SON DƏQİQƏ! Azərbaycanda fabrikdə PARTLAYIŞ - ÖLƏN və YARALANANLAR VAR

SON DƏQİQƏ! Azərbaycanda fabrikdə PARTLAYIŞ - ÖLƏN və YARALANANLAR VARLerik rayonunda broyler fabrikində partlayış olub.

BiG.AZ xəbər verir ki, hadisə Piran kəndi ərazisində qeydə alınıb.

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.

Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Qeyd edək ki, Piran kəndindəki "Lerik Broyler" MMC adlı şirkətin millət vəkili İqbal Məmmədova məxsus olduğu bildirilir. Bu broylerlə bağlı mətbuatda bu günə qədər dəfələrlə yazılıb. Hələ ötən il "Qaynarinfo"ya şikayət edən kənd sakinləri millət vəkilinə məxusus broylerin ətraf mühiti çirkləndirdiyini bildirir, ekologiyaya ziyan vurmaq, xəstəlik yaymaqla məşğul olduğu deyilirdi. Əslində bu quşçuluq fabriki Lerikin başqa ərazisində tikilməli imiş. Amma İqbal Məmmədov hansısa səbəbdən onun Piran kəndində tikilməsinə qərar verib. Hətta tikintidən əvvəl millət vəkili sakinləri aldatmağı da unutmayıb. Belə ki, kənd sakinlərinə burda şirə sexininin inşa olunacağı bildirilib. Amma sonradan - özü də dövlətin kəndlilər üçün ayırdığı pay torpağında quşçuluq fabriki tikilib.

SON DƏQİQƏ! Azərbaycanda fabrikdə PARTLAYIŞ - ÖLƏN və YARALANANLAR VARSakinlər deyir ki, İqbal Məmmədovun atası Nəriman Məmmədov və qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunan "Lerik Broyler" MMC ekologiyaya ziyan vurmaqla məşğuldur. Hər ay bir dəfə fabrikdə aparılan toyuq kəsimi zamanı tonlarla qanlı su, sakinlərin təsərrüfatına və Lerikdəki Bəşəru çayına axıdılır. Bu çaydan isə sakinlər içməli suya ehtiyacını ödəyir, təsərüfatlarını suvarır. Şikayətçi bildirir ki, artıq kənddəki artezian quyularının suyundan da istifadə etmək mümkün deyil. Çünki quşçuluq fabrikinin ətrafa axıdılan çirkli sularının sızıntısı quyuların da çirklənməsinə səbəb olub.

Millət vəkilinin ailəsinə məxsus broyler şirkəti bununla da kifayətlənmir. Belə ki, hər ay fabrikdə tələf olan yüzlərlə toyuq heç bir təhlükəsizlik tədbiri görülmədən ətrafa atılır. Bu isə kənd sakinlərinə məxsus şəxsi təsərüfatlardakı ev quşları və heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Şikayətçi bildirir ki, İqbal Məmmədovun broylerindəki qanunsuzluqlar hər il təkcə onun təsərüffatına 3 min manatdan artıq ziyan vurur. "Lerik Broyler" MMC-nin ətrafında 40 evin yerləşdiyini nəzərə alsaq, ziyan 100 min manatdan artıq olur. (APA)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7608   Tarix: 27 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

12:26 0
.

Moskvada növbəti terror təhlükəsi!

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən "Şuka" ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb. "Qafqazinfo"xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib. "Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqəda

27.03.2024 437
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27.03.2024 269