Avtobuslarda gediş haqqı qaldırılır? - Tarif Şurasından AÇIQLAMA

Avtobuslarda gediş haqqı qaldırılır? - Tarif Şurasından AÇIQLAMANaxçıvan Muxtar Respublikasında şəhərdaxili avtobuslarda gediş haqqı artırılaraq 30 qəpik olub. Qərar iyulun 18-dən qüvvəyə minib. Sərnişinlərə xəbərdarlıqda "Naxçıvan şəhərdaxili marşrutlarında 18 iyul 2017-ci il tarixdən hər bir sərnişin üçün gediş haqqı 30 qəpik müəyyən olunub. Sərnişinlərdən xahiş olunur həmin tarixdən gediş haqqını yeni tariflə ödəsinlər" deyə qeyd olunur. Sürücülər bunun səbəbini yanacağın bahalaşması ilə izah edir. Artıq Naxçıvandan başlayan bahalaşma Bakıda da ictimai nəqliyyatda qiymətlərin artacağına dair müzakirələrə səbə olub. İqtisadçılar da belə düşünür. Onlar bildirir ki, ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması fonunda ictimai nəqliyyatda, o cümlədən də avtobuslarda qiymət artımı gözlənilir.

BiG.AZ xəbər verir ki, Tarif Şurasının mətbuat katibi Abbas Əliyev Cebhe.info-ya açıqlamasında heç bir qiymət artımının gözlənilmədiyini vurğulayıb. O qeyd edib ki, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi qiymətlərin artımına şərait yaratmayacaq:

"Tarif (qiymət) Şurasının iclasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib. Benzinin qiymətinin qalxması ictimia nəqliyyatda qiymət artımına səbəb olmayacaq. Sərnişindaşıma avtobusları maye və ya sıxılmış qaz, eləcə də dizellə işlədiyi üçün benzinin qiymətindəki dəyişiklik heç bir təsirə malik olmayacaq".

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Cebhe.info-ya açıqlamasında belə bir təkliflə müraciət etmədiklərini, ümumiyyətlə, hazırda bu məsələnin BNA-nın gündəliyində olmadığını vurğulayıb: "Əksər avtobuslar dizel və sıxılmış maye qazdan istifadə edir. Bu səbəbdən heç bir qiymət artımı müzakirə predmeti deyil".

Qeyd edək ki, Tarif Şurasının 2017-ci ilin 14 iyul tarixində, axşam saatlarında baş tutan növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Bildirilib ki, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2439   Tarix: 27 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

20:35 0
.

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

"Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir". Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu "Sözümüz imzamızdır" verilişində deyib. Nazir bildirib ki, bölgələrimizi

12:20 222
.

Yunanıstan tərəfindən ölən qeyri-qanuni miqrantlar xilas edildi

Yunanıstanın sahil mühafizəsi tərəfindən Bodrumun şimal-qərbində qalan qeyri-qanuni miqrantların xilas edildiyini açıqlayıb. BİG.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Müdafiə Nazirliyi məlumat yayıb. Həmin görüntüləri təqdim edirik:

14:30 0
.

Meksikada helikopter qəzaya uğrayıb: 3 nəfər ölüb

Meksikanın Koyoakan bölgəsində helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb. Qəzadan sonra yanğın baş verib. Bölgəyə axtarış-xilasetmə qrupları cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, pilot son anda manevr edib ki, helikopter yaşayış məntəqəsin

09:59 151
.

Bakının üç rayonunda qaz olmayacaq

"Dübəndi" QPS-də "Dübəndi əlaqələndirici" qaz ölçü qovşağının mövcud şəbəkəyə qoşulması, Nərimanov rayonunun Faiq Yusifov küçəsində yeraltı qaz xəttində korroziya nəticəsində yaranmış qaz sızmalarının ləğv edilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 20 yanvar küçəsində yeni çəkilmi

20:27 0
.

"Gürcüstanda feminizm, LGBT hüquqları adı altında siyasi təzyiq göstərməyə çalışırlar" - Politoloq

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə "Xarici agentlər" haqqında qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb. Məlumata görə, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, habelə polis əməkdaşlarını təhqir ediblər. Mövzu ilə bağlı -a danışa

11:07 222
.

Lənkəranda "Range Rover" yandı

Lənkəranda "Range Rover" markalı avtomobil yanıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, "Range Rover" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafiz

10:37 318
.

"Yol kəsmənin cəzası ağır olmalıdır" - Nəqliyyat eksperti

Milli Məclisin üzvü Naqif Həmzəyev parklanma ilə bağlı tariflərə yenidən baxılacağına ümid etdiyini bildirib.Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, parklanma yerlərinə yaxın ərazilərdə yaşayan insanlar 24 saat ərzində parklanma xidmətindən istifadə edə bilirlər, lakin sözügedən ərazilər

15:09 128
.

İtaliyanın Tehrandakı konsulluğu müvəqqəti bağlanıb

İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb. xəbər verir ki, bu barədə MTV Lebanon məlumat verib. Bildirilib ki, İtaliya vətəndaşları üçün zəruri konsulluq xidmətləri davam etdiriləcək

21:15 0