"Şıxlinskaya"da ŞOK: Ölmüş xəstə "komadadır" adı ilə reanimasiyada saxlanılır

"Şıxlinskaya"da ŞOK: Ölmüş xəstə "komadadır" adı ilə reanimasiyada saxlanılırBiG.AZ xəbər verir ki, femida.az-a müraciət daxil olub.

Atakişiyev Rauf adlı şəxs müraciətində bildirib ki, qardaşının həyat yoldaşı qeysəriyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olub. Onun sözlərinə görə, koma vəziyyətində ola-ola xəstənin "Leyla Şıxlinskaya" Klinikasından çıxarılması tələb olunur:

"İyul ayının 17-də qardaşımın həyat yoldaşı, Kəmalə Atakişiyevanı qeysəriyyə əməliyyatı üçün "Leyla Şıxlinskaya" Klinikasına gətirdik. 1250 manat ödədik. Əməliyyatdan sonra Kəmalə komaya düşdü. Bildirmək istəyirəm ki, o, doğuşa qədər bütün müayinələrdən keçmişdi və heç bir xəstəliyi yox idi. Xanım hazırda ölüb, amma bizə deyirlər ki, komadadır, guya ki, ayılacaq. Klinikadan mənə dedilər ki, xəstəni nevropatoloq yanına aparmaq lazımdır. Mən də izah etməyə çalışıram ki, xəstə komadan ayılsın, sonra aparaq. Qardaşımın arvadı həkim səhlənkarlığına görə bu hala düşüb. Sağlam vəziyyətdə klinikaya gətirdik. Xəstəni "Semaşko" klinikasına göndərmək istəyirlər. Mənim pulum da gedib, canım da. Tələb edirəm ki, xanımı bu vəziyyətə necə salıblarsa, bundan sonra da müalicəsini aparsınlar".

Məsələ ilə bağlı klinikanın rəhbərliyi ilə əlaqə saxlanılıb.

Baş həkimin müavini Qədirova Nuriyyə sayta açıqlamasında bildirdi ki, xəstənin yaxınının iddiaları əsassızdır. Onun sözlərinə görə, Kəmalə Atakişiyeva hazırda tam koma vəziyyətində deyil və onun nevroloji müalicəyə ehtiyacı var:

"Ötən həftənin birinci günü həmin xəstə keyser əməliyyatı zamanı dölyanı su emboliyası olub. Bu, ölüm demək idi. Lakin biz xəstəni ölümdən xilas etdik. Daha sonra patoloji vəziyyət qanaxma verdi. Biz ona öz işçilərimizdən qan köçürüb qanaxmanı dayandırdıq. Yəni nə lazımdırsa, etdik. Bütün analizləri etmişik. Reaksiyası var. Lakin tam özünə gəlməyib. Hazırda xəstə başqa klinikada müalicə almalıdır. Ona nevroloji müalicə lazımdır. Bizim klinikada isə nevroloji şöbə yoxdur. Xəstə komadan tam ayılmayıb, amma nəfəs alır, udqunur, zondla yemək yedizdiririk. Yəni xəstəyə tam komadadır demək olmaz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7497   Tarix: 25 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851