6 tələbənin ölümü DƏRS OLMADI: Qanunsuz sərnişin daşıyanlar iş başında - VİDEO

6 tələbənin ölümü DƏRS OLMADI: Qanunsuz sərnişin daşıyanlar iş başında - VİDEOBu ilin martında Bakı-Sumqayıt yolunda sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 6 tələbə ölmüş, 20-si yaralanmışdı. Qəzadan sonra mikroavtobusun qanunsuz reysdə olduğu, sürücünün də sərnişin daşıma üçün heç bir kriteriyaya cavab vermədiyi üzə çıxmışdı.

Bu dəhşətli hadisədən az sonra işbazlar yenidən bu cür qeyri-qanuni reyslər təşkil etməyə başlayıb. Heç bir nəqliyyat şirkətinə məxsus olmayan, sərnişin daşınması üçün yararsız və sürücülərin necə təyin olunduğu bilinməyən bu mikroavtobusların xəttə necə girdiyi, metronun yaxınlığında necə sərbəst şəkildə müştəri yığdığı sual doğurur. Belə ki, Sumqayıta gedən tələbələrin öldüyü qəzadan sonra yoxlamalar aparılmış və bu cür hallara qətiyyən bir daha yol verilməyəcəyi açıqlanmışdı.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov publika.az-a açıqlamasında bu cür sürücülərin əvvəlcədən müştərilərlə sövdələşmiş adamlar olduğunu və onların cərimələndiyini bildirib.

"Onlar əslində mikroavtobus idarə edənlər deyil. Sərnişinlərlə əvvəlcədən sövdələşmiş şəxslərdir. Gəlib hər hansı bir məhlədə dayanıb gözləyir. Əvvəlcədən vaxt danışılır və adamlar bir anın içində toplaşıb yola düşür. Belə əraziləri biz nəzarətə götürürük. Nə vaxt ki, əməkdaşlarımız ərazidə olur, onda belə mikroavtobuslar ora yığışmır. Nə vaxt biz ərazidə olmasaq, yenə fəaliyyətə keçirlər. Sanki onlara kimsə xəbər verir ki, "ərazidə polis yoxdur, gəlin". Biz təbliğat aparmalıyıq. Bu cür mikroavtobusdan istifadə edən insanları başa salmaq lazımdır ki, bu vasitə həm həyatınız üçün təhlükəlidir, həm də başqa avtobuslara mane olursuz. Mütəmadi olaraq bu cür sürücülərə cərimələr yazırıq. Çünki onların çox vaxt lazımı kateqoriyası, bəzən isə heç sürücülük vəsiqəsi olmur. Yaxud avtomobildə konstruksiya dəyişikliyi edirlər, əlavə oturacaqlar quraşdırırlar, sürət həddini aşırlar və s. Bu işdə jurnalistlər də bizə kömək etməlidir. Təbii ki, bu cür sürücülərin fəaliyyəti uzun çəkmir. Lakin mütəmadi olaraq yeniləri ortaya çıxır. Qanuni Bakı-Sumqayıt marşrutu var. Sərnişinlər bu marşrutdan istifadə etməlidir. Əməkdaşlarımız bu halların qarşısını almaq üçün yüksək səviyyədə tədbirlər həyata keçirirlər. Elə bunun nəticəsidir ki, belə hallar azalıb və onlar yalnız ərazidə polis olmayanda buna cürət edə bilirlər. Lakin onsuz da biz yoldakı kameralar vasitəsilə onları qeydə alıb, yaşadıqları ünvanlara cərimələr göndəririk. Bəzən imtiyazlı şəxslərin adından istifadə edib qanunsuz sərnişin daşıma ilə məşğul olanlarla da rastlaşırıq".

Yol eksperti Ərşad Hüseynov açıqlamasında bu cür mikroavtobusların reysə buraxılmasını birbaşa təhlükəsizliyin pozulması kimi qiymətləndirib: "Azərbaycanda avtomobil nəqliyyatı haqqında qanun və Nazirlər Kabinetinin sərnişin daşıma qaydaları ilə bağlı qərarı var. Həmin qaydalara uyğun daşımalar həyata keçirilməlidir. Texniki cəhətdən avtobus saz vəziyyətdə olmalıdır, reys qabağı sürücü müayinədən keçməlidir. Avtobus reys qabağı texniki yoxlamadan keçməlidir. Bu şərtlər daxilində və yalnız dövlət orqanlarının müəyyən etdiyi istiqamətdə daşımalar həyata keçirilə bilər. Əsas məsələ daşımaların təhlükəsiz baş tutmasıdır. Bu halın qarşısını almaq üçün reyd keçirmək yox, konkret tədbir görmək lazımdır. Avtobus iynə deyil ki, cibində gizlədəsən. Günün günorta çağı bu cür qanundan kənar daşımalar həyata keçirilirsə, ərazinin yol polisi buna nəzarət etməlidir.

Əhali ola bilsin qiymətə və vaxt məsələsinə görə bu ərazini seçir. Bir var "20 Yanvar" metrosundan çıxan kimi minib getsin, bir də var metroda xətt dəyişib "Avtovağzal"a, ordan da müəyyən qədər piyada gedib avtobusa minsin. Ona görə əhali də rahatlığı seçir. Bu baxımdan gələcəkdə "20 Yanvar" yaxınlığında Sumqayıt avtobusları üçün xüsusi bir dayanacaq tikilsə, əlverişli olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1794   Tarix: 20 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 360
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

15:13 120
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. BİG.AZ xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

14:49 158
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

17:03 736
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 220
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

16:43 176
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

14:42 1279
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

17:52 232
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

13:10 123