Azyaşlı qız "YouTube"da rekord qırdı (Video)
Avstraliyada 8 yaşlı qızın ifa etdiyi və video paylaşımı portalı "You Tube"a yüklədiyi mahnı 3 gün ərzində 11 milyon dəfədən çox izlənib. "Mənim ilk hardcore mahnım" adlı musiqi videosunda Culyeta itinə və balıqlarına həsr olunmuş mahnını oxuyub. Qızın anası Kristina musiqi prodüsseri olan ailə dostları Rob Şarpın köməkliyi ilə klipi hazırladıqlarını və "You Tube"a yüklədiklərini deyib. Qadın həmçinin klipin bu qədər maraq doğuracağını gözləmədiklərini etiraf edib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş