Bakıda DƏHŞƏT: Gənc oğlanı toy günü ürəyindən bıçaqladılar - VİDEO

Bakıda DƏHŞƏT: Gənc oğlanı toy günü ürəyindən bıçaqladılar - VİDEO

Paytaxtın Suraxanı rayonunda qanlı hadisə baş verib.

BiG.AZ ARB TV-yə istinadla xəbər verir ki, Bülbülə qəsəbəsində yaşayan 30 yaşlı Vasif Əhmədov evdə olarkən hələlik istintaqa məlum olmayan bir nəfər onu küçəyə çağırıb. Naməlum şəxs mübahisə zamanı Vasif Əhmədova ürək nahiyəsindən bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun dayısı Rizvan Əflatunovun sözlərinə görə, qətli törədən şəxsin görüntüləri yaxınlıqdakı kameralara da düşüb.

Rizvan Əflatunov (dayısı): "Burada 2 dənə zavodun kamerası var. Hadisə düz kameranın altında baş verib. Vasif dünən toydan gec gəlib yatmışdı. Qapını döyüb Vasifi çağırıb. Çıxan kimi ürəyindən bıçağı sancıb. Anası hay-həşir saldı, xəstəxanaya apardılar. Ora çatan kimi keçindi".

Mərhumun atası Şirməmməd Əhmədov bildirib ki, oğlunun bu günədək heç kimlə ədavəti olmayıb.

Suraxanı Rayon Prokrorluğunda hadisəylə bağlı cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4481 Tarix: 18.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_MATiLLA_
_MATiLLA_ 18.07.2017
bele getse Hondurasi kececeyik


 
Aida_ali
Aida_ali 18.07.2017
basqa toydan gelib yatib oz toyu deyilki basliq sehvdi.Ola bilsin probleri varmis.


 
_Galatasaray_Awk_
_Galatasaray_Awk_ 18.07.2017
Mence bu qaqawi qetle yetiren wexs qizin kecmiw sevgilisi ola biler,,, boyuk ehtimal bele olacaq


 
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər