Otağında intihar edən qızın Facebook statusu görənləri dəhşətə gətirdi - FOTO

Otağında intihar edən qızın Facebook statusu görənləri dəhşətə gətirdi - FOTOTürkiyənin Uşak rayonunda ötən axşam ailə problemlərinə görə 20 yaşlı Gizem Gökçay atasının təzyiq, şəkər və ürək dərmanlarını içərək intihar edib.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, evdə uzun müddət Gizemi görə bilməyən yaxınları otağına daxil olduqda gənc qızı yatağında hərəkətsiz görüblər. Vəziyyət dərhal polis və təcili yardıma bildirilib. Xəstəxanaya çatdırılan qız orada həyatını itirib.

İntihara səbəb kimi qızın valideyinlərinin ayrılması göstərilir.

Gizem Gökçayın sosial şəbəkədə paylaşdıqları diqqət çəkib

Polisin hadisə ilə əlaqədar başlatdığı istintaq davam edərkən, qızın sosial şəbəkə hesabındakı "sevimli sözlər" bölməsində paylaşdığı bu yazı diqqət çəkib: "Məndən getmiş ola bilər bədənin. Qopmuş ola bilərsən .. Hər şeyi unudub, həyatı yaşamış ola bilərsən .. Günün birində gələrəm ağlına. İz buraxanlar unudulmaz deyərlər, səndə bir izim var və unudulmaz ... Unutduğunu zənn, xoşbəxt olduğunu güman edə bilər. Qəhqəhələr atıb, gülüşlərinin keyfini çıxardığını da. Lakin məni deyil, özünü aldadarsan. Ən gözəl yuxunun arasında, ən cilvəli sözlərinin arasında, ən gözəl mühitin küncündə! Qəflətən vuraram beyninə. Alaram ağılını. Necə ki, qarışıq dünyanı yaşayarkən, heç kimə və heç bir şeyə əhəmiyyət vermədiyim bir məqamda həyatıma girdin. Məni məndən aldın! Belə ki, həyatını səndən alacam. Öldükdə xilas olacağını sanma! Ölülər bu dünyadan yalnız bədənlərini aparır... Əslində bunun bir tək yolu var, o da məndən keçir. Yaxşı... Amma sənə bu yaxşılığı edə bilmərəm. Mənim içimdə sən bitdin! Adamına görə rəftarı sən öyrətmişdin mənə. Səndən əvvəl sağlam idim, indi sapsağlamam qarşında və cəza növbəsi məndədir, yoxam artıq. Yox ol! Sonsuza qədər. Xoş seyrlər diləyirəm, həyatıma uzaqdan baxanlara ".

Otağında intihar edən qızın Facebook statusu görənləri dəhşətə gətirdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6296   Tarix: 26 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1118
.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

16:43 264
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

15:17 258
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1714
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

17:38 190
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 523
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

22:00 0
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

20:30 0
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

20:48 0