İran prezidentinin qardaşı AZADLIQDA: 500 milyard verib...

İran prezidentinin qardaşı AZADLIQDA: 500 milyard verib...

İran prezidenti Həsən Ruhaninin maliyyə ittihamlarına görə həbs edilən qardaşı Hüseyn Firidun pul girovu müqabilində azad edilib.

BiG.AZ-ın məlumatına görə, bu barədə “France Press” iran mətbuatına istinadən xəbər yayıb.

Bazar günü Firidun maliyyə ittihamları ilə həbs edilmiş və həbsxanaya salınmışdı. Bazar ertəsi “İRNA” İran prezidentinin qardaşının məhkəmə binasından xəstəxanaya aparıldığını yazmışdı.

“İSNA” məhkəmənin girovu qəbul etdiyini yazıb. KİV-in məlumatına görə, girovun məbləği 500 milyard rial (13,3 milyon dollar) təyin edilib. Amma məhkəmənin sonunda bu məbləğ 8,3 milyon dollara endirilib.

2015-ci ildə Hüseyn Firidun Həsən Ruhaninin İranın nüvə proqramı danışıqları ilə bağlı xüsusi köməkçisi təyin edilib.

mənbə: inter.az

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1066 Tarix: 18.07.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol