"Güllələnmə xəbəri yayılsa da, sağ imiş..." - BAKIDA ŞOK HADİSƏ

"Güllələnmə xəbəri yayılsa da, sağ imiş..." - BAKIDA ŞOK HADİSƏ

Bakının Xətai rayonu ərazisində silahlı insident olub.

BiG.AZ xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, iyulun 19-da bəzi internet qəzetlərdə Bakının Xətai rayonu ərazisində silahlı insident olması, 1957-ci il təvəllüdlü Rüstəmov Vidadi Mahmud oğlunun Naximov küçəsində evdə güllələnməsi barədə həqiqətə uyğun olmayan məlumat yayılıb:

"Diqqətə çatdırırıq ki, həmin şəxs hal-hazırda evindədir, sağ-salamatdır və onun haqqında yalan məlumatlar yayan saytları məhkəməyə verməyə hazırlaşır".

Bakı Şəhər Baş Polis İdarəsi həqiqətə uyğun olmayan məlumatın yayılmasının peşəkarlıqdan uzaq, ictimai zərərli olduğunu vurğulayır və əldə olunan məlumatın yayımdan əvvəl bir neçə etibarlı mənbədə təsdiq olunmasının vacibliyini bir daha KİV nümayəndələrinə xatırladır. (Qafqazinfo)

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3273 Tarix: 19.07.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol