Çimərliyə gedənləri sevindirəcək XƏBƏR - FOTO

Çimərliyə gedənləri sevindirəcək XƏBƏR - FOTO"Azəravtoyol" ASC tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi işlərinə başlanılıb. Binəqədi-Novxanı-Corat avtomobil yolunun uzunluğu 14 km, mövcud eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Ümumilikdə, yolun 170 min kv. metr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

BiG.AZ-a verilən məlumata görə, yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 km-lik hissəsi artıq hazırdır. Bu hissə tam olaraq asfaltlanıb, 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü km-də, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunmuşdur.

Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yolcizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaqdır.

Qeyd edək ki, Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi asanlaşacaqdır.
"Azəravtoyol" ASC tərəfindən Abşeron yarımadasının şimal hissəsində, sahil boyu 12.7 km uzunluğunda yeni avtomobil yolunun inşasına başlanılmışdır.

Yeni avtomobil yolu Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkilərinin də tikintisi aparılacaqdır.

Ümumilikdə, 115 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri bitdikdən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaqdır.

Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə, Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaqdır. Bu, həm də Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcəkdir.

Yolun inşasının başa çatdırılmış hissəsində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yol kənarı hasarlarda 160 m2 boyaq işləri, 1050 m2 dekorativ suvaq, hühdürlüyü 2.5 metr olan 256 metr uzunluğunda həsir materialdan ibarət hasar hörgüsü, vətəndaşlara məxsus hasarların bərpası işləri aparılmış və ərazidən 100 m3 bərk və digər tullantılar daşınmışdır. Hazırda yol kənarlarının abadlaşdırılması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda əlavə olaraq bildiririk ki, Xocəsən, Bləcəri və Binəqədi qəsəbələri ərazilərində yaşayan sakinlərin müxtəlif yuxarı dövlət qurumlarına və Rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətləri nəzərə alınaraq "Azəravtoyol" ASC tərəfindən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocəsən-Biləcəri-Binəqədi yolunun tikintisi işləri aparılmışdır. Aparılmış işlər çərçivəsində eni 11 metr 4 zolağlı 2.5 km uzunluğunda müasir tələblərə cavab verən yeni yol çəkilmişdir. Yol kənarlarında sakinlərin rahat hərəkət etməsi üçün 1.6 metr enində səki salınmışdır.

Yeni salınmış yolun strateji əhəmiyyəti ondan ibarət olmuşdur ki, ağır yük avtomobilləri şəhərə daxil olmadan şimal istiqamətində hərəkət edə bilərlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2011   Tarix: 27 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nadir Qafarzadə "AYTƏNLƏ ÜZ-ÜZƏ" - VİDEO

ın "AYTƏNLƏ ÜZ-ÜZƏ " verilişində qonaq olan müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar verib. Verilişdə bəzi məqamlara toxunan sənətçi göz yaşlarını saxlaya bilməyib. AYTƏN SAKİTQIZI

14.10.2020 2248
.

"Mülki əhali arasında 20-dən çox şəxs HƏLAK OLUB" - Tural Gəncəliyev

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artileriya atəşinə tutulur. Report-a istinadən xəbər verir ki

03.10.2020 745
.

Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı - FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ" markalı xidməti avtomobil qəzaya uğrayıb

20.07.2020 2697
.

Daha bir məhşur cütlük BOŞANIR

Məşhur dicey Doğuş Çabakçor və Begüm Yücel cütlüyü boşanıb. axşam.az-a istinadən xəbər verir ki, ayrılığa səbəb xəyanət olub. Çabakçor sosial şəbəkədə eyni anda 20 qızla birdən yazışıb. Begüm təsadüfən ərinin yazışmalarını tapıb. Aldadıldığı öyrənən kimi Yücel ərini evdən qovub. Daha sonra boşanmaq üçü

21.09.2020 565
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386
.

Çin daha bir peyki orbitə yerləşdirib

Ötən gün Çinin şimal-qərbindəki Şanksi əyalətində yerləşən Taiyuan Peyk Buraxılış Mərkəzindən "Ziyuan-3" silsiləsindən olan sayca üçüncü peyk qaldırılaraq orbitə yerləşdirilib. "Report" "NASA Spaseflight"ə istinadən xəbər verir ki, "Uzun Yürüş 4B" ("Çanq Jen

25.07.2020 799
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079