NAXÇIVAN POLİSİNDƏ "MTN ƏMƏLİYYATI" – Onlarla yüksək rütbəli DİN əməkdaşı saxlanılıb!

Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədovun ətrafında 2 aydan artıqdır aparılan əməliyyat məntiqi sonluğuna çatdı – MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə o, tutduğu vəzifədən azad olundu. Əslində isə Ə.Əhmədov 1 aydan artıq idi vəzifəsindən uzaqlaşdırılmışdı.

Bəs MR hakim elitasının xüsusi çəkili bu nümayəndəsinin günahı nə idi? MR-də ictimai-siyasi sabitliyin təmin olunmasında (Təbii ki, zor gücünə) müstəsna rolu olan, vaxtilə, Nehram etirazçılarının üzərinə Daxili Qoşunların zirehli texnikasının üstündə yeriyən, yeri gələndə son dərəcə qüdrətli şəxsləri şəxsən döyməkdən belə çəkinməyən bu general, MR rəhbərinin qəzəbinə niyə gəldi?

Bu barədə qəti bir fikir söyləmək, hələ ki, çox çətindir. Ə.Əhmədovun "vurulmasına" dair çoxlu sayda iddia və ehtimallar var – Şahtaxtı gömrüyündə tutulmuş 90 kq narkotiklə əlaqələndirilməkdən başlamış, hansısa türk generalla gizli əlaqələr, Bakıdakı bir obyektini ASAN xidmətə 140 min manata icarəyə verməsinə görə kimlərisə qəzəbləndirməsinədək, ən müxtəlif və bəzən də ziddiyyətli ehtimallar irəli sürülür. Daha dəhşətli iddialar da var, lakin bu barədə əldə fakt-sübut olmadan söz açmaq mümkün deyil və görünür Ə.Əhmədovun ətrafında aparılan əməliyyatın pərdəarxasını bilmək üçün müəyyən qədər zamana ehtiyac var.
NAXÇIVAN POLİSİNDƏ "MTN ƏMƏLİYYATI" – Onlarla yüksək rütbəli DİN əməkdaşı saxlanılıb!Hələlik, bir ehtimalı xüsusi olaraq vurğulamaq olar ki, son vaxtlar Ə.Əhmədov Naxçıvan hakim elitasının bir sıra nüfuzlu nümayəndələri ilə toqquşmuşdu. Məsələn, MR Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun ətrafında aparılan əməliyyata rəhbərlik edən Ə.Əhmədov, bu işə Naxçıvan Əlahiddə Ordusunun Komandanı Kərəm Mustafayev və MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovu da bulaşdırmış, onların yaxınlarını həbs etmiş, bu qüdrətli şəxslərə qarşı cəbhə açmışdı. Sözügedən bu 2 şəxs MR rəhbəri Vasif Talıbovun böyük etimadına baxmayaraq, çox çətin günlər keçirmişdilər və təbii ki, buna görə Ə.Əhmədova düşmən münasibəti bəsləməyə bilməzdilər. Bundan başa, Ə.Əhmədovun MR DTX-nın rəisi ilə da problemləri olduğu haqda məlumatlar verilirdi. Belə qüdrətli şəxslərlə qarşı-qarşıya gəlməsi isə, sözsüz ki, Ə.Əhmədova baha başa gələ bilərdi. Gəldi də!

Daha bir vacib detal: Ə.Əhmədovun "vurulmasında" hazırda həbsdə olan keçmiş MTN naziri Vəli Ələsgərov və onun şəbəkəsinin də rolu ola biləcəyi istisna olunmamalıdır. Nəzərdən qaçırmaq olmaz ki, uzun illər Ə.Əhmədovla V.Ələsgərov da yola getmirdilər və sözsüz ki, bir-birilərinə qarşı kompromat toplayırdılar. Ola bilsin ki, bu kompromatlardan lazımi anda ustalıqla istifadə olunub…

NAXÇIVAN POLİSİNDƏ "MTN ƏMƏLİYYATI" – Onlarla yüksək rütbəli DİN əməkdaşı saxlanılıb!Bunlar hamısı ehtimallardır. Bu günə dəqiqləşmiş məlumatlar isə ondan ibarətdir ki, ənənəvi siyasət Ə.Əhmədova münasibətdə də özünü göstərir – onun çoxsaylı biznes obyektləri təhvil-təslim edilir və yaxın ətrafı – qohumları və komandası iş başından uzaqlaşdırılır. "AzPolitika.info"ya daxil olan məlumata görə, Ə.Əhmədovun başının üzərini qara buludlar alandan sonra Naxçıvan DİN-ində, təxminən MTN-dəki əməliyyata oxşar hadisələr baş verib. Belə ki, MR DTX-sı DİN-in onlarla yüksək rütbəli zabitini, o cümlədən DİN Baş Cinayət Axtarış İdarəsinin, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, DİN-in 7-ci İdarəsinin rəislərini həbs edib, 2 həftədən artıq onları DTX-nın təcridxanasında saxlayıb. Bu şəxslərə qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və sair ağır ittihamlar irəli sürülüb. Bəzilərinin rüşvət almasına dair sübut kimi gizli çəkilişlər ortaya qoyulub. Saxlanılanların bir qismi MR ərazisini tərk etməmək şərtilə sərbəst buraxılıb, bir qismi hazırda ev dustaqlığındadır, istintaq davam edir. İşdən çıxarılanlar arasında Ə.Əhmədovun qardaşı və onlarla yaxın-uzaq qohumu da var.

Hazırda MR polisi yenidən demontaj olunur. Nazir səlahiyyətlərini icra edən general-mayor Səbuhi Novruzov rayon polis idarələrinin, DYP şöbələrinin, DİN idarələrinin rəislərini dəyişir, yeni komandanı iş başına gətirir.

NAXÇIVAN POLİSİNDƏ "MTN ƏMƏLİYYATI" – Onlarla yüksək rütbəli DİN əməkdaşı saxlanılıb!Yeni nazirlə bağlı gözləntilərə gəlincə, müşahidələrə görə bu məsələdə qəti fikrə gəlinməyib. Əsas namizədlərdən biri kimi elə hazırki nazir müavini və nazir sələhiyyətlərini icra edən Səbuhi Novruzovun adı çəkilir. Hakim ailənin üzvü olan S.Novruzov DİN sistemində uzun illərdir əsas avtoritetlərdən biri kimi qəbul olunur. Hətta 17 il Naxçıvan polisinə rəhbərlik etmiş Ə.Əhmədov da məhz S.Novruzovun kadrı idi – onun təqdimatı əsasında bu vəzifəyə təyin olunmuşdu. Zamanında onun özünün nazir təyin olunmasında ən böyük əngəl isə elə hakim ailə ilə qohumluğu faktoru idi. Bu dəfə sözügedən faktorun S.Novruzovun qarşısında əngəl olub-olmayacağını zaman göstərəcək. Lakin qeyd etməliyik ki, DİN rəhbəri postuna hazırda DTX-da yüksək vəzifə tutan namizədin şansları da heç də az deyil.

Mənbə: azpolitika


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 3524   Tarix: 01 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu aktrisanı Ebru Gündeşə BƏNZƏTDİLƏR - FOTO

Türkiyənin sevilən aktrisası Hazar Ergüçlüdən yeni xəbər var. türk mediasına istinadən xəbər verir ki, sosial mediada aktrisanın keçmiş fotosu yayılıb. İzləyicilər həmin fotoda Hazarın çox dəyişdiyini deyiblər. Hətta onlar arasında aktrisanı ifaçı Ebru Gündəşə bənzədən də olub. Fidan Bayramova

18.09.2020 3764
.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"

"Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cava

24.07.2020 977
.

Həyat yoldaşı Samir Piriyevdən boşanır: "Səbəbkar özüdür"

Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib. Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:. "Onu

23.07.2020 11000
.

Röya hamilədir? - YENİ FOTOSU şübhələndirdi

Müğənni Röya Ayxanadan xəbər var. xəbər verir ki, Xalq artisti "İnstagram"səhifəsində etdiyi paylaşımı ilə diqqət çəkib. O, yenicə doğulmuş uşaq ayaqlarının fotosunu paylaşaraq "dəyməyin keyfimə" yazıb. Bununla da xalq artisti sevdiklərinin qəlbinə şühbə toxumu səpib

22.09.2020 34279
.

Argentinanın prezident sarayında "yadplanetli" görüntüləndi - VİDEO

Tanınmış ufoloq Skott Uorinq Argentinadakı prezident sarayında qəribə "məxluqun" görüntülərinə rast gəlib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, tədqiqatçı bu anomaliyanı "Google Earth" xidmətindən istifadə edərkən aşkarlayıb. Onun fikrincə, bu, Argentina prezidentini "güdən"

29.06.2020 6809
.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020