ANS BAĞLANDI, "Bala dili", "Elli", "Aysel" jurnallarının TALEYİ NECƏ OLDU?

ANS BAĞLANDI, "Bala dili", "Elli", "Aysel" jurnallarının TALEYİ NECƏ OLDU?Ötən ilin iyulunda ANS telekanalının bağlanması gündəmi zəbt edən əsas məsələlərdən idi. Telekanalın qapadılmasına səbəb Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisələrindən sonra ANS əməkdaşının bu olaylara rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransında iştirak etməsi olub.

BiG.AZ əbər verir ki, müsahibədən sonra "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, televiziya vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verildiyi üçün ANS-in fəaliyyəti dayandırıldı. Milli Televiziya və Radio Şurası (MTRŞ) 2016-cı il iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının dayandırılması barədə qərar qəbul edib. MTRŞ həmçinin, ANS-ÇM radiosunun lisenziyasını ləğv edib.

Lakin telekanal və radio ilə yanaşı, "ANS PRESS Nəşriyyat Evi" MMC müxtəlif jurnallar da dərc etdirib. "Hesabat", "Bala dili", "Elli", "Elman", "Aysel" kimi jurnallar oxuculara təqdim edilirdi.

Maraqlıdır, hazırda ANS şirkətlər qrupuna məxsus olan həmin jurnallardan hansısa fəaliyyət göstərirmi? Bu jurnalların aqibəti necə olub?

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, maliyyə qaynağı olmadığı üçün şirkətə məxsus olan jurnallar da öz fəaliyyətini dayandırıb:

"Hazırda bizim fəaliyyətimiz tam şəkildə dayanıb. Bu səbəbdən bir qəpik də qazana bilmirik. Belə olduğu halda hansı vəsaitlə jurnal dərc etdirə bilərik? O qədər borclarımız var ki... Camaatın maaşını necə verək?...Yaxşı bilirsiniz ki, jurnal dərc etdirmək üçün işçi, vəsait, maliyyə qaynağı lazımdır".

AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov dəfələrlə Modern.az-a açıqlamasında ANS-in avadanlıqları ilə bağlı məsələdə qeyri-müəyyənlik olduğunu və şirkətin binadan əmlakını çıxarmadığını bildirib. Hətta institut direktoru açıqlamasında avadanlıqların köçürülməsi üçün ANS-ə yer təklif etdiyini də qeyd edib.

M.Məmmədov bununla bağlı ünvanladığımız sualı belə cavablandırıb:

"Avadanlıqlarla bağlı hər hansı irəliləyiş yoxdur, hamısı eyni yerdədir. Tutaq ki, biz bu avadanlıqları binadan çıxartdıq, bəs hara qoyacağıq, küçəyə?...Axı bizim binamız da yoxdur. Zoologiya İnstitutu çox şey deyə bilər. ANS-in əmlakı ilə əlaqəli məsələ məhkəməlikdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2788   Tarix: 09 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 273
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

19.04.2024 1076
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 982
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 259
.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

19.04.2024 149
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 402
.

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet

11:53 71
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 263
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 310