Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye

Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye200 milyon dollarlıq korrupsiya faktları ortalıqda; metropolitenin sabiq rəisi sualları dinləyib susur...

Keçmiş MTN generalı Akif Çovdarov məhkəmədə YAP-ın Yasamal təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun korrupsiya əməlləri barədə son dərəcə ilginc və detallı məlumatlar açıqlayıb.

A.Çovdarovun açıqladığı faktlara T.Əhmədov ümumi sözlərlə münasibət bildirib, yalan olduğunu deyib. Amma bu da mümkün olmayıb. Mövzu günlərdir ki, gündəmdədir.

Bu arada mətbuatda T.Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda vaxtilə gündəmdə olan məlumatlar yenidən yayılıb. Gununsesi.info yazır ki, Tağı Əhmədov metropoliten rəisi olduğu zaman təkcə MTN tərəfindən "yüklənməyib". "Yeraltı dünya"nın sahibi kimi ölkədə ad çıxaran Tağı Əhmədovu üzv olduğu hakim Yeni Azərbaycan Partiyası və hökumətin digər strukturları da xeyli xərcə salıb. Belə ki, YAP-in kifayət qədər bahalı olan Yasamal təşkilatının inzibati binasının xərcinin Tağı Əhmədova ödətdirildiyi bu xəbərlər sırasındadır. Bundan başqa, sabiq metropoliten rəisi Yasamal rayonunda 3 dairə seçki komissiyası üçün inzibati bina inşa etdirib. 15 saylı Yasamal birinci, 16 sayli Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələrinin yeni binasını da Tağı Əhmədov inşa etdirib. Həmçinin Tağı Əhmədovun "yüklənməsi" bunlarla bitməyib. Xəbərə görə, Tağı Əhmədov Yasamal rayonundakı bir neçə orta məktəb və poliklinikanın inşa xərclərini də ödəyib.

Sayt mənbələrinə istinadən yazır ki, Tağı Əhmədov Yasamalda həmin tikinti işlərini maliyyələşdirdiyi dövrdə rayonunun qeyri-rəsmi kuratoru olub.
Tağı Əhmədov barəsindəki iddialarla bağlı sualı dinləyib və dərhal telefonu qapadıb.

Yada salaq ki, A.Çovdarov T.Əhmədovun fəaliyyətini "yuxarıdan" verilən göstərişlə araşdırdıqlarını açıqlamışdı. "Biz araşdıranda məlum oldu ki, metro stansiyalarının çıxışlarında 1200 obyekt var. Onlar 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan Bakı Metropoliteninin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq. Onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pulu verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi", - Akif Çovdarov bildirib.

MTN generalı demişdi ki, bu faktı üzə çıxarandan sonra məsələni yenə dövlət rəhbərliyinə məruzə eləyiblər. Bu dəfə metropolitenin fəaliyyəti ilə bağlı detallı araşdırma aparmaq haqda göstəriş verilib. Bu zaman metropolitendə quraşdırılmış aparatların hər dörd jetondan birini qeydə almaması üzə çıxıb: "Məlum oldu ki, metropoliten hər il dövlətdən subsidiya aldığı halda, bu qədər gəlir Tağı Əhmədovun cibinə gedirmiş".

Çovdarovun sözlərinə görə, bu məlumatların bəzilərini Tağı Əhmədovun qardaşı oğlu Şövqi Əhmədovdan alıblar: "Ona görə də Tağı Əhmədov qardaşı oğlundan imtina edib".

A.Çovdarovun sözlərinə görə, agentura vasitəsilə T.Əhmədovun 11 milyonluq daha bir mənimsəmənin üstünü açıblar: "Təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb, rəngləyiblər, bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib".

Həbsdəki general T.Əhmədovun dəqiqləşdirə bildikləri əmlaklarının siyahısını da açıqlamışdı: "Metronun "Sahil" stansiyasının üstündəki binada 4 mənzil, "Yeni Həyat" yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüzdə 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal Rayon Məhkəməsinin yeni binasının yaxınlığındakı "Kolizey" və "Şəhrizad" restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin 3 mərtəbəsi, yenə də Dubayda böyük bir ticarət mərkəzi. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, icarəyə verib".

A.Çovdarov demişdi ki, araşdırma zamanı Tağı Əhmədovun təkcə "Texnikabank"da 13 milyon dollar pulu aşkarlanıb: ""Bank of Baku"da və "Unibank"da da hesabları olub. "Texnikabank" bağlanandan sonra öz hesabından 9 milyon çıxarıb offşora köçürüb. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min köçürüb. Onlar da pulu çıxarıb, Ruslana veriblər. Əlimizdə kamera görüntüləri də var idi. Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi".

A.Çovdarov T.Əhmədovun ümumilikdə 200 milyon dollarlıq korrupsiya cinayətindən bəhs etmişdi.

mənbə: musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1433   Tarix: 18 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930