Oğlu həbs olunan generaldan SƏRT XƏBƏRDARLIQ: "Biabırçı söyüşlər yazanlar..."

Oğlu həbs olunan generaldan SƏRT XƏBƏRDARLIQ: "Biabırçı söyüşlər yazanlar..."Xəbər verdiyimiz kimi, bir həftə əvvəl prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi ölkə gündəmində geniş müzakirələrə səbəb olmuşdu.

Məlumat üçün bildirək ki, generalın oğlunun döydüyü sürücü "Xaliq Faiqoğlu" şirkətinə məxsus avtobusu idarə edib. Son günlər isə bir sıra mətbuat orqanlarında məhz Rüstəm Orucovun həbsinin arxasında "Xaliq Faiqoğlu" MMC-nin iştirak etdiyi vurğulanır və şirkətlə bağlı ittihamlar səsləndirilir.

BiG.AZ xəbər verir ki, bu gün Novruzəli Orucov qafqazinfo ilə əlaqə saxlayaraq oğlunun "Xaliq Faiqoğlu" şirkəti tərəfindən tutdurulması haqqında yazılanları cəfəngiyyat adlandırıb. O qeyd edib ki, "Xaliq Faiqoğlu" şirkətinin rəhbərliyini bu günə kimi tanımayıb: "Şirkətlə heç bir əlaqəm olmayıb. Hadisə şirkətin sürücüsünün başına gəlib. Olay bu şirkətin yox, digər bir şirkətin də sürücüsü ilə də yaşana bilərdi. Çox təəssüflər olsun ki, bu hadisə oldu. Şirkətlə bağlı heç bir şikayətim yoxdur. Jurnalistlər yazırlar ki, guya ki, Faiq müəllim oğlumu tutdurub. Bunlar hamısı boş söhbətlərdir.

Yazırlar ki, oğlumun həbsindən sonra sürücüyə zəng edib onu şantaj etmişəm. Əksinə, ona heç bir iradım yoxdur. Nə sürücünün, nə də şirkətin bizə qarşı şikayəti var".

Sabiq rəis müavini oğlu ilə görüşmədiyini qeyd edib:

"Oğlum həbs ediləndən sonra onunla görüşməmişəm. Əsasən vəkili və qardaşı görüşür. Qanuna uyğun olaraq görüş keçirilir. İstintaq gedir və yəqin ki, cəzasını alacaq".

N. Orucov ailəsi haqda səsləndirilən fikirlərə sərt münasibət bildirib:

"Bütün saytlar mənim və ailəm haqqımda təhqir dolu yazılar yayımlayır. İllərlə bu dövlətə qulluq etmişəm. Yazıların altında biabırçı söyüşlər yazırlar. Ayıbdır. Sizin vasitənizlə müraciət edirəm ki, o təhqirləri yığışdırsınlar. Bu hər bir adamın başına gələ bilər. Əks halda, mən məhkəməyə müraciət etməli olacam".

General hazırda nə işlə məşğul olduğunu da açıqlayıb:

"Mən heç nəylə maraqlanmıram. Sərəncam verildiyi gündən də evdə oturub nəvələrimlə oynayıram".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3843   Tarix: 19 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

16:43 158
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

15:20 162
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

11:35 221
.

"Akademiyada dərs deyirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli ünvanına deyilən tənqidlərə reaksiya verib. Axşam.az xəbər verir ki, "El canlı" proqramına qatılan ifaçı "Bir az aparıcı, bir az müğənni, bir az yazıçı, bir az prodüsersiniz. Fəaliyyətiniz mənim bazarlığıma oxşayır" sualına belə cavab verib:. "Cürətini

15:34 454
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 563
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

11:09 492
.

"Pərvinin şanssızlığı azərbaycanlı rejissorların əlinə düşməsidir"

"Akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2-ci belə effektli aktrisa yoxdur". OLAY yazır ki, bu sözləri -un "Gəl danış" layihəsində Akademik Milli Dram teatrın aktyoru Cavidan Novruz söyləyib. "Çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşə

17:52 174
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 164
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 891