xoş təsir bağışlayır.

- Bir çox tanınmış bizneslə məşğul olmağa başlayıb. Sizin belə istəyiniz varmı?

- Əslində, bu yaxınlarda özümü kəşf etmişəm. ağlımda bir-iki plan var iş barədə. Hazırda modelyerlik, dizaynerlik trend olub. Hər kəs kolleksiya hazırlayır. Nə isə etməyə çalışan insanları alqışlayıram. Amma bəzilərinin işi tutmur. Çünki maraqlı paltarlar hazırlamırlar, kimdənsə oğurlayırlar. Mənim işim paltarlarla deyil, fərqli işdir. Tezliklə açıqlamayacağam. Onu da deyim ki, yaxşı rəsm çəkmək qabiliyyətim var.

- Modelyer olsaydınız, kimin üçün geyim hazırlamaq istərdiniz?

- Dizayner olsaydım, bir neçə nəfər üçün paltar hazırlamaq istərdim. Doğrudur, elə güclü dizayner olacağımı düşünmürəm. Məsələn, Rihanna və Beyons üçün paltar hazırlamaq istərdim.

- Şou-əhlinin geyim tərzini necə bəyənirsiniz? Sizcə, kişi sənətçilərimiz zövqlü geyinir?

- Səhnədə olan bir çox kişi müğənninin imicini dəyişərdim. Onları fərqli, daha dəbli görmək istəyirəm. Xarici kişi ulduzlara isə ehtiyac yoxdur. Onlar çox baxımlıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4911   Tarix: 10 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023