Ağalarovlar ABŞ-dakı malikanələrini satışa çıxardı - ŞOK MƏBLƏĞ

Ağalarovlar ABŞ-dakı malikanələrini satışa çıxardı - ŞOK MƏBLƏĞEmin və Araz Ağalarovlar ABŞ-dakı daşınmaz əmlaklarını tez-tələsik satırlar.

BiG.AZ-ın məlumatına əsasən, bu barədə virtualaz.org "Forbes" nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən, milyarder Araz Ağalarov 2006-cı ilin aprelində ABŞ-da 8 milyon dollara təmtəraqlı malikanə əldə edib. Hazırda iş adamı onu 6,98 milyon dollara satışa çıxarıb.

2001-ci ildə tikilmiş malikanə Anderson avenü, 159 ünvanında yerləşir və 2,5 akr torpaq sahəsini tutur. Evdə yeddi yataq otağı və səkkiz sanitar qovşağı, nəhəng toy pilləkəni, panorama pəncərəli otaq və təmtəraqlı landşaft dizaynına malik fəvvarəli həyətə açılan pəncərələri olan bir neçə mərtəbə mövcuddur.

Malikanədə həmçinin avtomobillərin yaxınlaşması üçün yol, haşiyəli tavanlar, sobalar, rəsmi yeməkxana, baş aşpaz üçün mətbəx, saxlanc yeri və quraşdırılmış akvariumlu "yaş" bar var. Eyni zamanda, burada iri ailə otağı, kitabxana, tam şəkildə işlənmiş zirzəmi və bu zirzəmidə istirahət otağı, kinoteatr, saunalı trenajor zalı, şərab zirzəmisi və əlavə yataq otağı var.

Ağalarovun qonşularının arasında rep maqnatı Şon Kombs və əfsanəvi musiqiçi Stivi Uander yer alır.

Milyarderin oğlu Emin Ağalarov elə həmin Anderson avenüdə 98 saylı evin sahibidir. Emin malikanəni atası ilə birlikdə 2008-ci ildə 3 milyon dollara alıb və həmin ev 0,77 akr sahədə yerləşir. Bu ev də "itki" ilə - 2,9 milyon dollara satılır.

10 min kvadrat futluq malikanədə altı yataq otağı və yeddi sanitar qovşağı, toy pilləkəninə malik iki mərtəbəli foye, baş aşpazın mətbəxi, istirahət otağı, bar, ev kinoteatrı, şərab anbarı və trenajor zalı olan zirzəmi mövcuddur. Evin satışı üzrə vasitəçi kimi Eminin bacısı çıxış edir. Bildirək ki. Şeyla Ağalarova "Sotheby's" beynəlxalq daşınmaz əmlak şirkətinin brokeridir.

Xatırladaq ki, Araz və Emin Ağalarovlar hazırkı ABŞ prezidentinin oğlu kiçik Donald Trampla və 2013-cü ildə "Miss Kainat" müsabiqəsi keçirildiyi zaman Ağalarovlara işləyən PR ustası Rob Qoldstounla yazışmaları üzə çıxandan sonra qalmaqalın mərkəzinə düşüblər. Yazışmada söhbət ondan gedirdi ki, Natalya Veselnitskaya adlı rusiyalı vəkil ABŞ-da prezident seçkisi kampaniyası vaxtı namizəd Hillari Klintona aid ifşaedici materiallar təqdim edə bilərdi. Kiçik Tramp vəkillə görüş faktını təsdiqləsə də, onun faydasız olduğunu bildirmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3783   Tarix: 14 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"İpoteka kreditinin əlçatanlığın daha yuxarı səviyyədə təmin olunmasına ehtiyac var" - Eldəniz Əmirov

Deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında "İpoteka haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib ki,Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri yüngülləşməlidir. İqtisadçı ekspert Eldəniz Əmirov -a bildirib ki,Azərbaycanda ipoteka kreditlərini

17:20 0
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

XƏBƏRDARLIQ - Bu tarixdən güclü külək əsəcək, çaylardan sel keçəcək

Mart ayının 30-dan ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-1

16:24 0
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

16:39 0
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

Siyam əkizlərindən biri evləndi

Siyam əkizləri Abbi və Britani adlı siyam əkizlərindən sol tərəfdə olan Abbi evlənib. xəbər verir ki, o, hərbçi Coş Bovlinq ilə ailə qurub. Cütlük 2017-ci ildə kilsədə tanış olublar. Coş digər əkizin də razılığını alandan sonra Abbiyə evlənmə təklif edib. Əkizlərin beldən aşağı orqanları və qan axın

16:22 0
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 144 nəfərə çatıb. Rusiyanın səhiyyə naziri Mixail Muraşko Moskvada müxbirlərə bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsind

16:40 0
.

Yeni qanun hansı taksi sürücülərinə şamil olunacaq ?

Azərbaycanda bundan sonra taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"d

13:30 0
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0