Bakıda ŞOK OLAY: Oğrunu əvvəl DÖYDÜLƏR, sonra soyuducuda saxladılar

Bakıda ŞOK OLAY: Oğrunu əvvəl DÖYDÜLƏR, sonra soyuducuda saxladılarBiG.AZ ölke.az-a isinadən xəbər verir ki, təqribən 10 gün öncə Novruz Sədiyev adlı şəxs tanışı Firuz Qəhramanovla bir yerdə adıçəkilən marketdən 3 ədəd bahalı təraş ülgücü oğurlayarkən market işçiləri tərəfindən saxlanılıb. Bu zaman oğurluq edən Novruz Sədiyev pul gətirmək üçün evə yollanıb. Yanındakı Firuz Qəhramanov isə market rəhbərliyi tərəfindən girov saxlanılıb.

Market rəhbərliyi isə Firuz Qəhramanovu özü cəzalandırmağa qərar verib. Onu saat 18:00-dan saat 23:00-a qədər marketdə saxlayaraq, döydürüb. Daha sonra isə Firuz Qəhramanov marketin toyuq əti saxlanılan soyuducusuna salınıb.

Faktı dəqiqləşdirmək üçün Firuz Qəhramanovla əlaqə saxladıq. O, açıqlamasında hadisənin doğruluğunu təsdiqləyib.

F.Qəhramanov market rəhbərliyi tərəfindən döyüldüyünü və zorakılığa məruz qaldığını bildirib:

"Mən marketdən oğurluq etməmişəm. Oğurluğu edən yanımdakı Novruz Sədiyev olub. Kamera görüntülərinə də baxsanız, görərsiniz ki, mən oğurluq etməmişəm. Biz saat 18:00-da marketə girmişik. Çıxanda bizi saxlayıb dedilər ki, siz bahalı təraş ülgücü götürmüsünüz. Onun pullunu da ödəyin. Bizdən 750 manat pul istədilər. Bizdə dedik ki, 3 ədəd təraş ülgücünün qiyməti niyə 750 manat edir? Bundan sonra məni girov saxladılar, Novruz Sədiyev isə pul götürmək üçün sərbəst buraxıldı. Saat 23:00 olmuşdu ki, Novruz hələ də pulu gətirə bilməmişdi. Market işçiləri də məni təhqir etməyə, döyməyə başladılar. Hətta, məni bir neçə saat toyuq əti üçün nəzərdə tutulan soyuducunun içərisində saxladılar. Təsəvvür edin ki, soyuducunu tam gücü ilə işlədirdilər, mən də onun içərisində qaranlıqda az qala donub öləcəkdim".

F.Qəhramanov məruz qaldığı zorakılığa görə polisə də məlumat verdiyini söyləyib:

"Zorakılığa məruz qalmağımla bağlı Xətai rayon polisinə market rəhbərliyindən şikayət etmişəm. Çünki marketdə mənim döyülməyim barədə bütün göstərişlərə bir qadın rəhbərlik edirdi. Həmin qadın məni nəlayiq söyüşlərlə təhqir edirdi, döydürürdü, əlimi iplə bağlayıb zor tətbiq edirdilər. Soyuducuya salmışdılar, orada "102"-ə zəng etmək istədim, telefon tutmurdu. Bunu biləndən sonra market işçiləri telefonumu da əlimdən aldılar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2944   Tarix: 28 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Ermənistanın genişmiqyaslı hücumu gözlənilən deyil, bunu etməyə gücü yoxdur" Ekspert AÇIQLADI

Artıq bir neçə gündür ki, Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Son zamanlar Ermənistan tərəfinin təxribatlarının sayının artmasının səbəbi nədir?. Mövzu ilə bağlı hərbi ekspert Tərlan Eyvazov -a açıqlama verib. Ekspert bu gərginliyin səbəbləri barədə danışıb:

04.09.2023 1054
.

Qalmaqallı obraz yenidən "Kızılcık şerbeti"ndə - Foto

"Kızılcık şerbeti" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində "İbrahim" obrazını canlandlran aktyor Ceren Karakoç ikinci mövsümdə yenidən layihədə rol alacaq. Qeyd edək ki, ekran işinin baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır. On

01.09.2023 1624
.

Ayan ailəsi ilə istirahətdə

Müğənni Ayan Babakişiyeva bu dəfə ailəsi ilə istirahətə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi istirahət üçün Göygölü seçib. Ayan Türkiyədə yaşayan əkiz qardaşı Samirin də dincəlmək üçün Gəncəyə gəldiyini vurğulayıb. Babakişiyeva fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb. Şəkildə sənətçini

14.07.2023 1826
.

Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi

Xalq artisti Şahnaz Haşımovanın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, 66 yaşlı xanəndə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Bu haqda Haşımova özü məlumat yayıb. Ş.Haşımova hazırda vəziyyətinin yaxşı olduğunu əlavə edib

19.07.2023 912
.

Dövlət Universitetində çılpaq əyləncə ölkəni ayağa qaldırdı -FOTO

Rusiyanın əsas universitetlərindən biri olan Moskva Dövlət Universitetində əvvəki tələbələr tərəfindən yeni qəbul olunan tələbələrə edilən hərəkət gündəm olub. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, universitetdə bəzi tələbələrin çılpaq qaçması ölkədə böyük reaksiya ilə qarşılanıb. Universite

04.09.2023 1764
.

Tanınmış reper Elviss'in "Ayıldım" adlı klipi yayımlandı

Tanınmış reper Elviss'in "Ayıldım" adlı klipi yayımlandı. 28 yanvar Lechateau'da baş tutacaq battle öncəsi Elviss yeni klipini təqdim etdi. Youtube Klipə baxmaq üçün keçid edin:

10.01.2024 1207
.

Dəhşətli hadisə! Bir evdən 5 kişi cəsədi tapıldı

Meksikanın Verakrus ştatında dəhşətli hadisə baş verib. Bir edvdın 5 nəfərin meyiti tapılıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, onlar silahlı hücum nəticəsində həlak olub. Xəbər üzərinə hadisə yerinə gələn polis və təcili tibbi qrupları cəsədlərin beşinində kişiyə aid olduğunu açıqlayıb

23.09.2023 734
.

Documood layihəsinin təqdimatı keçirildi

22 Fevral 2022-ci il tarixində Park Inn Hotel-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Startup Şəhadətnaməsi əldə etmiş "DOCUMOOD" platformasının təqdimatı keçirildi. Platforma müqavilə və digər əqdlərin imzalanması zamanı kağız daşıyıcılardan istifadənin azaldılması və bu sahəd

23.02.2022 760
.

2024-cü ilin trend "kalqotka" modelləri

Bu gün "kalqotka"lar çox dəbdə olmasa da bir geyim və görüntü elementindən daha çox şeydir. Bu geyim növündən istifadə etmək zövq və üslub məsələsidir. 2024-cü ildə "kalqotka" modellərini təqdim edir:

08.12.2023 635