Azərbaycanlı idmançılar erməniləri DİZ ÇÖKDÜRDÜ

Azərbaycanlı idmançılar erməniləri DİZ ÇÖKDÜRDÜBakı məktəbliləri Gürcüstanın Batumi şəhərində keçirilən idmanın döyüş növləri üzrə beynəlxalq turnirdə uğurlu nəticə əldə ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, yarışın final mərhələsində məktəblilərdən 3-ü fəxri kürsünün ilk pilləsinə qalxıb, 1-i III yeri tutub.

Turnirdə idarənin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev K-1 qaydaları üzrə keçirilən döyüşlərdə I yerə layiq görülüb. O, 55 kiloqram çəki dərəcəsində ardıcıl olaraq 2 erməni idmançısını vaxtından əvvəl məğlub edib.
Kikboksinq idman növü üzrə həmin məktəb-liseyin V sinif şagirdi Miryəhya Seyidov 35, 205 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Vüqar Ramazanov 51 kiloqram çəki dərəcəsində I yerə sahib olub. Onlar da Ermənistandan olan həmyaşıdları üzərində qələbə qazanıblar. "Kaspi" liseyinin VII sinif şagirdi Sənan Seyidov isə kikboksinq idman növü üzrə 50 kiloqram çəki dərəcəsində Gürcüstan təmsilçisi ilə qarşılaşmanı III yerlə kifayətlənərək başa vurub.
Qaliblərə medal və diplom təqdim edilib.
Yarışa Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Pakistan, Əfqanıstan, İran, Ukrayna, Ermənistan və digər ölkələrdən olan idmançılar qatılıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2395   Tarix: 02 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Qarabağ"ın transfer etmək istədiyi qapıçının adı bəlli oldu

"Qarabağ" heyətinə yeni qapıçı qatmağı planlaşdırır. İdman.biz xəbər verir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı da məlum olub. Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqre

07.04.2024 429
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 307
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 208
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 221
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 409
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 306
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 468
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21.04.2024 218
.

"Araz Naxçıvan"ın baş məşqçisi komandadan ayrılmağının səbəbini açıqlayıb

"Araz Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb. Bu barədə "Report"a 39 yaşlı mütəxəssis bildirib. "Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliy

06.04.2024 292