"Nar" sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

"Nar" sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstəribMüştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan "Nar" yüksək müştəri məmnuniyyəti göstəricilərinə nail olmağa davam edir. Belə ki, Çağrı Mərkəzinə (777) zəng edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. Bunun üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları cavablayır. Müştəri xidmətlərinin geniş spektrini bilavasitə sosial media üzərindən təqdim etmiş ilk və yeganə mobil operator olan "Nar" bu sahədə yüksək göstəricilərə nail olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş sorğuların cavablandırılma vaxtına görə "Nar" mobil operatorlar arasında ən yüksək nəticəni göstərə bilib. Abunəçilər bu xidmətlərdən istər nar.az internet səhifəsində olan şəxsi kabinetləri vasitəsilə, istərsə də "Facebook", "Twitter", "Instagram" və digər sosial şəbəkələr üzərindən yararlana bilirlər.
2017-ci ilin ilk yarısının nəticələrinə əsasən, sosial şəbəkələr üzərindən daxil olmuş sorğuların 100%-i "Nar" sosial media komandası tərəfindən cavablandırılıb. Bu dövrdə daxil olmuş müraciətlərin 99%-i bir saat ərzində öz həllini tapıb, sorğuların uğurla cavablandırılma müddəti orta hesabla cəmi 13 dəqiqə təşkil edib. Müştəri yol xəritəsinə görə (Customer Journey), "Nar" sosial media komandasına daxil olmuş müraciətlərin 85%-i cəmi 2 ismarışdan sonra müvəffəqiyyətlə həllini tapıb.
Bu yüksək göstərici, "Nar" abunəçilərinə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olub. "Nar" abunəçiləri özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinetə daxil olmaqla, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yüksəkkeyfiyyətli müştəri xidmətlərindən yararlana bilərlər.

"Nar" Müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon" şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile" ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilıb. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar" hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1192   Tarix: 14 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ

04.08.2020 687
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727
.

İyul ayında yolka qurub 2021-ci ili qeyd etdilər - VİDEO

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan "Burger King" olub. "Daily Storm"un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraql

25.07.2020 1587
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518
.

Bakı Olimpiya Stadionunun yaxınlığında yanğın

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

21.09.2020 1812
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606