Bakı Bulvarındakı fəvvarələrin sahibi kimdir? – BŞİH suala cavab axtarır

Bakı Bulvarındakı fəvvarələrin sahibi kimdir? – BŞİH suala cavab axtarırBakının Dənizkənarı Milli Parkında ötən ay paytaxtda keçirilən Formula-1 yarışı ərəfəsində fəaliyyəti dayandırılan fəvvarələr hələ də işləmir. Gözəl görünüşü ilə zövq oxşayan fəvvarələr həm də isti yay günlərində dincəlmək üçün bulvara üz tutanların sərinlik mənbəyi idi.

BiG.AZ-ın məlumatına görə, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov virtualaz-a açıqlamasında, ərazidə yerləşən fəvvarələrin Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) balansında olduğunu deyib.

Bulvar ərazisində 3 fəvvarə olduğunu deyən N. Məcidov bunların bir aydan çoxdur işləmədiyini təsdiqlədi: "Bulvarda Muzey Mərkəzinin və "Azneft"in qarşısında yerləşən fəvvarələr və "7 gözəl" fəvvarəsi var. Bu ərazi özü BŞİH-ə aiddir, bulvarda yerləşən bütün fəvvarələrin quraşdırılmasına, fəaliyyətinə, qrafikinə onlar nəzarət edirlər. Bulvardakı fəvvarələr Formula-1 yarışı ərəfəsində bağlanıb, onların üzərində səhnələr quraşdırılıb. Fəvvarələrin nə vaxt fəaliyyətə başlayacağını onlardan soruşun".

Bakı Şəhər İcra Hakimiyyətində isə fəvvarələrin onlara aid olduğunu bilmirlər. BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova virtualaz-a açıqlamasında bu suala cavabının olmadığını bildirdi: "Bu məsələni Bakı Bulvar İdarəsindən soruşun. İdarənin rəisi və ya rəis müavini cavab verə bilmir? Ərazi İcra Hakimiyyətinə aid olsa da, olmasa da, onlar cavab verməlidirlər. Mənim bununla bağlı cavabım yoxdur. Məndə fəvvarələrin fəaliyyət qrafiki ilə bağlı cədvəl də yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1610   Tarix: 24 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523