DƏHŞƏT! İcra başçısı məşhur MÜĞƏNNİMİZİN torpağını əlindən aldı

DƏHŞƏT! İcra başçısı məşhur MÜĞƏNNİMİZİN torpağını əlindən aldı

Bu ilin əvvəlindən Biləsuvar rayon İcra Hakimiyyəti ilə 100-ə yaxın fermer arasında başlanmış torpaq qovğası pik həddə çatıb.

BiG.AZ xəbər verir ki, rayonun icra başçısı, adı tez-tez qalmaqallarda hallanan Mahir Quliyevin fermerləri ərazidə aqropark tikiləcəyi adı ilə aldatması təsdiqini tapıb.

Fermerlərin torpaqlarını əlindən alaraq guya, hansısa şirkətə verəcəyini və aqroparklar tikiləcəyini vəd edən M.Quliyevin dediklərinə inanmayan mülkiyyət sahiblərinin dediklərinə görə, icra başçısı torpaqların hər hektarını 100 manatdan başqalarına satmaqdadır.

Bu barədə bakupost.az-a danışan fermer, Azərbaycanın məşhur müğənnilərindən olmuş Xanhüseyn Hüseynov deyib ki, icra başçısı ona aid olan Babaş qışlağından bir neçə hektar ərazini Cəlilabad sakininə satıb.

DƏHŞƏT! İcra başçısı məşhur MÜĞƏNNİMİZİN torpağını əlindən aldı

Fermer bildirir ki, 7 il əvvəl 50 hektar ərazini 15 illik icarəyə götürüb. İcarə müddətinin bitməsinə hələ 8 il qalsa da, icra hakimiyyəti onun torpaqlarını ələ keçirib:

"İndi sənədlə-sübutla mənim icarəmdə olan torpaqları satıblar. Hazırda Cəlilabaddan olan biri həmin ərazidə tikinti aparır. Bizə yalandan deyirdilər ki, guya, aqroparklar olacaq və bu, Prezidentin sərəncamıdır. Fikirləşdik ki, əgər, bu dövlət layihəsidirsə və cənab İlham Əliyev belə uyğun görübsə, bizim etiraz etməyimiz yersiz olar. Amma indi görürük ki, bu, icra başçısının fırıldağıdır. Kimin ağlına gələr ki, icra başçısı Prezidentin adından istifadə etməyə cürət edər. Sən demə edə bilirmi. Bizim qanuni istifadəmizdə olan, təsərrüfat sahəmizi əraziləri pulla başqalarına satır”.

X.Hüseynov deyir ki, Babaş qışlağı deyilən örüş sahəsi fermerlərdən məhkəmə qərarı olmadan, qanunsuz şəkildə alınır.

DƏHŞƏT! İcra başçısı məşhur MÜĞƏNNİMİZİN torpağını əlindən aldı

Onun sözlərinə görə, bununla bağlı müxtəlif yerlərə müraciət etmələrinə baxmayaraq, məsələ həll olunmur: "Bu məsələni mətbuata da çıxardıq, amma Mahir Quliyev öz bildiyini edir. 1 hektarı 100 manatdan satır. Özü də bura örüş sahəsidir. Bunlar isə torpaqları əkin sahəsi kimi satır”.

Onu da deyək ki, 58 nəfər fermer məsələ ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib. 6 nəfər isə icra hakimiyyətini məhkəməyə verib və məhkəmə onların xeyrinə qərar çıxarıb.

Qeyd edək ki, Xanhüseyn Hüseynov öz dövrünün məşhur müğənnilərindən olub. O, dillər əzbəri olan 50-dən artıq mahnının müəllifidir. Onun irsini indi oğlu, "Xalq ulduzu” yarışmasının qaliblərindən olan İlham Xanhüseynoğlu davam etdirir.

DƏHŞƏT! İcra başçısı məşhur MÜĞƏNNİMİZİN torpağını əlindən aldı
DƏHŞƏT! İcra başçısı məşhur MÜĞƏNNİMİZİN torpağını əlindən aldı

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2977 Tarix: 18.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Ntv
Ntv 18.07.2017
Icra başçilari nece bele özbaşnaliq edə bilir başa düşə bilmirəm .Yeqin ki,dövləti öz güclərinə çeviriblər və ya çevirəcəklər başqa niyə belə ozlərini arxayin hiss etsinlər.Özüdə heç kim görünür dərs çixarmir işdən çixarilanlardan.Ged gedə dahada pisləşir regionlarda özbaşnaliqlar
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər