İki nazirlik birgə bəyanat yaydı: "Məsuliyyət Ermənistanın üzərinə düşür"

İki nazirlik birgə bəyanat yaydı: "Məsuliyyət Ermənistanın üzərinə düşür"Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb.

BiG.AZ xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə bəyanatla çıxış ediblər.

Bəyanatda bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir:

"Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də qəsdən və sistematik şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınır.

Bütün beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılan Ermənistanın bu kimi qəddar əməllərinin nəticəsində 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması hər kəsə bəllidir.

25 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə edilib və əldə hazırlanmış yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mərmilər silahlı qüvvələrimizin mövqelərinə atılıb.

Ermənistanın iyun və iyul aylarında daha da intensivləşən bu təxribatları sıradan olan adi hallar olmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər və Azərbaycan, ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət tərəfindən səsləndirilən substantiv danışıqlara ciddi çağırışlar fonunda sistematik şəkildə və qəsdən törədilir. Həmçinin, Ermənistanın bu kimi çirkin niyyətli əməlləri siyasi təhrikçi addımlarla müşayiət olunur.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin saxta "parlamenti"ndə 19 iyul tarixində beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən "prezident" seçkisinin keçirilməsi bunun əyani sübutudur.

Beləliklə, hadisələrin inkişaf xronikası bir daha onu sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Ermənistanın bu əməlləri əvvəllər olduğu kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaqdır.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı müharibə və Azərbaycan ərazilərinin işğalının bu günədək davam etdirməsi nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması mütləq şəkildə labüddür.

Ermənistanın təbliğat maşınının yalançı səylərinə baxmayaraq təkzibolunmaz faktlar onu göstərir ki, məhz Ermənistan və onun silahlı qüvvələri Azərbaycana qarşı təcavüz edib, onun ərazilərini işğal edib və əhalisinə qarşı etnik təmizləmə törədib.

Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcəkdir.

Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1104   Tarix: 26 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 680
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 258
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 379
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 462
.

ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI

ABŞ prezidenti Co Bayden ölkəsinin ilk 90 kiloqram zənginləşdirilmiş uranı istehsal etdiyini açıqlayıb. Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb. ABŞ liderinin Vaşinqtonda seçki kampaniyası zamanı çıxışında qeyd etdiyi kimi, ilin sonuna qədər ABŞ nüvə reaktorları üçün təxminən bir ton yanaca

16:40 0
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 466