Yəhudilərin gücünün qaynağı ORTAYA ÇIXDI: sən demə... - İNANILMAZ MƏQAMLAR

Yəhudilərin gücünün qaynağı ORTAYA ÇIXDI: sən demə... - İNANILMAZ MƏQAMLARYəhudilər əsrlər boyu dəfələrlə məruz qaldıqları haqsızlıqlar, kütləvi qətliamlar və qırğınlara baxmayaraq dünyanın ən müdrik və güclü milləti hesab edilir. Onlar haqda hələ də minlərlə əfsanələr, lətifələr dolaşır. Hesab olunur ki, bu xalq daim rastlaşdığı çətin vəziyyəti öz xeyirinə həll edib, sonunda qalib olmağı bacarır. Bu bacarıq isə birdən-birə formalaşmır. Yəhudilərin malik olduqları məqsədyönlük, təmkin, zəhmətkeşlik və elmə böyük maraq onlara uşaqlıqdan aşılanır.
Odur ki, yəhudilərin uğurunun sirrini çözmək üçün onların tərbiyə üsullarını öyrəmək lazımdır.

BiG.AZ Publika.az-a istinadən yəhudilərin tərbiyə üsullarının ən maraqlı və əsas məqamlarını təqdim edir:
Bu xaqlın nümayəndələri uşaqlarına qarşı xüsusi həssaslıqla yanaşırlar. Hansı yaşda məlumatları necə qavrayacaqlarını bilirlər. Odur ki, övladlarının tərbiyəsilə məşğul olmağa lap erkən yaşdan başlayırlar.
Yəhudi tərbiyə üsulunun cəmiyyətimizə örnək olacaq bir neçə vacib ünsürünü önə çəkməmək olmaz.
Yəhudi ailəsində əsas aparıcı qüvvə anadır. Çünki burada qurulan ailələrdə qadının səlahiyyətləri daha üstüdür. Ailə üzvləri ona nəinki qadın kimi hörmət bəsləyir, həmçinin əsas məsləhətçi hesab edirlər. Ana öz müqəddəs vəzifəsini layiqincə yerinə yetirmək üçün əlindən gələn hər şeyi edir. Hər bir yəhudi valideyn üçün onun övladı ən mükəmməl uşaqdır, və heç vaxt onu tənqid etmir.
Ana daim öz övladının uğurlarını qabardır. Bu tərif uşaq doğulan andan başlayır. Yəhudi ana körpəsinin ən xırda uğurunu belə böyük qələbə kimi qələmə verir. Bura balacanın ifadə etdiyi ən primitiv söz və ya kağız üzərində yazdığı xırda cızma-qara aiddir. Bu gözəl xəbər bütün doğmalara yayılır. Əsas mədsəd odur ki, uşaq insanların onun xoş əməlindən xəbər tutduqlarından agah olsun.

Yəhudi ana heç vaxt övladını danlamır. O, uşağın tutduğu mənfi əməllərini pisləyə bilər. Övladını isə əsla... Yəhudilərin tərbiyə üsulunun özülü də elə budur. Adətən tutduğu pis əmələ görə digər analar övladını günahlandırır, yəhudi analar isə tam əksinə həmin cəhətin özünü pisləyib, övladının gözündən salmağa çalışır.
"Mənim övladımın çatışmayan cəhəti yoxdur, ola da bilməz", -mental dəyəri yəhudilərin metodikasında üstün tutulur. Bunu isə uşaqların qarşısına vəzifələr qoyub, nəyəsə məcbur buraxmaq deyil, kitabların köməyilə edirlər. Ümumiyyətlə, son araşdırmalar göstərib ki, uşaqlara hər gecə yatmadan öncə təmiz ideologiya formalaşdıran kitablar oxunmalıdır.
Onlar övladlarını müasir qorxunc personajların aqressiyası üzərində qurulmuş animasiyalardan uzaq tutur, illər öncə çəkilmiş və uşaqda müsbət dəyərlər formalaşdıran cizgi filmlərinə üstünlük verirlər. Bu, həm azyaşlıların tərbiyəsini müsbət yöndə formalaşdırır, həm dərin və rahat yuxuya getməsini təmin edir, həm də təsəvvür dünyasını genişləndirir.

Əziz analar, görürsünüzmü milli mənsubiyyətinizdən asılı olmayaraq, övladınızın tərbiyəısində aparıcı qüvvə məhz sizsiniz. Odur ki övladınızı cəzalandırıb, saf dünyalarını zədələmədən öncə yaxşıca düşünün. Bəlkə, bu üsulları sınaqdan keçirəsiniz?
Yəhudilərin gücünün qaynağı ORTAYA ÇIXDI: sən demə... - İNANILMAZ MƏQAMLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3865   Tarix: 05 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051