Gün vurmuş insanı necə xilas edək? – QAYDALAR

Gün vurmuş insanı necə xilas edək? – QAYDALARİyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 31 nəfər müraciət edib. Onlardan 12 nəfəri xəstəxanaya yerləşdirilib. Bəs günvurmanın əlamətləri hansılardır? Zərər çəkənə ilk tibbi yardım hansı formada göstərilməlidir?

BiG.AZ xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev ailem.az-a bildirdi ki, yay fəslində həm günvurma, həm də istivurma ilə əlaqədar müraciətlər olur. Günvurma və istivurmanın əlamətləri eyni olsa da, baş vermə səbəbləri fərqlidir: "İstivurma hər hansı səbəbdən isti şəraitdə olan yerlərdə, günvurma isə açıq günəş şüaları altında qalan adamlarda baş verir. Günvurma halları üç dərəcədə olur. Yüngül, orta və ağır. Qeyd edim ki, azyaşlı uşaqlar, xəstə insanlar və yaşlılar belə hallar üçün daha həssas qrupdur və onların vəziyyəti daha tez pisləşə bilər".

Baş ağrısı, halsızlıq, ürəkbulanma...

R.Nağıyev deyir ki, günvurma halı özünü yüngül başağrısı, ürəkbulanma ilə büruzə verir. Günəş şüalarının təsirindən dəridə yanmalar da qeydə alınır. Baş ağrısı, halsızlıq, ətraf mühitə reaksiyanın zəifləməsi, ürəkbulanma kimi hallar ortaya çıxır: "Əgər ağır formada gün vurmadırsa, sadalanan əlamətlər şok vəziyyətinə gətirib çıxara bilər. Hər bir insan özünü açıq günəş şüaları altında qalmaqdan qorumalıdır. Müddət nə qədər çox olarsa, günvurmanın fəsadları da ağırlaşır. Çünki ətraf mühitin rütubəti yüksək olanda orqanizmdə temperatur mübadiləsi çətin gedir. Bu zaman daha ağır nəticələr yaranır. Qeyd edim ki, son illər günvurma nəticəsində şok vəziyyətinə düşmə halı qeydə alınmayıb. Amma günvurma ilə bağlı bizə müraciətlər olur və onlara ilkin yardım göstərilir".

Kalorili yeməklərdən uzaq durun

Həkim məsləhət verdi ki, saat 11:00-dan 17:00-dək açıq gün şüaları altına çıxmaq olmaz. İsti havalarda, əsasən, sərin yerlərdə, havası tez-tez dəyişdirilən otaqlarda olmaq məqbuldur: "Əgər kimsə açıq günəş altına çıxmağa məcburdursa, belə halda mütləq baş örtüklərindən istifadə etməlidir. Açıq rəngli və təbii materialdan biçilmiş geyimlər seçilməlidir. Bununla yanaşı, mütəmadi olaraq maye, mineral və təbii suların qəbul olunması məsləhətdir. Həmçinin yüksək kalorili, ağır yeməklərdən istifadə etmək olmaz. Yaxşı olar ki, əsasən, tərəvəzi bol olan yeməklərə üstünlük verilsin".

İlk yardım belə olmalıdır

Günvurma zamanı ilkin tibbi yardım kimi zərərçəkəni kölgəyə və sərin otağa aparmaq, geyimini yüngülləşdirmək lazımdır: "Bundan əlavə, onun bədən hərarətini aşağı salmaq üçün libası su ilə isladılmalıdır. Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda, soyuq su ilə kompres qoyun. Huşunu itirdiyi halda zərərçəkənə naşatır spirti iylətmək, tənəffüs olmadıqda isə süni tənəffüs vermək tələb olunur. Bundan sonra mütləq həkimə müraciət etmək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2230   Tarix: 19 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388