Milyonları olan, amma ailəsi pulsuzluqdan "sürünən" ƏN XƏSİS ADAM - FOTO

Milyonları olan, amma ailəsi pulsuzluqdan "sürünən" ƏN XƏSİS ADAM - FOTOHenrietta Qrini "Uoll-Stritin ifritəsi" adlandırırlar. Bu qadın XIX əsrin sonunda XX əsrin əvvəllərində Nyu-Yorkda həyata keçirilən bütün böyük maliyyə əqdlərinə təsir etmək imkanına malik idi. Az qala hər işbaz ona borclu idi, Hettinin sərvəti isə milyon dollarlarla ölçülürdü.
Lakin o, təkcə ən varlı qadın kimi yadda qalmadı, həm də inanılmaz xəsisliyi ilə tarixə düşə bildi.
BiG.AZ Publika.az-a istinadən bu mənfur qadın haqda, onun məntiqə uymayan xəsisliyi barədə oxucuları bilgiləndirir.

Henrietta (Hetti) Qrin 1834-cü ildə zəngin və dindar ailədə anadan olub. Valideynləri "balina ovu" biznesi ilə məşğul olur, uşağın tərbiyəsini isə, onun babası Hideon Halendə həvalə edirlər. Babası nəvəsinin təhsilinə özünəməxsus şəkildə yanaşır. Mühasibat hesabatları onun tədris vəsaitləri, maliyyə məlumatlarını ucadan oxumaq isə onun üçün əlifbanı əvəzləyirdi. Üstəlik, hər oxunulan xəbərə görə, qızcığaz bir neçə sikkə alırdı, hansı ki, onları dərhal xərcləmirdi, öz bank hesabına köçürürdü.
Artıq 13 yaşında Hettiyə bütün ailə mühasibatı etibar edilir. Ata limana gedəndə, qızını özü ilə aparırdı. O yüklənmə-boşaldılma prosesini izləyir, əliəyri dənizçilərin cəzalandırılmasını öz gözləri ilə görürdü.

Hettinin 15 yaşı tamam olanda valideynləri onu Boston məktəbinə verirlər. Onların istəyi bu idi ki, qızları klassik təhsil alsın, amma bir məsələni hesaba almamışdılar: Hetti aydın başa düşürdü ki, o, nə istəyir. Qız təhsildə heç bir faydanın olmadığını düşünürdü. Onun müvəffəqiyyəti də dəhşətli dərəcədə aşağı idi. Yalnız riyaziyyat fənni üzrə unikal nəticələr göstərirdi. Məktəbdə Hetti az qaldı, mühasib kursuna düzəldi, artıq 1 illik tədrisdən sonra bəyan etdi ki, ona nə lazımdırsa, hər şeyi bilir.
Bir dəfə valideynləri Hettiyə bütün qışı keçirmək üçün Nyu-Yorka səfər hədiyyə edirlər. Özü ilə götürmək üçün ona 1000 dollar verirlər, o vaxt üçün bu, böyük məbləğ idi. Zirək qız pullarını paltar və aksessuarlar almaq üçün xərcləmədi, əksinə, onları səhmlərə yatırdı.

1860-ci ildə anasının ölümündən sonra atası bütün ailəsi ilə birlikdə əyalətdən Nyu-Yorka köçmək qərarına gəlir. Bundan 5 il sonra o özü dünyasını dəyişir. Hettiyə 7.5 milyon dollar miras qalır, "balina ovu" biznesi isə qardaşlarına keçir. Hetti heç kimlə məsləhətləşmədən pulları hərbi istiqrazlara yatırır. Qardaşlar hiddətlənirlər və şübhə etməyə başlayırlar ki, gerəsən doğrudanmı, atası vəsaitləri bu formada istifadə etməyi vəsiyyət edib... İnadçı bacı qardaşlarının bir neçə gəmisini yandırır və bəyan edir ki, onun işinə qarışanları sadəcə olaraq, öldürəcək.
Hettinin qaranlıq işləri gənclik illərindən başlayır. O, gözləyirdi ki, bibisi öləndən sonra onun bütün varidatını məhz qardaşı qızına qoyacaq, lakin bibisi əmlakını xeyriyyəçiliyə bağışlamaq qərarına gəlir. Hetti vəsiyyətnaməni saxtalaşdıra bilir və qohumunun bütün varidatına təkbaşına yiyələnir. Yalanın üstü açılanda, qadın multimilyoner Edvard Qrin adlı şəxsə ərə gedir və Londona köçür. 3 yaşlı hiyləgər xanım nikah müqaviləsinə belə bir punkt salır ki, əri heç vaxt onun əmlakına iddialı olmayacaq. Böyük Britaniyada Hetti Qrin 2 uşaq dünyaya gətirir. Bir neçə il sonra isə yenidən ABŞ-a qayıdır.

Zaman keçdikcə Hetti Qrini "Uoll-strit"in (Nyu-York fond birjası) sahibəsi adlandırırlar, çünki bütün ən iri əqdlər onun əli ilə həyata keçirilirdi. Üstəlik, XX əsrin əvvəllərində Nyu-Yorkda elə bir şirkət qalmır ki, Qrindən borc pul almasın. İş o yerə çatmışdı ki, böhran zamanı meqapolis hökuməti maliyyə dəstəyi üçün "Ev Sahibəsi"nə müraciət etdilər.
Baxmayaraq ki, Henrietta maliyyə sahəsində fenomenal hissiyyata malik idi, onun xasiyyəti yumşaq desək heç kəsin xoşuna gəlmirdi. Bu qadın təkcə öz böyük sərvəti ilə deyil, həm də inanılmaz xəsisliyi ilə yadda qaldı. O, "Uoll-strit"də hər qəpiyə görə dava edirdi, məişətdə adi dükançılar da onun "şanından" danışırdılar. O, yalnız sınıq, qırıntılı peçenye alırdı, çünki onlar bütövlərdən bir qədər ucuz idi... Hetti heç vaxt istilik batareyalarından və isti sudan istifadə etmirdi, çünki bu, onun üçün cah-cəlal sayılırdı və yolverilməz hesab olunurdu.

Ona həm də "kaftar" ləqəbi vermişdilər. Məsələ ondadır ki, artıq ahıl yaşında olarkən Hetti Qrin, yalnız bir qara paltar geyinirdi, hesab edirdi ki, başqasına ehtiyac yoxdur. Qulluqçu isə bu geyimi tam yumurdu, yalnız ən çox çirklənmiş hissəsini yuyurdu. Çünki madam Qrin üçün bu, sabuna qənaət sayılırdı...
O, nadir hallarda əlini yuyurdu, nəinki bütün bədənini. Ətrafdakılar ondan gələn pis qoxuya dözməyə məcbur idilər. Üstəlik, daim gələn soğan iyi də, hansı ki, mənfur qadın xəstəliklərinin profilaktikası məqsədi ilə çeynəyirdi, ürəkləri bulandırırdı.
Amma ən dəhşətlisi Hetti Qrinin uşaqlarının durumu idi. Qızı Silviya ayaqları qüsurlu doğulmuşdu. Qız tibbi yardım haqqında düşünə bilməzdi, çünki "həkim" sözü anasını hiddətləndirirdi. Hetti hesab edirdi ki, həkimlər yalnız onun pulunu soymaq barədə düşünürlər.

Oğlu Ned də tam şəkildə ana "qayğısını" öz üzərində hiss etmişdi. O, xizəklə sürüşərkən ayağını sındırır. Hetti onu normal klinikaya aparmır və cındır paltar geyinərək, onu əsasan avaraların müaəlicə aldığı pulsuz xəstəxanaya aparır. Orada onu tanıyırlar və qapıdan qovurlar. Onda anası qərara gəlir ki, oğluna türkəçarə vasitələri ilə kömək etsin. Bu keşməkeş uşağın ayağının amputasiyası ilə nəticələndi və ən ucuz protezlə başa çatdı.
Hetti Qrinin ölümündən sonra bütün varidatı, nə az, nə çox düz 4 milyard dollar oğluna keçir. Ned mirası bacısı ilə də bölüşür. Yeri gəlmişkən, anasının xəsisliyindən dəhşətə gələn Silviya, qardaşının ölümündən sonra mirasın tamına sahib olur və bütün pulları xeyriyyəçiliyə xərcləyir.
Milyonları olan, amma ailəsi pulsuzluqdan "sürünən" ƏN XƏSİS ADAM - FOTOMilyonları olan, amma ailəsi pulsuzluqdan "sürünən" ƏN XƏSİS ADAM - FOTOMilyonları olan, amma ailəsi pulsuzluqdan "sürünən" ƏN XƏSİS ADAM - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3186   Tarix: 06 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 465
.

"Prius"ların dövrü bitir? - ARAŞDIRMA

Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni qaydalar açıqlandıqdan sonra "Prius"ların qiymətinin kəskin şəkildə ucuzlaşacağı qənaəti formalaşıb. Bəzi ekspertlər hesab edirlər ki, bu ucuzlaşma tədricən baş verəcək. Amma bunun əksini düşünənlər də var. Yeni qaydalara əsasən, artıq yaşı 1

07.04.2024 396
.

İftar süfrəsinə hazırlaya bilərsiniz

"İftar menyusu"nu təqdim edirik:. Cənnət şorbası. Ərzaqlar:. 2 qaşıq kərə yağı. 3 xörək qaşığı qarğıdalı unu. 1 orta kartof. 1 soğan. 2 diş sarımsaq. 2 stəkan toyuq suyu. 4 stəkan qaynar su. 1 çay qaşığı qara bibər. 1 çay qaşığı duz. Üzəri üçün:. 2 xörək qaşığı yağ. 1 çay qaşığı üyüdülmüş qırmız

08.04.2024 526
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 278
.

Sankt-Peterburq turistlər üçün ödənişli olacaq

Aprelin 1-dən Sankt-Peterburq turistlər üçün ödənişli olacaq. Bazar ertəsindən etibarən şəhərdə kurort vergisi tətbiq ediləcək. Güzəştli kateqoriya istisna olmaqla, bütün yetkinlik yaşına çatmış turistlərdən hər gün üçün 100 rubl tutulacaq. Toplanan vəsaitin sonradan turizm obyektlərinin tikintisin

31.03.2024 469
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 292
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 456
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 287
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 394