"Qarımış qız"nə etməlidir?

"Sən ailə qurmusan?" - köhnə tanışlarımızı görəndə ilk eşitdiyimiz sual bu olur. Təəssüf ki, karyera uğurları haqda deyil, məhz bu barədə soruşurlar. İnsanlar düşünürlər ki, qadın ilk növbədə nəslin artırılması üçün yaradılıb, buna görə ailəyə və uşağa mənsub olmalıdır. Onun həyatda müvəffəqiyyəti və təminatlığı hələ də daha çox bu kriteriyalarla ölçülür. Əgər qadın bunların heç birinə sahib deyilsə, cəmiyyətdə onun halına acımağa başlayırlar: "Ah… bədbəxtin həyatı alınmaylb" və ya qınayır, istehza ilə yanaşırlar. Belə hallarda siz daha çox özünüzün gərəkliliyini sübut edərək onları susdurmaq istəyirsiz.
İlk növbədə belə suallardan yayınmaq lazımdı, axı bu sənin şəxsi həyatındı. Ən acınacaqlısı odur ki, siz özünüz də bu sualları özünüzə verirsiniz. Özünüzü aldada bilməzsiniz, xüsusən də sizin artıq kifayət qədər yaşınız varsa.
Əgər sən "qarımış qızsan"sa nə etməlisən? Özünə həyat yoldaşı axtarmalı, yoxsa buna önəm verməməli?

Sosioloqların fikrincə, tənha qadınlar son zamanlar kütləvi hal alıb. Bunun da obyektiv səbəbləri var. Bilirik ki, qadınların sayı kişilərin sayını üstələyir, bu fərq yaşla da artır, kişilərdə yaşama müddəti azalıb, vaxtından əvvəl ölüm halları artıb.
Əksər kişilərdə zərərli adətlər, qanunla, sağlıqla, işlə bağlı, yaşayış yeri ilə problemlər var. Bununla yanaşı, indiki qadınlar maliyyə azadlığına və bərabərliyə can atırlar, karyerada da müvəfəqiyyətlidirlər, bu gələcək həyat yoldaşı və uşağın atasına yüksək tələblər qoyulmasına gətirib çıxarır. Müasir qadınlar yanlarında, ətrafında onunla bərabər səviyyədə kişini görmək istəyirlər.

Bəs nə etməli: bu vəziyyətlə barışmalı və ya çıxış yolu tapmalı? İlk növbədə müəyyənləşdirin "qarımış qız" ifadəsinə necə yanaşırsınız.
Tənha qadınlar 3 kateqoriyaya bölünür: birincilər - öz vəziyyətlərnə fəlsəfi yanaşaraq: "hələ özlərinə uyğun gələnini tapmayıblar" - deyə qeyd edirlər.
İkincilər - bu vəziyyətə görə kompleks keçirirlər. Belə qadınlar kiminləsə yaxınlaşmaq istəyirlər, amma qorxurlar.
Üçüncü kateqoriya - bu feministlərdi, kişiləri öz diqqətlərinə layiq görmürlər və karyeraları ilə məşğul olurlar. Bu cür klasifikasiyaya baxmayaraq onların hamsı yalnızdır və bu, faktdır. Onlar hansı kateqoriyaya aid olmalarına baxmayaraq, xoşbəxtliyə çatmaq üçün fərqlı yollarla getməli olurlar.

Müasir dünyada evlilik artıq qadın üçün tam təminatlılıq hesab edilməsə də, cəmiyyət üçün hansı izahı verməyindən asılı olmayaraq hər normal qadın ailəyə, sevimli şəxsə, uşaqlara sahib olmaq istəyir. Özünüzü aldatsanız da, təbiəti aldatmaq olmaz. Adətən ictimai qınaqdan, fikirdən qorunaraq bu qadınlar subaylıq səadətləri barədə nağıllar uydururlar. "Mən ərə getmək istəmirəm" və ya "Mənim uğurlarım var və mənim heç nəyə ehtiyacım yoxdu, mənə heç kim lazım deyil" və s. Bu cür ifadələri işlətməklə onlar suallardan yayınırlar. Hətta hərdən zəif, sevimli və kimdənsə asılı olmaq istəyən ən güclü qadına belə təklik tam təminatlıq vermir. Zəif cinsin nümayəndələri bu suallarla özlərini yormağa başlayir: "Mənim niyə kişilərlə bəxtim gətirmir?". Nənəyə çevrilmədən həyata açılışın. Öz yalnızlığını müvəqqəti hesab edib ondan qurtulmaq üçün hər vasitəyə can atan qadınların şansı öz vəziyyətləri ilə barışan qadınlardan daha çoxdu.

Əlbəttə, yalnızlığın öz müsbət tərəfləri də var - öz həyatınızın sahibisiniz. Heç kim sizi əsəbləşdirmir, başqalarının çatışmayan cəhətləri ilə barışmaq, kiminsə fikri ilə razılaşmaq lazım deyil. Siz düşünürsünüz ki, ərə getməklə öz individuallığınızı itirəcəksiniz. Bu cür düşünməyə davam edin: zamanla bu cür ilyuziyalı qorunma sizi həyatın bütün gözəlliklərindən məhrum edəcək. Siz axı istəmirsiniz ətrafınızdakılar sizi qapalı, kompleksli, bədbəxt hesab etsinlər.
Cavab verin, hansı kişi sizin dərində gizlədilmiş daxili sərvətinizi kəşf etmək istəyəcək? Razılaşın ki, belə könüllülər artıq yoxdu.

Siz hələ öz səadətinizə qovuşmaq planını hazırlamamısınız? Hələ də gözləyirsiniz özü zənbillə göydən düşəcək? Ruhdan düşməyin, üçüncü sürətə keçin və cəsarətlə öz xoşbəxtliyinizə doğru addımlayın. Bu gun tanışlıq üçün geniş imkanlar var, internet. iş və istirahət yerləri və idman zalları - variantlar çoxdu, təki istək olsun. Öz xoşbəxtliyinizi axtarmaqdan çəkinməyin, məqsədyönlü şəkildə şəxsi həyatınızın qurulması ilə məşğul olun. Əks tərəfin mövqeyi sizə heç nə verməyəcək.
Lakin problemin üzərində çox ilişib dayanmayın. Biri ilə alınmadısa məyus olmayın.
Özünüzü inkişaf etdirməklə məşğul olun. Qadın yalnızlığının səbəblərinin əksəriyyəti statik problemlərdən asılı yox, şəxsidi. Bu psixoloji və fiziki məhdudiyyətlər, qapalılıq, davranış streotipləridi. Bunların hamısını ailənin yaranması hələlik təxirə salınsa da, harmoniya yaradan psixoloqların, ağıllı kitabların, dietaların, idmanın köməyilə, öz üzərinizdə işləməklə aradan götürə bilərsiniz. Əsas sirr bizim daxilimizdə, beynimizdədir. Öz komplekslərinizi dəf edin, həmişə yadda saxlayın ki, siz hamıdan füsunkar, cəzbedicisiniz. Sizin özünəinam hissiniz ətrafdakılarına da sirayət edəcək. Məlumdur ki, kişilər özünə güvənli qadınları daha çox sevir. Həyata pozitiv və sadə yanaşın, hər kəsdə müsbət cəhətləri axtarın və sizdə hər şey mütləq alınacaq!


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6413   Tarix: 06 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

TOP MP3